Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

SİNFİN İKİ QRUPA BÖLÜNMƏSİ MƏQSƏDƏUYĞUNDURMU? - TƏKLİF EDİRƏM

Tarix:24-05-2021, 13:07

SİNFİN İKİ QRUPA BÖLÜNMƏSİ MƏQSƏDƏUYĞUNDURMU? - TƏKLİF EDİRƏM
Respublikamızın məktəblərində müxtəlif fənlər – azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, tarix, fizika, biologiya, coğrafiya, xarici dil, informatika, texnologiya, fiziki tərbiyə, musiqi, təsviri incəsənət, həyat bilgisi, hərbi hazırlıq fənləri tədris edilir. Bu fənlərdən texnologiya, fiziki tərbiyə və xarici dil fənlərinin tədrisi zamanı sinif iki qrupa bölünür.

Mən texnologiya fənninin tədrisi zamanı sinfin iki qrupa bölünməsinin məqsədəuyğun olmaması haqqında fikirlərimi çatdırmaq istəyirəm. Əvvəla qeyd edim ki, keçmiş İttifaqın dövründə orta məktəblərin 10 illik təhsili zamanı əmək təlimi fənni bütün siniflərdə keçirilirdi. İbtidai siniflərdə bu fənni sinif müəllimi, yuxarı siniflərdə isə fənn müəllimi tədris edirdi. IV-X siniflərdə əmək təlimi fənninə həftədə 2 saat vaxt ayrılmışdı. IV-X siniflərdə əmək təlimi fənninin tədrisi zamanı sinif iki qrupa bölünürdü. Qrupun birində qızlar, digərində isə oğlanlar təhsil alırdı. Bu qrupların dərs proqramları fərqli idi. Oğlanlara çilingərlik, dülgərlik, kənd təsərrüfatı və elektrotexniki işlər bölmələri üzrə, qızlara isə evdarlıq, kulinariya, biçmə-tikmə bölmələri üzrə dərs keçirilirdi. Bu bölünmə məqsədəuyğun idi.

Təhsil kurrikulum sisteminə keçdikdən sonra əmək təlimi və rəsmxət fənnləri ləğv edildi, onların əvəzində texnologiya fənni tədris olunmağa başladı. Texnologiya fənni I-IX siniflərdə tədris olunur. I-IV siniflərdə bu fənni sinif müəllimi, V-IX siniflərdə isə ixtisas müəllimi tədris edir. Qeyd edim ki, V-IX siniflərdə texnologiya fənninin tədrisinə həftədə 1 saat vaxt ayrılmışdır.

Qeyd edək ki, I-IV siniflərdə texnologiya dərsləri iki qrupa bölünmür. V-IX siniflərdə isə əgər sinifdə siyahı üzrə 20 nəfər və bundan çox şagird varsa, artıq sinif iki qrupa bölünür. Bu bölünmə zamanı hər iki qrupda həm oğlanlar, həm də qızlar təhsil alır, bu qruplarda eyni proqram tədris olunur. Düşünürəm ki, bu düzgün bir variantdır. Yəni cinsindən asılı olmayaraq hər bir şagirdin texnologiyanın bütün sahələrindən anlayışları, bilikləri olmalıdır. Onu da qeyd edim ki, V-IX siniflərdə ümumilikdə 130 mövzu vardır.

Əgər V-IX siniflərdə keçirilən mövzular diqqətlə araşdırılsa, belə nəticəyə gəlmək olar ki, texnologiya fənninin tədrisində siniflərin iki qrupa bölünməsi məqsədəuyğun deyil. Mövzulara diqqət yetirək. Belə ki, V sinifdə şagirdlərə “İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri”, “Məmulatın qrafik təsviri”, “Ailədə davranış və ünsiyyət mədəniyyəti”, “Ailə büdcəsinin formalaşması”, “Elektrik enerjisi və sadə elektrik dövrəsi”, “Mətbəx qab-qacağı və onlara qulluq”; VI sinifdə “Məktəbdə ünsiyyət və davranış mədəniyyəti”, “Ailə büdcəsinin müəyyən edilməsi. Gəlir və xərc”, “Meyvə ağaclarının becərilməsi və tədarükü texnologiyası”, “Mexanikləşdirilmiş əl alətləri”, “Elektrik enerjisinin

