Anons

Bu gün, 13:08- İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

Bu gün, 11:07- Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Dünən, 10:13- "Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

Haqqımızda Əlaqə

Nə yaxşı dünyada yaxşılar varmış!.. - Bayram Məmmədov yazır

Tarix:14-09-2021, 21:03

Nə yaxşı dünyada yaxşılar varmış!.. - Bayram Məmmədov yazır
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Yaxşı insan fikrin xarakter bütövlüyünün, duru ömür yaşamağın, fəzilətləri yaşatmağın fəlsəfi dərkini ifadə edir.


Yaxşı insan insanlığın cəfakeşidi, yaxşı insan xeyirxahlığı ötüşən aylara-illərə həmayıl bilir. Yaxşı insan yaxşılığı yaxşı niyyətlə açılmalı səhərlərin sığalına-tumarına dönən meh bilir. Yaz yağışından sonra göy üzünün göy yelənli qövsi-qüzehi bilir. Yaxşı insanlar "Nə yaxşı dünyada yaxşılar varmış" kəlmələrini ömrün-günün salavatı bilir; Tofiq Şəfaət oğlu Mehdiyev yaxşı insandı...

Hardan başlanır Vətən?

Vətən kəlməsi yaxşı insanların ruhunu ifadə edir; Tofiq Şəfaət oğlu yaşadığı (və yaşayacağı!) ayları-illəri belə yaşayıb...

"Hardan başlanır Vətən?" ritorik sualı zaman-zaman hamını düşündürüb. Bu suala müxtəlif cavablar verilib. Hər cavabın gerçəklik çaları olub, hərə özünün dünyaduyumuna, dünyadərkinə müvafiq cavab verib. Hər cavab gerçəkliyi ifadə etdiyinə görə kimsə ona etiraz edə bilməyib...

Tofiq Şəfaət oğlu 1946-cı il sentyabrın 14-də Şərqi Zəngəzurda-Zəngilan rayonun Pirçivan qəsəbəsində (hazırda Zəngilan şəhəri adlanır) anadan olub, göz açıb dünya adına Zəngəzuru görüb. Zəngilanda boya-başa çatıb. Sosialist Əməyi Qəhrəmanı olan atası Şəfaət Mehdiyevin nəsihətlərinin, anası Nazlı xanımin öyüdlərinin ilkinini Zəngilanda eşidib. "Cismimin Vətəni Zəngilandı, cismimin və ruhumun Vətəni Zəngəzurdu. Əli Vəliyevin "Zəngəzur dağlarında" romanını Zəngəzur dağlarında oxuyacağım gün üçün yaşayıram...", - Tofiq müəllimin niyyətinin uvertürası bu duyğusal, düşündürücü, Vətən kəlməsinin "can köynəyi" olası fikirdi; "Hardan başlanır Vətən?" - Vətəni sevənlərin ürəyindən...

Tofiq müəllimin vətənpərvərliyinin boyu yaşının bütün çağlarında görünüb. Həm də qibtə ünvanı olmaqla...

Tariximizi də çox sevib (sevir), ədəbiyyatımızı da, mədəniyyətimizi də. Nizamini, Füzulini, Nəsimini, Sabiri, Cavidi, Səməd Vurğunu, ... sevə-sevə oxuyardı, türk ədəbiyyatına da yaxından bələd idi. Sözarası onların kəlam qüdrətində misralarını, fikirlərini xatırladardı. Bu səbəbdən Tofiq müəllimin söhbətləri maraqla dinləni-lərdi.

"Turacı qızıl qəfəsə saldılar. Harayı göy üzünü yerə ələmə gücündəydi; Ay Vətən! Ay Vətən!" Açıb buraxdılar. Bir kolluğa qondu. Şərqisi göy üzünə yayıldı: "Can Vətən! Can Vətən!" - kimi deyimləri dinləyənlərin Vətən sevgisini kükrədərdi...

Sonralar zəngəzurluların Zəngəzur həsrətini bir ürək tutumunca yumşaldılması, qayıdışa inamın tarixin axarından alınıb vətənsevərliyin qüdrətinə ötürülməsi məqsədi ilə "Zəngəzur" ictimai birliyinin yaradılmasını xəyaldan gerçəkliyə çevirdi. Hazırda bu cəmiyyətin Ağsaqqallar Şurasının sədridir. İllər sonra, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Zəngəzur tarixdən tarixə qaytarıldı; Vətəni tarixi bütövlüyü ilə sevənlər Zəngəzur dəhlizinin açılmasını Zəngəzura qayıdışın yolgöstərəni bilir. Zəfərə görə, dəhlizə görə "Gözün aydın, Vətən!" deyirəm, ruhən vətənsevərlərə, ömrünün bir parçası Zəngəzurda qalanlara "Gözünüz aydın!" deyirəm, tanıdığım, sevdiyim Tofiq Şəfaət oğluna "Gözün aydın, Tofiq müəllim!" deyirəm...

