Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

“Bakı pryaniki” istehsal edən müəssisə bağlanıb, rəhbəri məsuliyyətə cəlb olunub

Tarix:2-09-2021, 14:18

“Bakı pryaniki” istehsal edən müəssisə bağlanıb, rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sosial şəbəkə hesabında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb və Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəs., Ə. Ələkbərov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Vasif Həsən oğluna məxsus un məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, texniki normativ sənədlərin tələblərinin pozulduğu, istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...