Anons

Bu gün, 15:24- COVID-19 pasportu olmayanlar bu yerlərdən istifadə edə bilməyəcək

Bu gün, 15:00- Milli Paralimpiya komandamız Tokio 2020-yə 36-cı lisenziyanı əldə edib

Bu gün, 14:32- Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Bu gün, 14:08- Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Bu gün, 13:47- Temperatur 8 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün, 12:51- Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atdı

Bu gün, 12:26- Bakıdakı otellərdə gizli kamera var? - ŞOK İDDİA

Bu gün, 11:32- Avqustun 2-dən bağçalara elektron qəbul başlayır

Bu gün, 11:05- Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib

Bu gün, 10:45- AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

24-07-2021, 16:59- İlin Uğurlu gənc iş xanımı Elvira Mirzalı: "Çox güclü xaraktere sahibəm".

23-07-2021, 19:22- Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

23-07-2021, 18:19- MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL

23-07-2021, 16:45- Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib

23-07-2021, 16:17- Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

23-07-2021, 15:26- Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

23-07-2021, 15:00- Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

23-07-2021, 14:09- Müalicəvi idman üzrə mütəxəssis Xəyalə Dadaşova: "Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam”

23-07-2021, 13:41- Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib

23-07-2021, 13:19- Şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək

Haqqımızda Əlaqə

İyirmi yeni vaqon “Nərimanov” elektrik deposuna gətirilib

Tarix:17-07-2021, 11:09

İyirmi yeni vaqon “Nərimanov” elektrik deposuna gətirilib
İyun ayının sonuncu iki günü ərzində iki tərkibdə olmaqla, Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar “Nərimanov” elektrik deposuna gətirilib.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766. B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.

Sərnişinə xidmət baxımından üstünlükləri qeyd etsək, kondisioner sistemi Bakının iqlim şəraitinə uyğunlaşdırılmaqla mikroiqlim nəzarəti sistemi havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Bununla yanaşı, vaqonda ultrabənövşəyi lampalar da havanın zərərsizləşdirilməsi funksiyasını daha da gücləndirir.

Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir. Eyni zamanda qatarın tutumu 15 faiz artır. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarının genişləndirir
Maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır.

Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.

Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək. Xəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...