Anons

Bu gün, 14:08- Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi

Bu gün, 13:44- Sabahın havası - Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Bu gün, 13:19- Azərbaycanda yeni fond yaradılır

Bu gün, 12:51- Türkmənistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Bu gün, 12:26- Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir

Bu gün, 12:00- Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün, 11:33- Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

Bu gün, 11:07- "Airbus" 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

Bu gün, 10:45- Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Bu gün, 10:19- İyulun 1-dən toylara icazə verilir

Dünən, 17:00- ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq

Dünən, 16:29- “Nar” “Breyn Rinq” yarışının çempionu oldu

Dünən, 16:04- Van Damın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Dünən, 15:32- Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM

Dünən, 15:00- Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Dünən, 14:26- Bakıda 45 mindən çox şagird 1-ci sinfə ərizə verib

Dünən, 13:53- Sabah temperatur 40 dərəcəni keçəcək

Dünən, 13:18- Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Dünən, 12:41- Azərbaycanda gələn aydan QAZ avtomobillərinin yığılmasına başlanacaq

Dünən, 12:05- Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib

Haqqımızda Əlaqə

“Tarix yazan igidlərimiz” layihəsi : Vətən müharibəsinin şəhidi gizir Elvin Şirinov

Tarix:10-06-2021, 10:44

“Tarix yazan igidlərimiz” layihəsi : Vətən müharibəsinin şəhidi gizir Elvin Şirinov
Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr tarixin ən şanlı anlarıdır. Bu zəfər sevincini yaşadanlar isə tarixin igid, mərd, ölməz oğullarıdır. Tarixə qanları ilə silinməz iz qoyan igidləri tanıtmaq isə böyük bir şərəfdir, qürurdur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Azərbaycanın qəhrəman oğullarını tanıtmağa davam edir.

Kitabxananın İnformasiya-resurs şöbəsi tərəfindən hazırlanan videoçarxlar və informasiya məktubları Vətən oğullarının həyat və şücaətli döyüş yolu ilə bağlı məlumatı əks etdirir.

Vətən torpağı uğrunda mübarizə aparan və adını tarixə yazdıran igid oğullardan biri də Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Elvin Şirinovdur.

Elvin Elsevən oğlu Şirinov 1997-ci il martın 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur.

Onun məktəb dövründən idmana böyük həvəsi var idi və futbola olan marağı onun “Qarabağ” futbol komandasında azyaşlıar üçün təşkil olunmuş qrupa üzv olmasına səbəb olmuşdur.

İdman növü ilə məşğul olması onu hərbi xidməti zamanı çevikliyi və hərbi bacarığı ilə digərlərindən fərqlənmişdir. O, Atv kanalının “Komanda” verilişi tərəfindən seçilmiş və ailəsinin yanına məzuniyyətə göndərilmişdir. Çəkiliş zamanı onun nizam-intizam qaydalarına riayəti haqqında məlumatda verilir. Şəhid haqqında hazırlanmış videoçarxda həmin görüntülərdə yer alır.

Elvin Şirinov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri müavini – qrup komandiri kursunu bitirmişdir. O, gizir kursunu bitirmə haqqında sertifikat almışdır.

Qardaşı Elmirin təqdim etdiyi foto və məlumatlar sırasında şəhidin dostu ilə səs yazması da yer alır. Həmin səs yazmada:

“Salam əziz qardaşım. Neçə belə gözəl bayramları qeyd edəsən. Bir azərbaycanlı olaraq mən də sənin Bayraq gününü təbrik edirəm. O gün olsun bizim Bayrağımız Laçında, Şuşada, Ağdamda və digər torpaqlarımızda dalğalansın.”

Elvinin bayrağa olan sevgisi onu bu yolda qəhrəman etdi. Düşmənlərə qarşı apardığı mübarizədə arzusunu gerçəkləşdirdi.

Azərbaycanın igid oğlu Elvin Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mübarizə aparmışdır. Elvin Şirinov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı qəhrəmanca şəhid olmuşdur. O, bir çox düşmən qüvvəsini yararsız hala salaraq adını tarixə yazan igidlərdən biri oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Elvin Şirinov ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda gedən döyüşdə əbədiyyətə qovuşan Azərbaycanın igid oğlu, ruhun şad olsun!

Kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan videoçarx aşağıdakı YouTube linkində verilib:



“Tarix yazan igidlərimiz” layihəsi : Vətən müharibəsinin şəhidi gizir Elvin Şirinov
“Tarix yazan igidlərimiz” layihəsi : Vətən müharibəsinin şəhidi gizir Elvin Şirinov
“Tarix yazan igidlərimiz” layihəsi : Vətən müharibəsinin şəhidi gizir Elvin Şirinov
“Tarix yazan igidlərimiz” layihəsi : Vətən müharibəsinin şəhidi gizir Elvin Şirinovскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...