Anons

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Haqqımızda Əlaqə

Azərbaycan regionda yeni reallıqlar yaradır

Tarix:19-01-2021, 12:19

Azərbaycan regionda yeni reallıqlar yaradır Prezidenti müzəffər Ali Baş Komandan ­İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, onun şanlı və rəşadətli ordusunun misilsiz qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi və işğalçı Ermənistan məğlubiyyətə uğradı. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı. Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsi ədalətli həllini tapdı.

Tarixi Qələbə dövlətimizə, onun müzəffər liderinə imkan verdi ki, qalib ölkənin rəhbəri kimi ölkəsinin və xalqının haqq işini beynəlxalq qanunlar çərçivəsində həll edə bilsin.
Nəticədə, 2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli bəyanat Azərbaycanın şanlı Qələbəsinin, işğalçı Ermənistanın isə hərbi kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi dünya ictimaiyyətinə bəyan edildi. Bu bəyanat Azərbaycanın regionda və dünyada yeni reallıqlar yaratmasına yol açdı.
Yanvarın 11-də Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra keçən il noyabrın 9-da imzalanmış 9 maddədən ibarət üçtərəfli bəyanatda əks olunan strateji prinsiplərin reallaşdırılmasının gedişini, cari ildə əsas hədəflərin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək və düzgün çıxış yolunu tapmaq idi.
Bu üçtərəfli görüşdə imzalanmış 4 maddəlik bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası və açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması və həmin işçi qrupun yanvarın 30-dək ilk iclasını keçirməsi barədə razılıq əldə edilməsi region dövlətlərinin mənafelərinə cavab verir. Çünki qısa zaman kəsiyində fəaliyyət istiqamətləri üzrə yaradılacaq ekspert alt qrupları dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təşkil olunacaq . Onlar bir ay ərzində layihələri hazırlayacaq, onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yollarının 30 ildən sonra bərpa edilməsi və istismara verilməsi təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kommunikasiya xətlərinin açılması nəticəsində Naxçıvan uzunmüddətli blokadadan çıxacaq və iqtisadi xərclərimiz xeyli azalacaqdır.
Ərazi bütövlüyü bərpa edilmiş ölkəmiz Türkiyə, İran İslam Respublikası və Rusiya ilə iqtisadi əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək imkanı əldə edəcəkdir. Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi prosesləri sürətləndirmək üçün nəhəng layihələrin icrasında fəal iştirakı ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaqdır. Azərbaycan regionun gələcək inkişafının təminatçısı kimi beynəlxalq daşımalarda daha fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına layiqli töhfələr verəcəkdir. Regionun iqtisadi yüksəlişi və bölgədə sülhə dəstək vermək təhlükəsizliyin dayanıqlı olmasını da təmin edəcəkdir.
İlham Əliyevin Moskvaya səfəri, imzalanan üçtərəfli bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan hərb meydanında qazandığı uğuru diplomatik masada, danışıqlar prosesində davam etdirir. Təbii ki, bu bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub. Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır.
Azərbaycan və Rusiya rəhbərlərinin verdikləri açıqlamalardan tam şəkildə aydın olur ki, danışıqlarda Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü tələblər haqlı olduğuna görə bəyənilmiş, nəticədə yeni imzalanmış bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilməyib və status məsələsi müzakirə mövzusu olmayıb.
Demək olar ki, Ermənistan bu görüşdən heç nə qazanmadı. Şərtlərimizi qəbul etməklə yanaşı, yeganə istəkləri noyabrın 10-dan sonra ələ keçirilmiş erməni diversant – terrorçuların əsir kimi qələmə verib azad olunması olsa da, bu məsələ də həllini tapmadı.
Ermənistanın millətçi və faşist ideologiyasından əl çəkməyən siyasi dairələri türk düşmənçiliyi mövqeyi tutan təşkilatları region üçün yaranmış yeni reallıqları sanki görmür, imzalanmış sənədlərin icrasından yayınmaq istəyirlər. İmzalanmış biabırçı məğlubiyyətdən ibrət götürmək və düzgün nəticə çıxarmaq əvəzinə, hələ də “böyük Ermənistan” yaratmaq xülyasından çıxmağı özlərinə rəva bilmirlər. Ancaq onlar yaxşı dərk etməlidirlər ki, aclığa və səfalətə qərq olmuş eməniləri və dağılmaqda olan Ermənistanı xilas etməyin yeganə düzgün yolu üçtərəfli bəyanatların tələblərinin yerinə yetirilməsinə qoşulmaq və regionda sülhü dayanıqlı etməkdir. Ölkədə sabitlik yaratmaqla, iqtisadi layihələrə qoşulmaq şansı əldə etməklə ölkənin iqtisadiyyatını dirçəltmək olar. Reallığı düzgün qiymətləndirib regionda sabitlik yaradılmadığı halda Prezident İlham Əliyevin onlara xatırlatdığı kimi, dəmir yumruq işə düşəcək və nəticədə Ermənistan bir dövlət kimi Yer üzündən silinmək təhlükəsi ilə yenidən üzləşməli olacaq. Ona görə də nə qədər gec deyil Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur. İmzalanmış sənədlərdən imtina etmək əvəzinə, onları heç bir irad irəli sürmədən yerinə yetirmək Ermənistanı gözləyən dəhşətli iqtisadi və siyası böhrandan çıxması üçün yeganə nicat yoludur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün Moskva görüşü çox vacib və əhəmiyyətli idi.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəni diplomatik müstəvidə davam etdirməsi dünyada yeni reallıqlar yaratmasına geniş yol açmaqla regionda dayanaqlı sülhə də təminatdır.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...