Tarix deyir ki, Vətən Vətəni sevənlərin ürəyindən başlanır...

Nə yaxşı dünyada yaxşılar varmış!.. - Bayram Məmmədov yazır

Tofiq Şəfaət oğlu ömrünün bütün çağlarında Vətəni varlığıyla sevib.

Bakı Elektrik Maşınqayırma Zavodunda işləyəndə də, Zəngilan rayon Partiya Komitəsinin birinci katibi olanda da. Mühəndis Tofiq Mehdiyevlə birinci katib Tofiq Mehdiyevi hansı xarakter ümumiləşdirib? - insana, insanlığa sevgi, məsuliyyət, azərbaycançılıq. Yerə-göyə inandığım qədər inanıram ki, onu tanıyanlar da belə deyir...

Nəsil şəcərəsini, soy-kökünü az-az adam mükəmməl (tarixi baxımdan nisbi mükəmməlliyə haqq qazandıraq) bilir. Mehdixanlılar nəslinin neçə yüz illər əvvəlki tarixindən günümüzəcən yaşam coğrafiyasını incəliyinəcən bilir Tofiq müəllim; mehdixanlıların (Mehdi və xan sözlərinin etimalogiyası diqqəti çəkir) Qaraqoyunlular, Səfəvilər, sonrakı dövrü tarixini də həmişə qürurla xatırlayıb, bu gününü də. "Avşar-Dəlilər əşirətlərinin tamqaları, fərqləndirici tayfa nişanlar" haqqında elmi fikir deyənlərin təfəkkürünə heyrətlənirsən; Tofiq müəllim belə təfəkkür sahibidir.

Xalq onu sevirdi

Bir el məsəlini xatırlayıram: "Hər kimi el sevərsə, bülənd olar, ucalar".

Zəngilan Tofiq Şəfaət oğlunu sevirdi. Bu sevgi ehtiram, cəfakeşlik, vəzifə borcunu sədaqətlə yerinə yetirmə prosesində yaranan sevgi müqabilində gerşəkləşən sevgi idi. "Elin o başı, bu başı olmur" kəlamı da var. Yəni Vətən bütövlüklə sevilir. Vətən müqəddəs olduğu üçün Vətənə sevgi də müqəddəsdi. Müqəddəslik həmişə könül xoşluğu ilə yaşadılıb. Könül xoşluğunun başlanğıcı könül ziyarətidi. Könül ziyarətinin fəlsəfəsini dərk etməyənlər bu müqəddəsliyi qətiyyən yaşada bilməz. Bir aqildən soruşurlar: Yaşamaqmı gözəldi, yaşatmaqmı? Aqil cavab verir ki, yaşada-yaşada yaşamaq daha gözəldi. Yəni sən ömrünü xalq üçün, dövlət üçün yaşayırsansa, yaşadırsan. Və gözəl yaşayırsan. Olmuşların zəmanəti ilə deyə bilərik ki, Tofiq Şəfaət oğlu belə yaşayıb, belə yaşayır...

1987-ci ilin dekabr ayının 26-da Zəngilan Rayon Partiya Komitəsində MK-nın şöbə müdiri Surxay Tağızadə plenum iştirakçılarına bildirdi ki, MK-nın qərarına əsasən Muradxan Cabbarov I katib vəzifəsindən azad edilir, bu vəzifəyə MK-nın kənd təsərrüfatı şöbəsinin müdir müavini Tofiq Mehdiyev məsləhət görülür. Surxay Tağızadə Tofiq Mehdiyev haqqında tanıtma xarakterli "beş-üç" kəlmə demək istəyəndə tanınmış təsərrüfat rəhbərlərindən olan İmran Əhmədov MK nümayəndəsinə xitabən deyib: "Ay yoldaş Tağızadə, sən kimi bizə tanıdırsan, elimizdə böyüyən, hamının tanıdığı, sevdiyi Tofiqimi? Biz onu tanıyırıq da, sevirik də. Onun rəhbərliyi ilə Zəngilanı daha sürətlə inkişaf etdirəcəyik də".

Bu kəlmələr bir ağsaqqalın timsalında el sevgisi kimi yaşanılmışdı.

Onunla ünsiyyətdə olanlar deyir ki, Tofiq müəllimlə söhbətləşəndə vaxt elə bil donur, vaxtın necə keçdiyini hiss etmirsən. Tofiq müəllim söhbətcil adamdı, həm də onun söhbətlərindən çox şey öyrənirsən...

