Anons

Bu gün, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Bu gün, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Bu gün, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Bu gün, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Bu gün, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Bu gün, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir?

Tarix:29-01-2020, 15:58

Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir?
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələrini açıqlayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, özünüzü və başqalarını xəstəlikdən qorumaq üçün öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayarkən (əvvəl və sonra), tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllər sabun ilə yuyulmalıdır:

"Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün. İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın. Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun. Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin, qida təhlükəsizliyini tətbiq edin, çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin. Bununla yanaşı, çiy və bişmiş qidalara toxundurduqda əllərinizi yuyun, qida təhlükəsizliyini tətbiq edin".

Tövsiyələrdə qeyd edilir ki, xəstə və ölü heyvanlar yeyilməməlidir. Xəstəliyin alovlanması baş verən bölgələrdə belə, ət məhsulları tam bişirilərsə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər:

"Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin. Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin. İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın. Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin və bununla da koronavirus infeksiyası riskini azaldın".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...