Anons

Dünən, 21:03- “Xarı bülbülü”ü Xarı bülbül də alqışladı.

11-05-2021, 16:02- Radioloq Hürü Rəhimova: "Ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur"

11-05-2021, 11:32- Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"

8-05-2021, 11:12- Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

7-05-2021, 17:09- Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

7-05-2021, 16:45- Xalq şairi Musa Yaqub vəfat edib

7-05-2021, 16:18- Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək

7-05-2021, 15:51- Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

7-05-2021, 15:23- Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

7-05-2021, 15:00- Azər Xudiyev: "ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür"

7-05-2021, 14:36- Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq

7-05-2021, 14:07- Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

7-05-2021, 13:42- Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib

7-05-2021, 13:19- Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

7-05-2021, 12:58- AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

7-05-2021, 12:24- Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq

7-05-2021, 12:00- Bakıya qəhrəman şəhər adı verilmədir.

7-05-2021, 10:47- Xalq artisti Arif Quliyev vəfat edib

7-05-2021, 10:13- Hilal Qasımovun yeni kitabı işıq üzü görüb.

6-05-2021, 23:13- İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur: Qazidən giley - VİDEO

Haqqımızda Əlaqə

Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir

Tarix:14-04-2021, 14:00

Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir Pandemiya səbəbilə sərnişindaşımada yaranmış fasilə dövründə Bakı metropolitenində daha bir yenilik həyata keçirilir.Qurumdan Modern.az-a verilən məlumata görə, metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur:

“Birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir. Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq. Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir”.

Rəsmi məlumata görə, sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb:

“Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib. Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.

İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.

Mərhələli təmir-yenidənqurma işləri çərçivəsində 1985-ci ildə istifadəyə verilmiş stansiyanın üzərində yerləşən inzibati binanın fasad örtüyünün bərpa işləri aparılır. Təmirə cəlb edilən sahələrin yaxınlığı ilə hərəkət edən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işi aparılıb. Hazırda pandemiya dövrünün tələblərinə ciddi əməl olunmaqla təşkil edilmiş bərpa işlərinin böyük hissəsi arxada qalıb”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...