Anons

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Haqqımızda Əlaqə

Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi

Tarix:18-01-2021, 22:28

Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri olduqca mühüm hadisəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, dövlət başçımız səfəri zamanı vətəndaşlarımızın, xarici vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gələ bilmələri üçün Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu və burada beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılmasına dair göstərişlər verdi. Azərbaycanın digər şəhərlərindən Şuşaya rahat gediş-gəlişə imkan yaradıldı. Yaxın gələcəkdə isə azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. Bütün bu planların həyata keçirilməsi nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyət daşıyır.

“Prezidentin səfəri böyük qayıdışın başlandığını, tarixi dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya göstərdi. Bu isə qalib Prezidentin ətrafında sıx birləşən, onun düzgün hərbi-siyasi taktika və strategiyasını dəstəkləyən xalqımıza güc verir, onların tarixi torpaqlarına tez bir zamanda qayıdışına böyük inam hissi yaradır. Dövlət başçımızın ailəsi ilə birlikdə gecəni Şuşada qalması xalqımıza və dünyaya işğaldan azad olunmuş torpaqlarımızda qısa müddətdə sabitlik və təhlükəsizliyin bərqərar olmasını əyani şəkildə göstərən gözəl bir mesajdır. Bu, həm də tarixi Zəfərimizin parlaq nəticəsi kimi qiymətləndirilməlidir”.

Deputat qeyd edib ki, Prezidentin azad edilmiş əzəli ata-baba torpaqlarımıza qayıdışı sürətləndirməyə xidmət edən Qarabağa Dirçəliş Fondunu yaratması da düşmən tərəfindən darmadağın edilmiş doğma torpaqlarımızın yenidən qurulmasına, dünyanın diqqətini cəlb edən müasir turizm mərkəzinə çevrilməsinə münbit şərait yaradacaq. Dövlət başçısının qeyd etdiyi kimi, Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində artıq işlərə start verilib. Şuşada “Xarı Bülbül” beynəlxalq festivalının və Vaqif poeziya günlərinin yenidən bərpa olunması ölkənin regionlarında mədəni dəyərlərin təbliği məqsədini daşıyacaq. Şuşada uzun illərdən sonra böyük tədbirlərin, festivalların keçirilməsi dünyanın diqqətini cəlb edəcək və regionun qısa müddətdə turizm mərkəzinə çevrilməsi üçün maddi-texniki bazanın yaradılması əsas prioritet məsələyə çevriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...