ötürülməsi və istifadəsi yolları”, “Mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş prinsipi”, “İnsan həyatında qidalı maddələr”; VII sinifdə “İctimai yerlərdə davranış və ünsiyyət mədəniyyəti”, “Ailə xərclərinin təyin edilməsi. Qidalanmaya ayrılmış vəsait”, “Ev quşlarının bəslənməsi texnologiyası”, “Quraşdırma elementləri olan məmulatların spesifikasiyası”, “Texnoloji maşın və mexanizmlər haqqında məlumat”, “Elektrik çaydanının quruluşu və iş prinsipi”, “Elektrik ütüsünün quruluşu və iş prinsipi”, “Fenin quruluşu və iş prinsipi”, “Balığın mexaniki emalı texnologiyası”, “Balığın isti emalı. Balıq yeməkləri”, “Quş ətinin mexaniki mətbəx emalı texnologiyası”, “Ətin mexaniki emalı texnologiyası”, “Duru yeməklərin hazırlanma texnologiyası” və digər mövzular tədris edilir. VIII-IX sinfin texnologiya dərsliklərinə də nəzər salsaq, burada da yuxarıda qeyd olunan mövzulara oxşar və yaxud yaxın mövzular olduğunu görərik.

Bir az da əvvələ qayıdaq. Keçmiş İttifaqın dövründə əmək təlimi fənninin tədrisi zamanı tədris proqramında şagirdlərin müxtəlif əl işi mövzuları var idi. Məsələn, oğlanlar müxtəlif oyuncaqlar, çəkic, oxlov, xəkəndaz və sairə düzəldir, qızlar isə iki saat ərzində müxtəlif şirniyyatlar bişirir və tikişlə məşğul olurdular. Hazırkı proqramda isə bütün bu qeyd olunanlara yer ayrılmayıb. Düzdür, elə mövzular var ki, orada praktik işlərdən söhbət açılır. Bu zaman müəllim əgər emalatxanada, yaxud sinifdə təchizat varsa, bu mövzuları şagirdlərə praktik olaraq göstərir və izah edir. Məsələn, taxtanın mişarlanması, taxtanın rəndə ilə yonulması, ölçmə alətləri ilə ölçmə və nişanlama, nazik təbəqəli metalın kəsilməsi, metalın çapılması və sairə mövzular bu qəbildəndir. Deməyim odur ki, hazırkı proqramda şagirdin dərs vaxtı hər hansı bir əşya düzəltməsi tələb olunmur. Onu da qeyd edim ki, hətta praktik iş olan mövzuları da müəllim bütün siniflə bir dərs saatı ərzində tədris etmək imkanına malikdir.

Respublikamızın az sayda məktəblərində texnologiya fənnini tədris etmək üçün emalatxanalar və təchizat var. Əksəriyyətində isə bu imkan yoxdur. Lakin emalatxananın, təchizatın olub-olmamasından asılı olmayaraq düşünürəm ki, texnologiya fənninin tədrisi zamanı siniflərin iki qrupa bölünməsi məqsədəuyğun deyil. Düşünsək ki, riyaziyyat və laboratoriya təcrübələri aparılan kimya, fizika kimi çətin qavranılan fənlərin tədrisi zamanı siniflər bölünmür, onda daha asan qavranılan, sadə mövzuları əhatə edən texnologiya fənninin iki qrupa bölünməsinə ehtiyac yoxdur.

Nəticə olaraq onu qeyd etmək istəyirəm ki, texnologiya fənninin tədrisində siniflərin iki qrupa bölünməməsi üçün Təhsil Nazirinin müvafiq əmri olmalıdır. Əlbəttə, bu prosesi mərhələ-mərhələ həyata keçirmək lazımdır. Yəni, əvvəlcə 5-ci və 6-cı sinifləri, növbəti tədris ilində 7-ci və 8-ci sinifləri, daha sonra isə 9-cu siniflərdə texnologiya fənnində sinfi birləşdirmək lazımdır. Bunun həyata keçirilməsi nəticəsində texnologiya müəllimləri heç də ixtisara

düşməyəcək, onlardan az bir qisminin dərs saatları müəyyən qədər azalacaq. Onu da qeyd edim ki, respublikamızda təxminən 4500 məktəb var. Kənd məktəblərində siniflərin əksəriyyətində 20 nəfərdən az şagird təhsil alır və həmin siniflər qruplara bölünmür. Məktəblərin çoxu isə şagird kontingenti az olan kənd məktəbləridir.

Ümidvaram ki, irəli sürdüyüm təklif Təhsil Nazirliyinin aidiyyatı əməkdaşları tərəfindən müzakirə olunacaq, bu məsələyə aydınlıq gətiriləcək və həyata keçiriləcək.

Fərhad Ramizoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “İti qələm” mükafatları laureatı, 2015-ci ilin birillik Prezident təqaüdçüsüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...