Anons

Bu gün, 15:24- COVID-19 pasportu olmayanlar bu yerlərdən istifadə edə bilməyəcək

Bu gün, 15:00- Milli Paralimpiya komandamız Tokio 2020-yə 36-cı lisenziyanı əldə edib

Bu gün, 14:32- Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Bu gün, 14:08- Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Bu gün, 13:47- Temperatur 8 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün, 12:51- Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atdı

Bu gün, 12:26- Bakıdakı otellərdə gizli kamera var? - ŞOK İDDİA

Bu gün, 11:32- Avqustun 2-dən bağçalara elektron qəbul başlayır

Bu gün, 11:05- Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib

Bu gün, 10:45- AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

24-07-2021, 16:59- İlin Uğurlu gənc iş xanımı Elvira Mirzalı: "Çox güclü xaraktere sahibəm".

23-07-2021, 19:22- Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

23-07-2021, 18:19- MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL

23-07-2021, 16:45- Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib

23-07-2021, 16:17- Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

23-07-2021, 15:26- Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

23-07-2021, 15:00- Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

23-07-2021, 14:09- Müalicəvi idman üzrə mütəxəssis Xəyalə Dadaşova: "Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam”

23-07-2021, 13:41- Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib

23-07-2021, 13:19- Şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək

Haqqımızda Əlaqə

Yol polisi bayramda rayonlara getmək istəyənlərə müraciət etdi

Tarix:17-07-2021, 10:46

Yol polisi bayramda rayonlara getmək istəyənlərə müraciət etdi Baş Dövlət Yol Polisi İdarəsi bayramda rayonlara getmək istəyənlərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki,hazırda yay mövsümünün olması və havaların isti keçməsi ilə əlaqədar vətəndaşların bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələri üçün əlverişli şərait yaranmışdır. Qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın​ hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə, televiziya, radio və sosial şəbəkələr vasitəsilə sürücülərə, piyadalara xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələsgənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.

Elə son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə ​ qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, yaxud əzgin, yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında. Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün,​ Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət​ yetirməyi,​ yolboyu qaydalara ciddi riayət etməyi,​ sürücülərlə yanaşı sərnişinlərin də​ təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı tövsiyə edir.​

Bir daha xatırladırıq ki,​ respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobili saxlayıb qısa müddətə istirahət etmək üçün müvafiq şərait yaradılmışdır.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı bu çağırışa düşünülmüş şəkildə yanaşacaq, özünün, ailə üzvlərinin və digər şəxslərin təhlükəsizliyini təmin etmək üçün yol qaydalarına ciddi riayət edəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...