Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

FHN şimşəklə bağlı əhaliyə müraciət etdi

Tarix:25-05-2021, 17:00

FHN şimşəklə bağlı əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Nazirtlikdən verilən məlumatda bildirilir ki, şiddətli gurultu və parlaq qığılcımla (şimşəklə) müşayiət olunan ildırım həm də yüksək gərginlikli elektrik boşalması olduğundan insan üçün ölümcül təhlükə yaradır.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladır. İldırım çaxan zaman:

- evdəsinizsə, sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

- telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın;

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

- yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və onlardan ən azı, 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...