Anons

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Haqqımızda Əlaqə

Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

Tarix:7-05-2021, 13:19

Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən Tədbirlər Planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb.

Bunu "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, Zəfər yolunun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür: "Tədbirlər Planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. Bütün bu işlərin görülməsi üçün vəsait də ayrılıb".

"Azərsu" rəsmisi deyib ki, Tədbirlər Planına daxil olacaq işlər bu il ərzində icra olunacaq:

"Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bura şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir.

Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Amma yeni layihədə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr əlaqələndirəcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya qəbul ediləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək. Yeni polad magistral kəmər yeyinti sənayesində istifadə edilən xüsusi boyalarla daxildən boyanır, üzəri isə karroziyaya qarşı izolyasiya olunur. Bu həm keyfiyyətli və təhlükəsizlik su təminatına, həm də boruların uzunmüddətli istismarına imkan verəcək"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...