Anons

Bu gün, 09:38- Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Bu gün, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Dünən, 21:04- Bayramov Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Dünən, 20:49- Ramin Abdullayevin “göydələn” biznesi

Dünən, 19:38- “Bu günə kimi dövlət tərəfindən heç bir yardım almamışam” - şəhid anası GİLEY EDİR

Dünən, 19:19- Ən çox şikayət edilən banklar açıqlandı: "Bank of Baku" liderliyini qoruyur - SİYAHI

Dünən, 18:29- İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək: 14 min pul xərcləyəcək - YEYİNTİNİN BELƏSİ OLMAMIŞDI...

Dünən, 16:33- "Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

Dünən, 16:07- Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

Dünən, 14:57- Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Dünən, 14:16- Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Dünən, 13:37- Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

Dünən, 13:13- Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Dünən, 12:51- Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

Dünən, 12:24- İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

Dünən, 11:43- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

Dünən, 11:12- Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

Dünən, 10:33- 14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:44- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Dünən, 09:24- "Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY

Haqqımızda Əlaqə

Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi

Tarix:14-09-2021, 15:55

Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi
Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirələr keçirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.

Müşavirələrdə çıxış edən nazir müavini Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.

Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək. Həmçinin bildirilib ki, pandemiya şəraitində tədrisə əyani başlamaq üçün zəruri tədbirlər həyata keçirilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə bağlı sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.

Müşavirələrdə sözügedən təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazir müavini Firudin Qurbanov sonda çıxış edərək 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...