Anons

Bu gün, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Haqqımızda Əlaqə

“Azərsu” 1 il əvvəl yaranan şirkətlə 768128 manatlıq müqavilə bağladı

Tarix:9-02-2021, 16:02

“Azərsu” 1 il əvvəl yaranan şirkətlə 768128 manatlıq müqavilə bağladı “Azərsu” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələri və qurğuların yüksək təzyiqli yanacaq nasosu və yanacaq püskürücülərinin təmiri işlərinin və tələb olunan ehtiyat hissələrinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Stimulxəbər.az Qaynarinfo-ya istinadən xatırladır ki, sözugedən tender musabiqəsi bu il yanvarın 7-də keçirilib. Açıq tenderin qalibi İRZS MOTORS MMC olub. “Azərsu” qalib şirkətə 768 min 128 manat ödəyəcək.

Tenderin şərtlərinə görə, 1 ədəd Yanacaq nasosu – “CASE 580T” markalı buldozerin yüksək təzyiqli yanacaq nasosun gövdəsinin dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması, 12 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün klapan dəsti dəyişilməsi, 6 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilinin yanacaq püskürücüsün əsaslı təmir olunması, 8 ədəd yanacaq püskürücüləri – “İsuzu NPR8” markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması və 8 ədəd yanacaq püskürücüləri – “İsuzu NPR8” markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi – alınacaq.

Qeyd edək ki, satınalma müqaviləsi bağlanan şirkət “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 il əvvəl yaranan bu şirkətin qanunda göstərilən təcrübəyə malik olması şübhəlidir. Qanunun 6.2.6. bəndinə görə, şirkətin 5 illik təcrübəsi olmalıdır.

100 manat nizamnamə kapitalına malik İRZS MOTORS MMC 2020-ci ilin yanvarın 8-də yaradılıb. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ YOLU -2, ev 36, m. 69-dur, qanunu təmsilçisi isə Zeynalov Rüfət İsrafil oğludur.

Şirkət indiyə kimi dövlət satınalmalarında iştirak etməyib. İnternet resurslarında İRZS MOTORS MMC ilə bağlı məlumatlar yalnız iş elanlarından ibarətdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...