Anons

Bu gün, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bu gün, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Haqqımızda Əlaqə

Abşeronun reallıqları və buna qərəzli münasibət haradan qaynaqlanır?... - Araşdırma

Tarix:28-12-2020, 22:49

Abşeronun reallıqları və buna qərəzli münasibət haradan qaynaqlanır?... - Araşdırma Son vaxtlar sosial şəbəkələrdə Abşeron rayonu barədə neqativ yönlü informasiyaların sayı artmaqda davam edir. Yaxından-uzaqdan Abşeronla heç bir əlaqəmiz olmasa da yayılan məlumatlarda toxunulan məqamlar diqqəti cəlb edir. Məlumatlarla tanış olan zaman insanda belə təəssürat yaranır ki, bu rayonun Azərbaycan Respublikasına heç bir aidiyyatı yoxdu, cəngəllik qanunları hər addımda hökm sürür və məmurlar feodal təfəkkürünün əsirinə çevriliblər. İlk andaca hiss olunur ki, qərəzli münasibət, şər-böhtan, hədsiz şişirdirmələr yayılan informasiyaların qayəsini təşkil edir. Əlbəttə, mövcud problemlərin işıqlandırılması və sağlam tənqidi yanaşma istər-istəməz insanda xoş hisslər yaradır. Amma, əndazələri keçəndə hər şey ürək bulandırır. Yazılardan görünür ki, hədəf kimi ölkədə yeganə qadın icra başçısı olan İradə Gülməmmədova seçilib. Heç kim, o cümlədən xanım icra başçısı iddia edə bilməz ki, Abşeron rayonunda bütün problemlər öz həllini tapıb. Əsasən sosial və infrastruktur problemləri rayonda kifayət qədərdir. Ədalət naminə qeyd edirik ki, Abşeron sakinlərinin rastlaşdığı problemlərin kökü və yaranma səbəbləri keçmişlə sıx bağlıdır. Belə ki, əvvəlki icra başçılarının fəaliyyəti dövründə Abşeronun bütün torpaqları sahibkarlara və fərdi yaşayış evləri tikmək üçün yerli sakinlərə satılaraq paylanılıb. Uzun illər ərzində Abşeronda çox böyük yaşayış massivləri meydana gəlməyə başladı. On minlərlə vətəndaş mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə evlər inşa edərək böyük qəsəbələrin sakinlərinə çevrildilər. İradə Gülməmmədovanın Abşerona icra başçısı təyin olunması o vaxtlara təsadüf edirdi ki, yuxarıda adı çəkilən iri qəsəbələrin və yaşayış massivlərinin sakinləri tikilmiş evlərində oturaraq su, işıq, qaz, yol, məktəb və digər problemlərin həllini gözləyirdilər. Çox da uzaq olmayan bu tarix hamımızın gözləri qarşısında cərəyan edib və xanım icra başçısının Abşerona təyinatı uzaqgörən və ağıllı insanların təəccübünə səbəb olub. Çünki, İradə Gülməmmədova sələflərindən miras qalan ciddi problemlərin məsuliyyətini çiyinlərinə alıb. Hamı düşünürdü ki , zərif cinsin nümayəndəsi məsuliyyətli və ağır yükü daşımaq iqtidarında olmayacaq. Amma belə düşünənlər bir müddətdən sonra yanıldıqlarını anlamağa başladılar. Xanım başçı nəinki keçmişdən qalan problemlərin böyük hissəsinin həllinə nail oldu, hətta Abşeronun gələcək inkişafı üçün ciddi uğurlara imza atmağa başladı. Rayon rəhbərinin qətiyyəti, işgüzarlığı, sakinlərə münasibətdə nümayiş etdirdiyi sadəlik və təvazökarlıq çoxlarının xoşuna gəlmədi. Beləliklə, Abşeron və onun xanım başçısı haqqında saytlarda, sosial şəbəkələrdə və youtube kanallarında qarayaxma kampaniyasına start verildi və bu kampaniya bu günə qədər davam edir. Abşeron haqqında söz-söhbətlər o həddə çatdı ki, hüquq-mühafizə orqanları baş verənlərə müdaxilə