Anons

Bu gün, 15:24- COVID-19 pasportu olmayanlar bu yerlərdən istifadə edə bilməyəcək

Bu gün, 15:00- Milli Paralimpiya komandamız Tokio 2020-yə 36-cı lisenziyanı əldə edib

Bu gün, 14:32- Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Bu gün, 14:08- Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Bu gün, 13:47- Temperatur 8 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün, 12:51- Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atdı

Bu gün, 12:26- Bakıdakı otellərdə gizli kamera var? - ŞOK İDDİA

Bu gün, 11:32- Avqustun 2-dən bağçalara elektron qəbul başlayır

Bu gün, 11:05- Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib

Bu gün, 10:45- AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

24-07-2021, 16:59- İlin Uğurlu gənc iş xanımı Elvira Mirzalı: "Çox güclü xaraktere sahibəm".

23-07-2021, 19:22- Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

23-07-2021, 18:19- MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL

23-07-2021, 16:45- Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib

23-07-2021, 16:17- Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

23-07-2021, 15:26- Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

23-07-2021, 15:00- Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

23-07-2021, 14:09- Müalicəvi idman üzrə mütəxəssis Xəyalə Dadaşova: "Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam”

23-07-2021, 13:41- Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib

23-07-2021, 13:19- Şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək

Haqqımızda Əlaqə

Tarixi nur, tarixin nuru

Tarix:21-07-2021, 12:38

Tarixi nur, tarixin nuru 19-cu əsrin sonlarında Azərbaycanda maarifçilik genişlənməkdə idi. Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alıb Vətənə qayıdanlar xalqın maariflənməsi istiqamətində mühüm, gərəkli işlər görürdülər. Həsən bəy Məlikov (Zərdabi) də belə tarixi şəxsiyyətlərdən biri olub.

Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuatın başlanğıcı olan “Əkinçi” qəzetinin naşiridir. Qəzet 1875-ci il iyulun 22-də nəşrə başlayıb.

Həsən bəy Zərdabinin məqsədi qəzet nəşr etdirməklə xalqın maariflənməsinə, xalqı elmə, təhsilə həvəsləndirməyə, cəhalətdən qurtarmağa, qəflət yuxusundan oyatmağa qayğı göstərmək idi. Həsən bəy Zərdabi 1906-cı ildə “Həyat” qəzetində “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazırdı: : "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belə də qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar". Bu kəlmələr ilk Azərbaycandilli qəzetin məramının ifadəsidir.

“Əkinçi” qəzeti nəinki Azərbaycanda, ümumən Qafqazda təhsilin, maarifin, yeni sahə olmaq etibarilə jurnalistikanın, ədəbiyyatın, tarixin, mədəniyyətin inkişafında bir mərhələ oldu. Bu mərhələ sonralar inkişaf dövrlərinin başlanğıcı kimi tarixləşdi.

Sonralar yaranan bütün qəzetlər “Əkinçi”nin davamçısı kimi onun maarifçilik, xəlqilik, dünyəvilik yolunu sözə sədaqətlə davam etdirdilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin daxili və xarici siyasətinin sədaqətli mühafizəkarı olan çağdaş jurnalistikamıız “Əkinçi”nin kifayət qədər genişlənmiş, inkişaf etmiş, mükəmməlləşmiş, ən yüksək səviyyədə xəlqi, xəlqi-milli səviyyəyə çatmış ideyalarının əsgəridir.

146 ildir milli mətbuatımızın öncülü kimi yaranan, bu gün də mənəvi öncül kimi yaşadılan "Əkinçi" qəzeti çağdaş jurnalistikamızın yolunu nurlandırmaqdadır. Bu nur tarixi nurdur, tarixin nurudur.

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...