Anons

Bu gün, 14:08- Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi

Bu gün, 13:44- Sabahın havası - Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Bu gün, 13:19- Azərbaycanda yeni fond yaradılır

Bu gün, 12:51- Türkmənistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Bu gün, 12:26- Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir

Bu gün, 12:00- Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün, 11:33- Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

Bu gün, 11:07- "Airbus" 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

Bu gün, 10:45- Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Bu gün, 10:19- İyulun 1-dən toylara icazə verilir

Dünən, 17:00- ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq

Dünən, 16:29- “Nar” “Breyn Rinq” yarışının çempionu oldu

Dünən, 16:04- Van Damın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Dünən, 15:32- Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM

Dünən, 15:00- Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Dünən, 14:26- Bakıda 45 mindən çox şagird 1-ci sinfə ərizə verib

Dünən, 13:53- Sabah temperatur 40 dərəcəni keçəcək

Dünən, 13:18- Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Dünən, 12:41- Azərbaycanda gələn aydan QAZ avtomobillərinin yığılmasına başlanacaq

Dünən, 12:05- Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib

Haqqımızda Əlaqə

Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

Tarix:8-05-2021, 11:12

Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Yenisabah.az xəbər verir ki, milli komandamıza növbəti vəsiqəni taekvondoçu Fəridə Əzizova qazandırıb.

67 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa Təsnifat Turnirində fərqlənib. O, finala yüksəlməklə, bu hüquqa yiyələnib. Fəridə yarımfinalda Ukrayna taekvondoçusu Tatyana Teterevyatnikovaya qalib gələrək bu uğura imza atıb.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 21-ə çatıb. Fəridə taekvondo millimizin buna nail olan 2-ci üzvü olub. Onadək Milad Beiqi Harçeqani (80 kq) Yaponiya paytaxtında çıxış şansı qazanıb.

Taekvondoçulardan başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçisi İslam Abbasov (87 kq), qadın güləşində Mariya Stadnik (50 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...