etmək zorunda qaldılar. Güc strukturlarının araşdırması nəticəsində bəlli oldu ki, rayon rəhbərinin etimad göstərib vəzifələrə təyin etdiyi bir çox insanların əməlində ciddi hüquq pozuntuları var və həmin şəxslər hüquqi müstəvidə cəzalarını aldılar. Dövlətin hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlardan sui-istifadə edərək bunu icra başçısının günahı və səhvi kimi qələmə verməyə çalışanlar, ona savaş açaraq üstünə gedənlər əslində öz rəzilliklərini boyunlarına alanlardır. Ortada insan faktoru var. Hər kəs inanıb güvəndiyi və etimad göstərdiyi adamlarda yanıla bilər. O cümlədən, İradə Gülməmmədova da.
Sosial şəbəkələrdə yayılan məlumatlar o qədər gülünc vəziyyət yaradıb ki, baş verənləri təbəssüm olmadan seyr etmək mümkün deyil. Bir neçə məqamlara xüsusi diqqət ayırmaq istəyirik. Yayılan məlumatlarda qeyd olunur ki guya icra başçısı ad günü münasibətilə rayon məmurlarından müxtəlif məbləğlərdə pul vəsaiti alıb. Hətta, rayon məmurları pul hədiyyələrini başçıya təqdim etmək üçün "Xırdalan Sumqayıt" şosesinə qədər növbəyə durası olublar. Və yaxud Abşeron rayon icra hakimiyyətinin bir məmuru öz ailə üzvlərini ölkədən kənara çıxarıb. Vallah ayıbdır. İnsanların şəxsi həyatlarını və ailə üzvləri barədə məlumatları ictimailəşdirmək və müzakirəyə çıxartmaq nə əxlaqımıza, nə də mentalitetimizə uyğundur. Əlaqələrimizdən istifadə edərək Abşeron rayonu üzərində axtarış etdik. Bu zaman aydın oldu ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının ad günü barəsində heç bir anlayışları yoxdur. Hətta, bu məsələ ilə niyə maraqlandığımız barədə şübhəli və kinayəli suallara da rast gəldik. Ölkədən qaçdığı iddia olunan İH-nin məmuru isə ailə vəziyyəti ilə bağlı olaraq məzuniyyətdə imiş. O ki, qaldı bütün RİH-nin başı bəlalı tikinti biznesinə aid məsələlərə, bu, ölkə üzrə ən ağrılı problemlərdən biridir. Abşeron rayonunda zaman-zaman qanunsuz tikintilərlə bağlı problemlər müxtəlif formalarda özünü biruzə verib. Bu sahədə yol verilən nöqsanlara görə Abşeron rayonunda bir çox yüksək çinli məmurlar cəzalandırılırlar. Bəli, Abşeronda həllini gözləyən çoxlu sayda problemlər var .Bu problemləri işıqlandırmaq və onların həlli üçün ictimai müzakirələr açmaq nəinki məqsədəuyğundur, həm də alqışlanası haldır.
Bu zaman ədalət prinsipini itirməmək daha yaxşı olardı. Unutmayaq ki, bir çox hallarda bizlər də vətəndaş olaraq neqativ halların yaranmasına şərait yaradırıq. Araşdırmalar göstərir ki, bir çox hallarda öz tikintilərini sənədləşdirmək əvəzinə bəzi məmurlarla gizli sövdələşməyə gedən insanlar qanunsuz əməllərin iştirakçılarına çevrilirlər. Tikinti aparmaq üçün mövcud qanunvericiliyin tələblərinə riayət etmək vacibdir. Kimsə qanunlardan kənara çıxmaq istəyirsə, bu zaman başlarının üstündə dövlətin yerlərdəki nümayəndələrinin görünməsi halını faciə kimi qəbul etmək lazım deyil. Heç kim iddia edə bilməz ki, bütün hüquqi sənədləri qaydasında olan kimsəyə Abşeron rayonunda tikinti aparılmasına qadağa qoyulsun. Gəlin səmimi olaq... Fikirlərimizi Abşeron rayonunun timsalında qeydə aldıq. Maksimum dərəcədə qərəzsiz və ədalətli olmağa çalışaq.

Araşdırma qrupuскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...