Anons

Bu gün, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Haqqımızda Əlaqə

Soyuq atmosfer siklonları artıq ölkəni tərk edir, intensiv yağıntılar gözlənilmir - Umayra Tağıyeva

Tarix:18-02-2021, 15:33

Soyuq atmosfer siklonları artıq ölkəni tərk edir, intensiv yağıntılar gözlənilmir - Umayra Tağıyeva Bu gün və fevralın 19-da gecə və səhər saatlarında respublikanın bəzi bölgələrində yağıntılar müşahidə olunacaq. Lakin proses zəiflədiyindən intensiv güclü yağıntılar gözlənilmir.

Bunu ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisindən ölkəmizə daxil olan soyuq atmosfer siklonları artıq respublika ərazisini tərk edir. Buna görə də bugün gün ərzində bölgələrdə intensiv yağıntılar gözlənilmir:

"Lakin ötən gecə respublikanın bir sıra rayonlarında intensiv qar yağdı. Ən çox düşən yağıntının miqdarı Kicik Qafqazın ərazilərində müşahidə olundu. Gəncə və Ağstafa rayonlarında bir sutka ərzində düşən yağıntının miqdarı aylıq yağıntı normasına yaxın oldu. Bu bölgədə 28 sm-lik qar örtüyü yaranıb. Böyük Qafqazın ərazilərində qarın hündürlüyü 40 sm-ə qədər olub. Burada havanın temperaturu kəskin enərək dağlıq və yüksək dağlıq ərazilərdə mənfi 14 dərəcəyədək aşağı enib".

U.Tağıyeva əlavə edib ki, Bakıda yağıntılar əsasən, sulu qar şəklində qeydə alınıb:

"Proses Bakıya yaxınlaşdıqda bir qədər yumşalır və buna görə də yağıntılar sulu qar şəklində düşür. Bu gecə paytaxtda havanın temperaturu mənfi 1 dərəcəyə qədər enib. Artıq bu proses zəifləyib. Əsas bulud sistemi şərqə doğru hərəkət edir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...