Anons

Dünən, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Dünən, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Dünən, 19:35- Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

Dünən, 18:48- 16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

Dünən, 17:00- Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

Dünən, 16:40- BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Dünən, 16:15- " `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

Dünən, 15:38- "AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 14:53- “Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

Dünən, 14:28- Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

Dünən, 14:08- Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

Dünən, 13:44- Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Dünən, 13:03- Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

Dünən, 12:36- Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Dünən, 12:06- “Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

Dünən, 11:33- İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

Dünən, 10:53- “İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

Dünən, 10:10- Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Dünən, 09:38- Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Dünən, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Haqqımızda Əlaqə

Şirvanın "şir ürəkli" ”ağcaqanad”ları - // VİDEO

Tarix:6-05-2021, 12:32

Şirvanın "şir ürəkli" ”ağcaqanad”ları - // VİDEO Hər bir insan ömründə bir dəfə də olsun vampirlərlə bağlı film izləyib və qorxu hissi yasayıb. Lakin, insanlar qorxu ilə yaşamağa məhkum olduqda zamanla qorxu hissi işgəncəyə cevrilir. Belə təcrübələri Azərbaycanın bir cox icra başcıları yaxşı bildikləri ücün vəzifə səlahiyyətlərinin qat-qat üzərinə çıxıb, xalqın xidmətçisindən xalqın “vampir”inə çevrilirlər.

Belə düşünməmizə əsas verən səbəblərdən biri olaraq, sizi Şirvan rayonunda baş verənlərin kicik bir epizodu ilə tanış edirik.
DogruXeber.az informasiya Agentliyinin redaksiyasına müraciət edən Şirvan rayon sakini, II qrup əlil Bəşirov Kazım yaşadığı acınacaqlı həyatının tablosunu gözlərimizin önünə sərdi.



Kazım kişi ömrünün ixtiyar çağındadır. Bu yaşda həyatın verdiyi yorğunluqların acısını xəfiflətmək yerinə, əksinə “həyatda qalma” mubarizəsi aparır.

Köhnə, cırıq kisəsi ilə küçə-küçə gəzib dəmir və şüşə icki bankaları toplayaraq çörək pulunu çıxarmağa çalışır. Üstəlik səhhətinin verdiyi ağır işgəncələr Kazım kişinin vəziyyətini daha da dözülməz edib. Kazım Bəşirov üzləşdiyi acınacaqlı həyatının yükünü azda olsa azaltmaq üçün dəfələrlə Şirvan rayon İcra Başçısı İlqar Abbasovun qapısını döyüb. Nə yazıq ki, sözün həqiqi mənasında ətdən divarlarla müdafiə olunan İlqar Abbasov "təhlükəli cinayətkar" hesab etdiyi Kazım kişini elə icra aparatının önündən əliboş geri döndərir. Kazım kişi əbəs yerə söyləmir ki, Şirvan rayon İcra Hakimiyyətində xidmət edən polislər yalnız öz vəzifə səlahiyyətlərini deyil, icra başçısının vəzifələrini də cavfəşanlıqla yerinə yetirməkdə maraqlıdırlar. Kazım kisinin yaşadığı ev (əlbətdə ki, ev adlandırmaq olarsa) ilin yağışlı fəsillərində ev olmaqdan çox xəlbir rolunu oynayır. Onsuzda əlillikdən əziyyət çəkən Kazım kişiyə işgəncə etmək İlqar Abbasovun “həyat zövqü”nü daha da artırır.

Əslində Kazım kişi Şirvan rayonunda haqları tapdalanmış minlərcə insanlardan biridir ki, rahat kürsüsündə zövqlə əyləşən İlqar Abbasov onların səslərini duymamaq üçün qulaqlarına “pambıq tıxayıb”.



Yəqin bu səbəbdəndir ki, Kazım Bəşirov Şirvan rayonunun məmurlarını “xalqın qanını soran ağcaqanadlar” adlandırır.

P. S: Qeyd edirik ki, B.Kazımın istəyi o qədər də böyük deyil. O sadəcə yaşadığı yararsız halda olan mənzilinin təmiri üçün İcra Hakimiyyətindən kömək istəyir.

P.S.S: “K.İ.V” haqqında qanunları rəhbər tutaraq, hər zaman olduğu kimi qarşı tərəfin də mövqeyini öyrənmək üçün Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən bütün əlaqə nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...