Anons

Bu gün, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Bu gün, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bu gün, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Haqqımızda Əlaqə

TƏHSİL VERMƏKLƏ YANAŞI SAĞLAMLIĞIN DA QAYĞISINA QALAQ - TƏKLİF EDİRƏM

Tarix:28-05-2021, 18:08

TƏHSİL VERMƏKLƏ YANAŞI SAĞLAMLIĞIN DA QAYĞISINA QALAQ - TƏKLİF EDİRƏM Ölkəmizin gələcəkdə həm iqtisadi, həm də siyasi cəhətdən güclü olması dövrümüzün şagirdlərinin nə dərəcədə savadlı, sağlam, dünyagörüşlü olmasından çox asılıdır. Bu mövqedən biz hamımız gənc nəslin nümayəndələrinin həm savadlı, həm sağlam, həm də dünyagörüşlü bir şəxsiyyət kimi yetişmələrinə böyük diqqət ayırmalıyıq. Bunun həyata keçirilməsi üçün tam orta məktəb təhsil sistemində qoyulmuş təhsil proqramlarının nə səviyyədə olması aktual bir problemdir.

50-60 il əvvəlki təhsil proqramları ilə müasir təhsil proqramının müqayisəsini aparaq. O dövrdə şagird məktəbdə aldığı təhsil nəticəsində qavradığı bilik ilə ali və orta ixtisas məktəblərinə imtahan verib daxil olurdu. Müasir dövrümüzdə isə şagird məktəbdə aldığı təhsildən əlavə dərsdən sonra repetitor müəllim yanında da məşğul olur. Lakin buna baxmayaraq şagirdlərin əksəriyyəti qoyulan tələbatı qavraya bilmir. Bunu 9-cu və 11-ci siniflərin buraxılış və qəbul imtahanlarının nəticələri sübut edir. Belə ki, 2019-cu ildə respublika üzrə 11-ci sinfi bitirənlərin heç biri 700 bal toplaya bilmədi. Eləcə də, ötən illərin nəticələrinə nəzər salsaq, abituriyentlərin çox cüzi bir hissəsi 700 bal toplaya bilmişlər. Respublika üzrə 9-cu sinfi bitirənlərin imtahan nəticələri də ürəkaçan deyil. Bəs, bunun səbəbi nədir? İlk olaraq, əlbəttə, müasir təhsil proqramlarının o dövrdəkinə nisbətən daha da çətinləşdirilməsi, qəlizləşdirilməsi və dərinləşdirilməsidir. Müasir dərs proqramlarına baxdıqda düşünmək olar ki, biz hər bir şagirddən gələcəkdə həm riyaziyyatçı, həm fizik, həm kimyaçı, həm ədəbiyyatşünas, həm dilçi, həm tarixçi və sair mütəxəssis yetişdirmək istəyirik. Bu isə reallıqda mümkün olan bir şey deyil. Məktəb şagirddə bütün fənlərin əsasını qoymalıdır. Nisbətən çətin fənlərin (Riyaziyyat, Kimya, Fizika fənləri) əsasını qoymaq üçün daha çox tədris ili sərf olunmalıdır. Lakin elə fənlər (Musiqi, Texnologiya, Həyat bilgisi və Təsviri incəsənət fənləri) də var ki, onların əsasını qoymaq üçün 1-7-ci siniflərdə tədris olunması kifayət edər. Şagirdlərin hər hansı bir sahədə bir mütəxəssis kimi yetişmələri isə alı məktəblərin vəzifəsidir. Müasir dərs proqramları tətbiq olunduqdan sonra isə şagird hər bir fənni dərindən öyrənmək üçün çox yüklənir. Bu isə onlara həm fiziki, həm psixoloji, həm də zehni cəhətdən mənfi təsir göstərir. Qeyd edək ki, şagird həm məktəbdə, həm də repetitor yanında aldığı bilik ilə də lazım olan materialı kifayət qədər qavraya bilmir, bu isə onun psixoloji gərginlik keçirməsinə səbəb olur.

Fiziki tərbiyə dərsi tam orta məktəblərdə hər sinifdə həftədə 2 saat olmaqla 11 il keçirilir. Bu müsbət bir haldır, çünki bu dərsin keçirilməsi şagirdlərin sağlamlığına xidmət edir, onların dərslə yüklənmiş beyinlərinin bir qədər dincəlməsinə vasitə olur. Onu da qeyd edək ki, 20 və 20-dən çox şagirdi olan siniflərdə Fiziki tərbiyə dərsi zamanı sinif iki qrupa bölünür. Bizcə dərsin iki qrupa bölünməsinə ehtiyac yoxdur.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, dərs proqramları məktəb şagirdlərinin qavrayacağı səviyyədə hazırlanmamışdır. Dərs vəsaitlərini hazırlayan şəxslərin əksəriyyəti həmin sahə ilə məşğul olan elm adamlarıdır. Onların yazdıqları dərsliklərin səviyyəsi orta məktəb şagirdlərinin əksəriyyətinin qavrayacağı səviyyədə deyil. Dərs proqramlarının səviyyəsi sadə izahlı, başadüşülən və heç olmasa sinif şagirdlərinin 50-60 faizinin qavrayacağı səviyyədə olmalıdır.

Yəqin ki, mənim qeyd etdiyim fikirlərə irad tutanlar tapılacaq. Bu iradlarda beynəlxalq təhsil sisteminə uyğunlaşmaq, onları tətbiq etməyin lazımlılığı əsas götürüləcək. Mən müasir beynəlxalq təhsil sistemlərinə qarşı deyiləm. Heç olmasa, dərs vəsaitləri sadə, izahlı dildə yazılsın, şagird yorulmasın, gərginlik keçirməsin.

Heç kəsdən gizli deyil ki, yuxarı sinif şagirdlərinin əksəriyyəti dərsdən sonra repetitor müəllimlərin yanına hazırlığa gedir. Bu isə şagirdin gündə 8-9 saat müəllimin nəzarətində olması, qalan evdə olduğu vaxtda isə verilən tapşırıqları yerinə yetirməsi deməkdir. Nəticədə isə şagird bütün gününü dərs oxumağa sərf edir. Onun kifayət qədər dincəlməyə, kifayət qədər yatmağa, kifayət qədər istirahət etməyə vaxtı qalmır.

Qeyd olunan problemi müəyyən qədər həll etmək üçün 9-cu sinif şagirdlərinin buraxılış imtahanı verməli olduqlarını nəzərə alıb dərs yüklərinin azaldılmasını təklif edirəm. Belə ki, 9-cu sinifdə tədris olunan Texnologiya, Musiqi, Təsviri incəsənət, Həyat bilgisi fənləri (bu fənlər həftədə 1 saat keçirilir) ləğv olunsun, Fiziki tərbiyə dərsi isə həftədə 2 saatdan 1 saata endirilsin. Belə olduqda, şagirdin gün ərzində dərslə yüklənməsi bir qədər azalar. Əlbəttə, kimsə düşünməsin ki, həmin fənlərin keçirilməsi vacib deyil. Bu fənlərin proqramında olan mövzular haqqında aşağı siniflərdə keçirilən dərslər hesabına şagirdlərdə kifayət qədər anlayış olur. Bu sahələrə xüsusi qabiliyyəti olan şagirdlər isə əlavə olaraq ya musiqi məktəblərində, ya da müxtəlif dərnəklərdə məşğul olurlar.

Biz öz təklifimizi veririk. Nəticə çıxarmaq, tədbir görmək isə Təhsil Nazirliyinin səlahiyyətindədir.

Fərhad Ramizoğluскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...