Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Regionlarda da dinamik iqtisadi inkişaf təmin ediləcək

Tarix:22-04-2021, 11:00

Regionlarda da dinamik iqtisadi inkişaf təmin ediləcək 30 ilə yaxın müddətdə hamı Vətən deyirdi, işğaldan azad edilməsi üçün. İndi də hamı Vətən deyir, işğaldan azad edilmiş şəhərlərin, kəndlərin yenidən qurulması üçün. Zaman anlamında sabah da Vətən deyəcək, yenidən qurulmuş şəhərlərin, kəndlərin dinamik inkişafı üçün...

Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərlərində onların yenidən qurulacağını bildirdi. Vətən müharibəsində ordu ilə nəfəs alan, ordunun qələbə ruhunun ilhamçısı olan xalq bu proqramda da fəal iştirak etmək əzmindədir. Dünya görəcək ki, güclü Azərbaycan dövləti dünyəvi, bəşəri dövlət olaraq torpaqlarını qoru-mağı da bacarır, onu əkib-becərməyi də, torpaqlarında qurub-yaratmağı da. Ölkə başçısının əyalətlərə səfərlərində quruculuq proqramlarının həyata keçirilməsi istiqamətində qlobal işlər görüləcəyinə zəmin yaranır. Sevindirici haldır ki, belə proqramların gerçəkləşməsinin başlıca iştirakçısı yerli əhalidir, yəni əhali cəfasına qatlaşmaq istəyir ki, səfasına da yiyələnə bilsin..

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Hacıqabula səfəri də bu baxımdan tarixləşəcək. Ölkə başçısının səfəri regionda sosial həyatın yeniləşməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində konkret tədbirlər həyata keçiriləcəyinin zəmanətidir. Bu zəmanət ölkədə insan amilinə xüsusi diqqət yetirilməsinin zəmanətidir. Hər belə səfər həmin regionun inkişafında yaddaqalan, tarixləşən yeniliklərlə nə-ticələnir.

Vətən müharibəsi başa çatsa da onun fəsadlarının aradan qaldırılması davam etməkdədir. Ən təhlükəli fəsad ermənilərin qoyub getdiyi minalardır. O minalar təmizlənməyincə işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması, aqrar sektorda inkişaf mümkün olmayacaq. Bu baxımdan minalar təmizlənməlidir. Ölkə başçısı Hacıqabulda verdiyi müsahibədə bu məqamı da diqqətə çatdırmışdır:

“Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə

Nazirliyi təmizləyib. Bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verildi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müsahibədə dövlətçilik tariximizlə, dövlətçiiymizlə bağlı olduqca diqqətçəkən bir məqama da toxunmuşdur. Bu məqam “Mən azərbaycanlıyam!” deyənlərin hamısının qürurunu kükrədir. Bu məqam yüz ilin ilhaqının eirafına işıq salan məqamdır, tarixin səhfini düzəltməyə yönəldilən haqq, ədalət. bəşərilik işığıdır. Dövlət başçımızın çıxışı xalqın niyyətinin ifadəsi kimi dinlənilmişdir, ölkə xaricində də belə anlaşılacaqdır: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqları-mıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Ölkə başçısının digər regionlara səfərləri kimi bu səfəri istər konkret regionda, istərsə də ölkə miqyasında sosial-iqtisadi inkişafın istiqamətlərini dəqiqləşdirəcək, nəzərdə tutulan inkişaf proqramlarının həyata keçirilməsini sürətləndirəcəkdir.

Regionda içməli su layihəsinin 2013-cü ildə icra edildiyini, şəhərin içməli su ilə təmin olunduğunu, yolların 75 faizinin yenidən çəkildiyini diqqətə çatdıran ölkə başçısı rayonda bir çox sosial layihələrin də həyata keçirildiyini bildirmişdir.

Aqrar sektorda ölkə başçısının təşəbbüsü ilə son illərdə olduqca mühüm proqramlar həyata keçirilmişdir. Müharibə şəraitində belə proqramların həyata keçirilməsi dövlətin iqtisadi inkişafının sviyyəsi ilə bağlıdır. Hacıqabula səfərində verdiyi müsahibədə ölkə başçısı aqrar sektorda görüləcək işlər haqqında da məlumat verərək demişdir: “Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar - “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir. Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada - “Azərsun” aqroparkında onları idarəedən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin

inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub”. Bu fikirlər ölkədə iqtisadi inkişafın parametrləri haqqında informasiya da verir, onun həyata keçiriləcəyi haqqında zəmanət də.

Azərbaycan dünyəvi dövlət olaraq bütün sahələrdə dinamik inkişafdadır. Müasir dünyanın ən başlıca inkişaf sahələri onun yolları ilə də müəyyənləşdirilir. İşğaldan azad edilmiş rayonlarda 28 il müddətində yollar da kəndlər kimi bərbad hala salınıb. Yeri gəlmişkən, ölkə başçımız bunlara görə Ermnistanın cavab verəcəyini əminliklə, qətiyyətlə bildirib. Yollar abadlaşdırılmasa, əsaslı təmir edilməsə, yenisi salınmasa, orda şəhərlərin, kəndlərin yenidən qurulması xeyli çətinləşər. Camaat doğma ocağına can atır. Bu prosesin tezləşdirilməsi onların illər çəkən ağrı-acılarına, mənəvi sıxıntılarına təsəlli olacaq. Seçicilərim bu prosesi Vətən müharibəsində qazanılan Zəfərə böyük ehtiram hesab edir. Onlar da deyirlər ki, belə olmazsa, ölkə başçısının nəzərdə tutduğu “ağıllı kənd” layihəsini operativ müddətdə yerinə yetirmək çətinləşər. Ölkə başçımız Hacıqabul səfərində bu məsələyə də çox ciddi toxunub.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti Cənab ilham Əliyevin Hacıqabula səfəri regionların timsalında Azərbaycanımızın dinamik inkişafının konturları haqqında müfəssəl informasiya verir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...