Anons

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Haqqımızda Əlaqə

Vətən müharibəsi»ndə şücaət göstərmiş bir qrup zəngilanlı qazilər ilə gənclərin onlayn görüşü keçirilmişdir

Tarix:28-01-2021, 10:46

Vətən müharibəsi»ndə şücaət göstərmiş bir qrup zəngilanlı  qazilər ilə gənclərin onlayn görüşü keçirilmişdir 27 yanvar 2021-ci il tarixdə Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən bir qrup Zəngilanlı qazilərlə onlayn görüş keçirilmişdir.
Görüşün keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarət idi.
Tədbirdə Vətən müharibəsi qazilərindən İsmayılov Vüsal Yunis oğlu, Həsənov Kənan Baloğlan oğlu, həmçinin, Zəngilan rayon Prokurorunun Böyük köməkçisi Nazim Zeynalov, Zəngilan rayon İcra hakimiyyətində şöbə müdirinin müavini Elmar Quliyev, Rayon Təhsil şöbəsinin müdiri Kənan İmaməliyev, YAP-ın Zəngilan rayon Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə, Birinci Qarabağ müharibəsi veteranları, ehtiyatda olan polkovnik, hərbi jurnalist, şair Mahir Cavadlı, ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov, Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Novruz Qəriboğlu, fəal gənclər və ümümtəhsil məktəblərinin Hərbi rəhbərləri iştirak ettmişlər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında rəşadətli Ordumuzun qəhrəmanlığl sayəsində mənfur və qaniçən düşmən üzərində layiqli Qələbə qazanmağımız 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi digər rayonların vətənpərvər insanları kimi yurdsevər zəngilanlıların da əzəli ata-baba torpaqlarına qayıtmasına imkan yaratmışdı.
Bu Böyük Tarixi Qələbədə ölkəmizin vətənpərvər və qəhrəman gəncləri kimi zəngilanlı gənclər də fəal iştirak etmişlər. Onlardan 10 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 40-a yaxın gənc döyüşçü müxtəlif bədən xəsarətləri almışdır. Şəhidlərdən 6 nəfəri , yaralı əsgər və zabitlərdən isə 30 nəfəri müxtəlif orden və medallarla təltif olunmuşlar.
Vətən müharibəsində şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasına xüsusi diqqət və qayğı göstərilir. Bu qayğı və diqqət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq Zəngilan rayonun da bir sıra işlər həyata keçirilir. Zəngilan rayon İcra hakimiyyətinin başçısı və İcra aparatının əməkdaşları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrini müntəzəm olaraq baş çəkməyi özlərinə mənəvi borc bilir, onların problem və qayğıları ilə maraqlanırlar. Bu tədbirlər bundan sonra da ardıcıl surətdə və planlı şəkildə davam etdiriləcəkdir.
Sonra çıxış edən natiqlər qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.Onlar belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolunun əvəzsiz olduğunu, vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihələrin reallaşdırılmasının, gənclərin hərbi xidmətə hazırlanmasının, müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında dərindən və hərtərəfli öyrənilməsində virtual imkanların yaradılmasını, həmçinin Vətən uğrunda qanından və canından keçən qəhrəmanlarımızı daim diqqət mərkəzində saxlamağı xüsusi ilə vurğulamış və onların Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq yolunun müntəzəm işıqlandırılmasının əhəmiyyətini qeyd etmişlər.
Görüşdə çıxış edən qazilərdən Vüsal İsmayılov və Kənan Həsənov müharibə ilə bağlı xatirələrindən və gəstərdikləri igidliklərdən bəhs ediblər. Onlar,eyni zamanda qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra tədbirdə iştirak edən gənclərə söz verilmişdir. Onlar da belə tədbirlərin davamlı keçirilməsinin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət etdiyini bildirmişlər.

Vətən müharibəsi»ndə şücaət göstərmiş bir qrup zəngilanlı  qazilər ilə gənclərin onlayn görüşü keçirilmişdir
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...