Anons

Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Dünən, 10:13- "Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

16-03-2024, 23:23- Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

16-03-2024, 17:55- Bakıda həbsdə olan separatçılar Paşinyana qarşı danışmağa başlasa... - ŞƏRH

Haqqımızda Əlaqə

Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

Tarix:23-07-2021, 19:22

Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR
23 iyul 2021-ci il tarixdə Suraxanı Gənclər Evində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclər arasında kulinariya müsabiqəsi keçirilib.

Fanat.Az xəbər verir ki, müsabiqənin məqsədi gənclər arasında kulinariya sənətinin inkişaf etdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi olmuşdur.

Qeyd edək ki, 2 həftə öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsində müsabiqənin elanı verilmiş və iştirak etmək istəyən gənclər qeydiyyatdan keçmişdir.

Müsabiqə 2 mərhələdən ibarət keçirilib: 1-ci mərhələdə gənclərə təşkilatçılar tərəfindən eyni çeşiddə meyvə və tərəvəzlər verilmiş, onlar 30 dəqiqə ərzində müxtəlif salatlar hazırlamışlar; 2-ci mərhələ - ev tapşırığı - qeydiyyatdan keçmiş gənclər müsabiqədən 1 gün öncə ev şəraitində şirniyyat hazırlayaraq müsabiqəyə gətirmişlər.

Müsabiqədə Nərimanov Rayon Gənclər və İdman İdarəisinin rəisi Nəcəf Novruzov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal gənclər iştirak etmişlər.
Gərgin mübarizə nəticəsində münsiflər heyətinin verdiyi qiymətləndirməyə əsasən I yeri Qərbi Kaspi kollecin tələbəsi Fidan Mansırova, II yeri Turizm və sosial xidmətlər üzrə bakı dövlət peşə təhsil mərkəzinin tələbəsi Abdulla Abdullayev, III yeri isə Qərbi Kaspi Universitetinin tələbəsi Aişə Hüseynova tutumuşlar.

Sonda qaliblər təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və hədiyyələr ilə, eyni zamanda bütün iştirakçılar sertifikatlar ilə təltif olunmuşlar.

Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR
Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR
Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLARскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...