Anons

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Haqqımızda Əlaqə

Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA

Tarix:27-01-2021, 14:19

Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə aksiz dərəcələrinin 31 manatdan 35 manata qaldırılması təklif edilir.

Bu təklifin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, aksiz dərəcənin artırılması tütünlə mübarizə strategiyasına uyğun addımdır.

O qeyd edib ki, tütünlə mübarizə dünyada ən aktual məsələlərdən biridir və Ümumdünya Səhiyyə Təşkilatı da Tütünlə Mübaruzə Konvensiyası qəbul edib və o konvensiyaya Azərbaycan da qoşulub:

“Həmin konvensiyaya əsasən, hər bir ölkə tütünlə mübarizə istiqamətində özünün milli qanunvericiliyini hazırlamalıdır. Milli qanunvericilikdə də tütünlə mübarizənin bir istiqaməti də tütün məhsullarının qiymətinin tənzimlənməsi ilə bağlıdır. Yəni elə qiymətlər olmalıdır ki, insanların tütün məmulatlarına marağı azalsın, xüsusən bu qiymətlər uşaqlar və yeniyetmələr üçün əlçatan olmasın.

Bunun üçün xüsusi qiymət siyasəti var. Azərbaycan tütün məhsullarının, siqaretin ən ucuz satıldığı ölkələrdən biridir. Ona görə də biz dəfələrlə məsələ qaldırmışıq ki, tütün məmulatlarına olan aksiz vergiləri artırılmalıdır, həm də siqaretin tək-tək satışına qadağa qoyumalıdır ki, uşaqlar, yeniyetmələr siqareti tək-tək almasınlar.

Bu mənada aksiz dərəcəsinin artırılması BMT-nin Tütünlə Mübarizə Konvensiyasına uyğundur, həm də bizim “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn bir məsələdir. Amma bununla yanaşı biz maarifləndimə və nəzarət işini də gücləndirməliyik ki, qapalı məkanlarda, digər qadağan olunmuş yerlərdə siqaret çəkilməsinin qarşısı alınsın”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...