Anons

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Haqqımızda Əlaqə

52 azərbaycanlı Almaniyadan deportasiya edildi

Tarix:29-04-2021, 12:00

52 azərbaycanlı Almaniyadan deportasiya edildi Hüquqşünas Əlövsət Əliyev: “İndiki halda azərbaycanlılara qarşı bu münasibət normal deyil”

Modern.az xəbər verir ki, ötən gün Almaniyadan sığınacaq istəyən 52 Azərbaycan vətəndaşı deportasiya edilib. Xeber.de-nin Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən əldə etdiyi məlumatda deyilir ki, Almaniyadan birbaşa Bakıya 52 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar Düsseldorf hava limanından Bakıya nəzərdə tutulan çarter reysi ilə göndəriliblər. Təyyarənin Bakı vaxtı ilə saat 17:00-da Bakıya enməsi nəzərdə tutulsa da, gecikmə olub.

Azərbaycan vətəndaşlarını gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına endikdən sonra, sərnişinlər xüsusi avtobuslarla “Koroğlu” metro stansiyasının yaxınlığındakı idman şəhərciyinə aparılıblar. Burada onlara bildirilib ki, koronavirusla bağlı test götürülüb, nəticəsi müəyyən olunduqdan sonra sərbəst buraxılacaqlar.

Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev “Xeber.de”yə açıqlamasına bildirib ki, göndərilən şəxslər əsasən sığınacaq istəyi rədd edilənlərdir: “Bundan əvvəl Gürcüstana, Əfqanıstana, Suriyaya belə göndərmələr olmuşdu. İndiki halda azərbaycanlılara qarşı bu münasibət normal deyil. Çünki göndərilənlər arasında təhsil alan, işləyən şəxslər olub. Almaniyada doğulan uşaqları da göndəriblər. Həmin şəxslərə Azərbaycanda doğum haqqında şəhadətnamə almaq azı bir il çəkəcək. Çünki onlar Almaniyanın verdiyi doğum haqqında şəhadətnamələrlə göndəriliblər. Onlar Azərbaycanda tanınması üçün leqallaşdırılmayıb. Bunun üçün uşağın doğulduğu şəhərin məhkəməsi leqallaşdırmağa icazə verməlidir. Daha sonra Azərbaycanın konsulluğu həmin sənədi tanımalıdır. Nəhayət bundan sonra həmin uşaqlar doğum haqqında şəhadətnamə ala bilərlər”.

Ə.Əliyev bildirib ki, deportasiya həyata keçirən məmurlar bəzən ailələr haqqında məlumatı dəqiq öyrənmirlər: “Hətta “Duldung”la (möhlət hüququ ilə yaşama) işləyənlər var ki, onlardan birini keçən dəfəki deportasiyada vəkili hava limanından geri qaytarmışdı. 18 aydan çox işləyən şəxsi, “Duldung”la deportasiya edə bilməzlər. Alman hökuməti əcnəbilərə münasibətdə diqqətli olmalıdır. Onların bu formada deportasiyasına şərait yaratmalı deyillər”.

Məlumat üçün bildirək ki, Almaniya qaçqın statusu üçün Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu Avropa ölkələri sırasında gəlir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...