Qətiyyətli rəhbər

Ermənistan Azərbaycana qarşı həmişə görünən və görünməyən təxribatlar aparıb. Bir məqam diqqəti çəkir.

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Havadarlarının siyasi, maddi və hərbi yardımından bəhrələnən Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Neçə illər çəkən danışıqlardan yayındı, status-kvonu saxlamağa çalışdı. 2020-ci il sentyabrın 27-də Azərbaaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Vətən müharibəsi noyabrın 10-da başa çatdı. Azərbaycan Ordusu Zəfər qazandı. Bu məğlubiyyət Ermənistanın xislətini bir daha göstərdi: Azərbaycana qarşı bəd niyyətlərini hərbi yolla həyata keçirməyə gücü qalmayan işğalçı dövlət ekoloji təxribatlar törətməyə başladı. Oxçu çayının suyunu ermənilik həddində çirkləndirməklə. Bu haqda mətbuatda da kifayət qədər narazılıqlar ifadə edildi, dövlət səviyyəsində etirazlar da bildirildi.

Bu fakt neçə on illər əvvəl də olub. Tofiq Mehdiyev Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi olanda.

Onda İmperiya vardı, onda Moskva xofu da vardı. Ancaq Ermənistan müxtəlif vasitələrlə Moskvanın nəzarətindən yayına bilir, bu və ya digər informasiyanı yoxlamağa gələnlərin "çox dərinə getməyinə" özlərinə məxsus üsullarla imkan vermirdi.

O illərdə Qafanda və Kacaranda mis-molibden mədənləri vardı. Bu müəssisələr güclü və yaxşı işləyən təmizləyici qurğulara malik idi. Ermənilər nə edirdi? - mədənlərin suyunu təmizləmədən Oxçu çayına axıdırdı. Onda Tofiq Mehdiyev əsl vətəndaşlıq, əsl azərbaycançılıq heysiyyəti ilə, vəzifə borcuna böyük sədaqətlə Moskvadan SSRİ Əlvan Metallurgiya Sənayesi Nazirliyinin nümayəndələrini, Azərbaycan Təbiəti Mühafizə Komitəsinin sədrini dəvət edərək faktı birlikdə sənədləşdirməyə qərar verir. Birlikdə bu mədənlərdə olurlar. Ermənilər komissiya gələndə qurğuları işə salır, komissiya qayıdan kimi qurğuların fəaliyyətini dayandırırmışlar. Bu vəziyyət, erməniliyin bu səviyyədə ört-basdır edilməsi, qətiyyətli azərbaycanlı kişisinin qətiyyəti sayəsində Zəngilan rayonu ərazisində Oxçu çayının təmizlik dərəcəsini müəyyənləşdirən laboratoriya açıldı, Oxçu çayının təmizliyinə gündəlik nəzarət rəsmi qaydada təmin edildi...

1985-ci ildə rayonda cavan üzüm bağları qırılırdı. Rayon Partiya Komitəsinin birinci katibi Tofiq Mehdiyev rayon İcraiyyə Komitəsinin sədri Hürü Mehraliyevanı və Aqrar-Sənaye İdarəsinin rəisi İzzət Həşimovu söhbətə dəvət etdi. Belə dəvətlər vəziyyəti öyrənməyə, reallığı gümanlardan ayırmağa xidmət edirdi. Birinci katib belə fəaliyyətin başvermə səbəblərini də bilirdi, "niyə"lərini də: Xankəndində laboratoroya işçilərinə rüşvət vermək yolu ilə üzüm bağlarında filoksera xəstəliyinin olduğu haqda saxta arayış əldə edilməsiylə bağlar kütləvi şəkildə məhv edilirdi.
Qətiyyət, torpağa, rayon əhalisinə, rayonun dinamik inkişafına sayğı nəticəsini verdi...

Böyük ürək yiyəsi olanların sevgisi də böyük olur. Bu sevgi bir insan ömründən rişələnir, minlərin, yüz minlərin ömrünü nurlandırır.
Tofiq müəllim dilimizi, tariximizi sevərək yaşatmağın təşnəsi olub.

Rayon Partiya Komitəsinin birinci katibi Tofiq Mehdiyev Ali Sovetin sessiyasında iştirak etmək üçün Bakıya gələndə MK-da rayonun kuratoru, təşkilat partiya işi şöbəsinin inspektoru Şamil Hüseynova deyir ki, mən sessiyada çıxış edib Kirovabad, Vartaşen, Puşkin adlarının dəyiş-dirilməsini təklif etmək istəyirəm. Tariximizin dünənlərinə sayğı kimi. "Nə vaxtsa yaxamızdan tutub soruşulacaq: Nizami Gəncəvi deyirsiniz. Haradı o Gəncə?" Nə deyəcəyik?.."

