Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Deputat: Dövlətimizin başçısının Vaqif Poeziya Günlərində iştirakı Azərbaycan ədəbiyyatına və incəsənətinə qayğının təzahürüdür

Tarix:1-09-2021, 21:53

Deputat: Dövlətimizin başçısının Vaqif Poeziya Günlərində iştirakı Azərbaycan ədəbiyyatına və incəsənətinə qayğının təzahürüdür
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri və bu səfərlər zamanı gördüklərimiz Azərbaycanda bərpa və quruculuq işlərinin qısa müddətdə başa çatdırılacağını deməyə əsas verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Dövlətimizin başçısının möhtəşəm Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərindən danışan S.Xasayeva deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Zəfərimizdən dərhal sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Dövlətimizin başçısı bərpa işlərinin aparıldığı ərazilərimizə mütəmadi səfərlər edərək, işlərin nəticəsi ilə özü yaxından tanış oldu, tövsiyələrini verdi. Prezident İlham Əliyev budəfəki səfərində də istər ölkə əhalisinin, istərsə də, beynəlxalq ictimaiyyətin diqqətini sürətlə gedən quruculuq işlərinin miqyasının böyüklüyünə cəlb etdi. İnsanlar qısa zaman kəsiyində nəhəng quruculuq işlərinin həyata keçirildiyinin şahidi oldular”.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev yanvarın 14-də Şuşa şəhərinə səfərində XIX əsr Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsində təmir-bərpa işləri aparılmasını, yenidən qurulmasını tapşırmışdı: “Bu, həm dünənki tariximizə, həm də klassik ədəbiyyatımıza böyük sayğının, sevginin təzahürü idi. Dövlət başçısının tapşırığı böyük sürətlə və məsuliyyətlə yerinə yetirildi. Avqustun 29-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak etdi. Bu, Azərbaycan ədəbiyyatı və tarixi üçün mühüm əhəmiyyət kəsb edən hadisədir”.

Deputat əlavə edib ki, dövlətimizin başçısının 39 ildən sonra yenidən təşkil edilən Vaqif Poeziya Günlərində iştirakı, Üzeyir Hacıbəylinin heykəlinin, Vaqifin büstünün, Bülbülün ev-muzeyinin açılışını etməsi Azərbaycan ədəbiyyatına və incəsənətinə dövlət səviyyəsində qayğının təzahürüdür: “Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimi, “Qarabağ” hotelinin açılışı onu deməyə imkan verir ki, mədəniyyət paytaxtımız Şuşa nəinki ölkəmizin, dünyanın gözəl şəhərlərindən birinə çevriləcək.

Ümumiyyətlə, görülən işlər Azərbaycanda müharibənin ölkəmizə vurduğu yaraları tezliklə aradan götürəcəyimizə əsas verir. Bu yerdə Molla Pənah Vaqifin misraları yada düşür:

Ruhumla görürəm bu gün tarixi

Bir də vuruluram Azərbaycana!”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...