Anons

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Haqqımızda Əlaqə

Cəmil Həsənlinin qızının videosuna görə cinayət işi AÇILDI

Tarix:30-04-2021, 10:46

Cəmil Həsənlinin qızının videosuna görə cinayət işi AÇILDI Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.

Bu barədə “Azadlıq” radiosuna hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Qeyd edilib ki, cinayət işi fakt üzrə başlanıb, konkret kiməsə qarşı ittiham irəli sürülməyib.

Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə başlanmış cinayət işinin istintaqının Bakı şəhər Baş Polis İdarəsində aparıldığı bildirilir:

"Artıq tərəflərin hər ikisinin iştirakı ilə bir sıra istintaq hərəkətləri həyata keçirilib, üzləşmə olub. İstintaq davam edir".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov cinayət işi başlandığını təsdiqləyib:

"Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Vəkil Zibeydə Sadıqova istintaq sirri olduğunu əsas gətirərək bu barədə danışmaq istəməyib.

Günel Həsənli özü də onun iştirakı ilə müəyyən istintaq hərəkətləri aparıldığını təsdiqləsə də, detalları açıqlamayıb.

Martın 28-də sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid intim videolar yayılıb.

Videolarda adı keçən və Mahir Əliverdiyev kimi təqdim olunan şəxs əvvəlcədən planlaşdırılmış təxribatın iştirakçısı olması barədə ünvanına səslənən ittihamlara belə cavab verib:

"Hüquq-mühafizə orqanları var, ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq...".

CM-in 242-ci maddəsində 2000 manatdan 4000 manata qədər cərimə, 2 ilə qədər islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...