Tofiq müəllim sessiyada çıxış edib, təklifini səsləndirib:

- ...Dünya dəyişir. Hər bir xalq öz keçmişinə qayıdır. Tarixinə hörmət edir. Nə zamana qədər dahi şeyx Nizaminin yurdunun adı Kirovabad, erməni və yad mənşəli adları da şəhər və rayonlarımız daşıyacaqdır? Təklif edirəm ki. Kirovabada öz əvvəlki Gəncə, Qutqaşenə Qəbələ, Vartaşenə Oğuz adları verilsin!

Zal vətənsevər partiya işçisinin təklifini böyük coşqu ilə qarşılayıb. Yəni elə bil illərlə dünya üzünə baxması qadağan edilmiş çeşmə çağlamağa məqam tapıbmış.

O gözəl, o gərəkli, o tarixi təklifi fasilədə sessiya iştirakçıları qədərsiz minnətdarlıqla qarşılayıb, neçəsinin qoşa qolları Tofiq Şəfaət oğlunun kürəyində çarpazlaşıb.

Xalq şairi Bəxtiyar Vahabzadənin minnətdarlığı tarixi minnətdarlıq olub:

- Ananın südü halalın olsun, ay oğul!..

O gündən illər keçib...

Kirovabadın Gəncə, Qutqaşenin Qəbələ, Vartaşenin Oğuz adlandırılması "Mən azərbaycanlıyam!" deyənlərin hamısının ürəyini qürurla, sevgilərlə silələdi. Çoxumuz bu təşəbbüsün müəllifinə tanımaza-bilməzə təşəkkürlər etmişik. Tarix şahiddir ki, bu təklif o günün xəlqi-milli göyqurşağı olub...

Ata ömründən düşən işıq

Yeməzli - Gilətağ - Vənətli yolunun üstündə sərin sulu bulaq vardı. Gedənlər-gələnlər orda ayaq saxlayar, nəfəs dərər, bir-iki ovuc su içərdi. Tofiq müəllim xatırlayır ki, 1954-cü ildə yol keçəndə atasının təklifi ilə maşınlarını burda saxlayıblar. Maşından düşər-düşməz Şəfaət kişinin qaşları çatılıb, əllərini ovxalayıb. Gah bulağa sarı baxıb, gah gələn yola, gah gedən yola.

Bulağın üstündəki abidə qəzəbləndiribmiş el adamını, eli sevən, elin sevdiyi adamı. Abidənin müıəllifi erməniymiş. Abidədə ermənilik cizgiləri varmış; sabahlara bu gündən ermənilik təxribatı yaradılıbmış.

Şəfaət kişi kolxozun sədri Əvəz Namazovu və abidəni qurduranları çağırtdırıb: Çox qısa müddətdə suçunuzu-günahınızı düzəldin, - deyib...
Suç düzəldilmişdi...

Bu hadisəni Tofiq müəllimin bu və ya digər hadisəyə milli-xəlqi münasibətinin qətiyyətinin hardan qaynaqlandığının təsdiqi bilmək qəbahət deyil...

Bu hadisə Tofiq müəllimin ömrünə ata ömründən düşən işıq kimi hopub...

Sədaqətli dostluq

Tofiq müəllim Azərbaycan Daxili işlər naziri olmuş general-mayor Məhəmməd Əsədovu qədərsiz sevgilərlə, bir ürək tutumunca ehtiramlarla xatırlayır...

"Məhəmməd Əsədovu həyəcansız xatırlamaq mümkün deyil. Daxili İşlər Nazirliyində Məhəmməd Əsədova qədər çox nazirlər olub. Lakin onların heç biri nə OMON yaratmışdı, nə də ki, Qarabağın, sərhəd bölgələrimizin yollarını tanıyırdı. OMON-u yaradan Məhəmməd Əsədov oldu..." (Tofiq Mehdiyev. Zamanın axarında. B. 2020, səh. 282). Bu faktda fərdi rəğbətdən daha çox xəlqi rəğbət duyulur. Bu rəğbət, əslində, yüksək vəzifəlilərə xalq üçün, dövlət üçün, dövlətçilik üçün necə işləməyin yönümünü bəlləndirirdi. Yəni Tofiq müəllimin özü də bu deyilənlərin icraçısı olub, şübhəsiz...

Nə yaxşı dünyada yaxşılar varmış. Yaxşılıq etmək, fəzilətlərlə yaşamaq, ...onlardan öyrənilə-öyrənilə yaşamaq, son nəfəsəcən...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...