Anons

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Haqqımızda Əlaqə

Səbinə Xasayeva: “Azərbaycan və Türkiyə bir-birinin ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir”

Tarix:19-02-2021, 13:46

Səbinə Xasayeva: “Azərbaycan və Türkiyə bir-birinin ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir” "Dünən Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra baş tutan bu forum xüsusi əhəmiyyət kəsb edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. O, qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi "Bir millət, iki dövlət" prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir: "Şanlı qələbəmizin əldə edilməsi zamanı Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək də bu prinsipin həyata keçirilməsinin ən bariz nümunələrindən biri oldu. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir".

Millət vəkili deyib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun tarixi vətən müharibəsindəki zəfərindən sonra ölkəmiz üçün daha da parlaq gələcəyi şərtləndirən yeni dövr başlayıb: "Cənab prezidentimizin çıxışlarında qeyd etdiyi kimi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Bu yolda da ilkin tərəfdaşımız əlbəttə ki, türkiyəli qardaşlarımızdır. Təsadüfi deyil ki, bügun Azərbaycan və Türkiyə bir-birinin ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir. Bunun nəticəsində türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Heç şübhəsiz, ölkəmizin müdrik prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız öz birliyi və zəhməti ilə qaniçən və mənfur ermənilər tərəfindən yerlə-yeksan edilmiş doğma torpaqlarımızı tez bir zamanda bərpa edəcəklər. Yurdsevər insanlarımız öz ata-baba yurdlarına sevinc və fərəh hissi ilə qayıdacaq, böyük coşğu ilə orada qurub yaradacaqlar".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...