Anons

Bu gün, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Bu gün, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Bu gün, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Bu gün, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Bu gün, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

Bu gün, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Haqqımızda Əlaqə

“Uşaqların müdafiəsi bəşəri svilizasiyanın başlıca əsasıdır”

Tarix:2-06-2021, 16:25

“Uşaqların müdafiəsi bəşəri svilizasiyanın başlıca əsasıdır” Səbinə Xasayeva: “1 İyun Azərbaycanda dünyəviliyə, bəşəriliyə sədaqət rəmzi kimi qeyd ediləcək”

“Uşaqların müdafiəsi hər bir dövlətin daxili siyasəti olmaqla yanaşı, bəşəri svilizasiyanın başlıca əsasıdır. Uşaqların sağlamlığı gələcəyin inkişafı, güclü dövlət quruculuğunun qarantıdır. Təbii olaraq, Azərbaycan dünyəvi, bəşəri, demokratik dəyərləri əsas götürən bir dövlət olaraq siyasətinin əsas prioritetlərindən biri kimi uşaqların qayğısına qalmaq, təhsilinə, vətəndaş kimi formalaşmasına xüsusi diqqət göstərir”.

Bunu Versus.az-a Milli Məclisin deputatı Səbinə Xasayeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı açıqlamasında bildirib.

Deputat dünya üzrə beynəlxalq təşkilatların hərəsinin öz funksiyaları, yaratdıqları təsisatların yerinə yetirməli olduğu vəzifələrin olduğunu deyib:

“Dünyada elə beynəlxalq günlər müəyyənləşdirilib ki, onların hər hansı dövlətin siyasi kursu, tolerantlığa münasibəti ilə heç bir bağlılığı yoxdur. Yeni İl, 8 Mart və nəhayət 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü də belə qeyd olunan günlərdəndir”.

Səbinə Xasayeva istilaçı, faşist ideologiyası ilə yoğrulan bir sıra dövlətlərin öz məkirli niyyətlərini həyata keçirərkən uşaqlara belə aman vermədiyini 30 illik işğal tariximizdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror aktları ilə müşahidə olunduğunu önə çəkib:

“Öz dövlətinin uşaqlarının qayğısına qalmaq istəyən dövlət başqa dövlətlərin uşaqlarının da taleyinə can yandırmalıdır. Ermənistan belə dövlət olmayıb. Erməni millətçiləri, erməni millətçilərinin yolunu davam etdirən ermənilər ötən əsrin əvvəllərində minlərlə körpəni, uşağı xüsusi qəddarlıqla öldürüb. Dünya dövlətləri bu vandallığa ciddi münasibət bildirməyib. Hələ də cinayətkarlar öz əməllərinə görə beynəlxalq məhkəməyə çıxarılmayıb.

Ermənistan Azərbaycana qarşı başladığı elan olunmamış müharibədə neçə-neçə günahsız körpənin qanına susadı. İşğalçı erməni cinayətkarları Ağdamda Əli ilə Bəxtiyarı öz həyətlərində oynayarkən güllə atəşi ilə qətlə yetirdilər. Bu uşaqlar müharibənin ilk şəhidləri oldu. Ermənilərin vəhşilikləri Xocalı qırğınında 63 uşağın amansızcasına qətlə yetirilməsi ilə davam etdi. 2016-cı ildə 18 aylıq Zəhra erməni gülləsi ilə öldürüldü. Dünya ictimaiyyəti isə susdu”.

Deputat nəhayət bu gün Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etdiyini və şəhidlərimizin ruhunun narahatlıqdan qurtardığını deyib:

“Çünki sərhəd boyu, eləcə də Xocalıda, son 44 günlük müharibə dövründə hərbi cinayət törədərək Gəncəyə, Bərdəyə, Tərtərə yağdırdığı qadağan olunmuş erməni raketlərinin dağıntıları altında qalaraq həlak olan Azərbaycan uşaqlarının, anaların, qocaların ahı yerdə qalmadı.

Bu gün tolerant dövlət olan Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü də dünyəviliyə, bəşəriliyə sədaqət rəmzi kimi qeyd ediləcək”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...