Anons

Bu gün, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Bu gün, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Moskvada yaşayan azərbaycanlı jurnalistdən ETİRAZ – Bayrağımız niyə pomidorun üzərinə vurulur? – FOTO

Tarix:24-12-2019, 15:10

Moskvada yaşayan azərbaycanlı jurnalistdən ETİRAZ – Bayrağımız niyə pomidorun üzərinə vurulur? – FOTO Moskvada yaşayan tanınmış telejurnalist Xəyal Tağıyev Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun üzərinə üçrəngli bayrağımızın təsvirinin vurulmasına etiraz edib.
Xəyal Tağıyev bayrağın ticarət markası olmadığını vurğulayıb.
“Bu ticarət markası deyil – bayraqdır! Rənglər yerində, ulduz və aypara da həmiçinin. Məsələni araşdırmağa cəhd edərkən, mənə dedilər ki, pomidor Azərbaycandan bu halda gətirilir. Sözün düzü, heç inana bilmirəm ki, ağlı başında olan hansısa azərbaycanlı öz əlilə hər bir pomidorun üstünə ölkə bayrağının təsvirini yapışdıra bilər. Zənn edirəm ki, hamı bayrağın ümummilli rəmz olduğunu, yeri gəldi-gəlmədi istifadə edilməsinin yolverilməzdiyini anlayır.
Xahiş edirəm ki, imkanı olanlar bu “kreativ” ideyanın haradan qaynağlandığını, bunu edən adamlarda özünəəminliyin necə doğduğunu araşdırsınlar. Bəlkə kimsə Azərbaycan bayrağını ticarət markası kimi qeydiyyatdan keçirib!? Bizim xəbərimiz yoxdu?!”,- deyə Xəyal Tağıyev sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən digər ölkələrin şirkətləri məhsul dənəsinin üstünə deyil, qablaşdırılan yeşiklərin üzərinə belə təsvirlər vurur.

“Bu isə qəbul olunan praktikadır, həm də həmin yeşiyin üzərində istehsalçının, yəni şirkətin adı və hətta ünvanı göstərilir. Adətən şirkət malı ixrac edərkən qablaşdırılan yeşiklərin üstünə həm də öz loqosunu, yəni rəsmi qeydə alınmış ticarət markasını vurur. Heç vaxt, heç bir malın ticarət markasını bayraqla əvəz etmirlər. Bununla yanaşı, dünyanın əksər ölkələrində milli atributların komersiya məqsədləri üçün istifadəsi ciddi şəkildə təmzimlənir. Misal üçün, həm Türkiyədə, həm də Rusiyada belə bir qanunlar mövcuddur. Əminəm ki, sözügedən məsələ özfəaliyyət və qüsurlu zövqün təzahürüdür. Bir daha dükanlarda baxın! Belə praktikaya rast gəlməyəcəksiniz!”.

Moskvada yaşayan azərbaycanlı jurnalistdən ETİRAZ – Bayrağımız niyə pomidorun üzərinə vurulur? – FOTO
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...