Anons

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Haqqımızda Əlaqə

Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman

Tarix:19-02-2021, 15:17

Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti nəticəsində 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək yeni bir şanlı tarix yazdı.

Mübarizə aparılan haqq savaşında Vətən uğrunda canlarını fəda edən, qanları ilə tarixə yeni bir səhifə açan igid oğullar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsi əsasında qürurla tanıdılır.

Kitabxananın İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva bu dəfə düşmən qarşısında inamla dayanaraq göstərdiyi şücaəti ilə yaddaşlarda silinməz iz qoyan şəhid Məmmədov Türkman Yolçu oğlu haqqında hazırladığı informasiya məktubu və videoçarxı sosial şəbəkələrə təqdim edir.

Şəhidin ailəsi və döyüş yoldaşları tərəfindən verilən məlumatlar əsasında hazırlanan informasiya məktubunda əbədiyyətə qovuşan igid Vətən oğlu Məmmədov Türkmanın həyat yolu, hərbi fəaliyyəti və qazandığı nailiyyətlər işıqlandırılır. Döyüş yoldaşlarının onunla bağlı xatirələri xüsusilə qeyd edilir. Videoçarxda isə təhsil aldığı dövrlərə aid və hərbidə olduğu müddətlə bağlı fotolar, bununla yanaşı komandir və heyətinin şəhidin əziz xatirəsi üçün hazırladığı plakatın video lenti, şəhidin atası Məmmədov Yolçunun xatirələri nümayiş edilir.

Məmmədov Türkman Yolçu oğlu 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayon Hacılar kəndində anadan olmuşdur.

Təhsilə Cəbrayıl rayonu 22 saylı orta məktəbdə başlayan Türkman, orta məktəbi bitirdikdən sonra 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır.

Şəhid əsgər Məmmədov Türkman Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət etmiş, 2019-cu ilin iyul ayında Gədəbəy RHK tərəfindən hərbi xidmətə çağırılmışdır.

Hərbidə bacarığı, çalışqanlığı və cəsurluğu seçilən Türkmanın valideylərinə “Təşəkkür məktubu” göndərilmişdir. O, hərbi sahədə qazandığı nailiyyətlərinə görə fəxri fərmanlarla da təltif edilmişdir.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən Məmmədov Türkman Yolçu oğlu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının alınmasında iştirak etmişdir.

Erməni separatçılarına qarşı aparılan mübarizədə Türkman döyüş yoldaşlarına, yaralı olan əsgərlərə dəstək olmuş və Xocavənd rayonun alınmasında şücaət göstərmişdir. O, Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Şexer kəndində şəhid olmuşdur.

Şəhid Məmmədov Türkmanın komandirinin verdiyi məlumata əsasən;

“Xocavənd istiqamətində kəndin alınmasında yüksəklikləri tutmaq üçün hücuma keçərkən erməni qüvvələri atıcı silahlar, minamıyotlar, snayperlərdən bizə doğru atəş atırdılar. Bizi hədəfə çevirib tanklarla hücum edirdilər.

Həmin zaman mənfur düşmən OSVD snayperi vasitəsilə Türkmanı vurdu və atəş nəticəsində qaraciyəri nayihəsi parçalandı. Məmmədov Türkman 27 oktyabr 2020-ci il tarixində aldığı atəş nəticəsində şəhid oldu.”

Şəhid Türkman Məmmədovun döyüş yoldaşları, komandir və onun heyəti tərəfindən əziz xatirəsini əbədiləşdirmək məqsədilə plakat hazır edildi. Plakat şəhidin yaşadığı məhəllənin giriş hissəsinə yerləşdirildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Məmmədov Türkman ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Şəhid atasının verdiyi məlumata əsasən:

Döyüş yoldaşlarını qardaşı kimi bilərdi...

Zəngində həmişə deyirdi:

-Qardaşlarım buradadır...Düşməni məhv edəcəyik!

Siz özünüzdən müğayət olun...”

Tarixə adını yazdıraraq dastan yazan igid, ruhun şad olsun!

Fədakarlığın və qəhrəmanlığın unudulmayacaq!

Şəhid Məmmədov Türkman haqqında hazırlanan məlumatlar aşağıdakı linklərdə yerləşdirilmişdir.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/156018668.pdf

https://www.youtube.com/watch?v=DUUblHFrAb0

Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
Tarixə adını yazdıraraq ölümsüz zirvəyə ucalan igid Məmmədov Türkman
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...