Anons

Bu gün, 15:51- Azərbaycanın və Fələstinin XİN rəhbərlərinin Ramallada görüşü keçirilib

Bu gün, 14:25- Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib

Bu gün, 14:00- Sabah rayonlara qar, Abşerona sulu qar yağacaq

Bu gün, 13:38- Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"

Bu gün, 13:09- Kirayədə qalan şəxs: “Aqil Babayevə 8 il ərzində 14 min 400 manat zəkat vermişəm” – MƏHKƏMƏ PROSESİ FacebookTwitterWhatsAppTelegram

Bu gün, 12:50- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 12:07- Laçında bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar nəzarətə götürülüb - MN

Bu gün, 11:40- Yol polisi havanın kəskin dəyişməsi ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu gün, 11:14- Kirayədə qalan şəxs: “Aqil Babayevə 8 il ərzində 14 min 400 manat zəkat vermişəm” – MƏHKƏMƏ PROSESİ

Bu gün, 10:32- İşə düzəltmək adı ilə 200 manat pul alırlar… – GİLEY

Dünən, 17:01- “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

Dünən, 16:28- Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq

Dünən, 16:00- Moldovanın aviaşirkəti Kişinyovla Bakı arasında birbaşa uçuşlara başlayıb

Dünən, 15:07- 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Dünən, 14:44- Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub

Dünən, 14:19- TƏBİB Fazil Mustafanın vəziyyəti barədə açıqlama verib

Dünən, 13:53- Vergi ödəyiciləri elektron kabinetə yalnız elektron imza ilə daxil ola biləcəklər

Dünən, 13:00- Sabah yağışlı hava gözlənilir

Dünən, 12:35- Kosmetoloq-lazeroloq Səbinə Vəliyeva:"İstərdim ki, xanımlar öz təbiiliklərini qorusunlar"

Dünən, 12:06- İsrail xarici işlər naziri Azərbaycana səfər edəcək

Haqqımızda Əlaqə

AYİB Türkiyənin zəlzələdən zərər görən bölgələrinə 1,5 mlrd. avro yatırım edəcək

Tarix:9-03-2023, 11:08

AYİB Türkiyənin zəlzələdən zərər görən bölgələrinə 1,5 mlrd. avro yatırım edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərin təsirini aradan qaldırmaq üçün qarşıdakı iki il ərzində Türkiyənin cənub-şərq bölgəsinə 1,5 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır.

Bu barədə "APA-Economics"ə Avropa Yenidənqurma və İnkişaf Bankından bildirilib. Məlumata görə, əsas məqsəd zəlzələnin təsirinə məruz qalmış şəhərlərdə insan kapitalını, onların gəlir vasitələrini və iş yerlərini qorumaq üçün region iqtisadiyyatının bərpasına, yenidən qurulmasına və reinteqrasiyasına dəstək verməkdir.

Qeyd edilib ki, Bankın cavab tədbirləri zəlzələlərdən bilavasitə zərər çəkmiş müəssisələr və fiziki şəxslər üçün yerli banklara 600 milyon avro dəyərində kredit xətlərinin verilməsini, həmçinin özəl sektorun rolunu gücləndirərək ərazidə bərpa və yenidənqurma işlərində iştirak edən şirkətlərə yeni kreditlərin verilməsini əhatə edəcək.

AYİB həmçinin Bankın Hatay və Qaziantep kimi bələdiyyələrlə güclü əməkdaşlıq təcrübəsinə əsaslanaraq dağıntılara məruz qalmış şəhərlərdə davamlı infrastrukturun yenidən qurulmasını dəstəkləyəcək. O, həmçinin cənub-şərq regionu ilə ölkənin qalan hissəsi arasında əlaqəni bərpa etmək üçün dəmir yolu şəbəkəsinin yenidən qurulmasına vəsait yönəldəcək.

"Bank özəl sektorla güclü tərəfdaşlıqlarını genişləndirəcək və müxtəlif sektorlardakı şirkətlərlə işləyəcək ki, onların fəaliyyətini davam etdirsinlər və yerli dəyər zəncirlərinin pozulmasına tab gətirsinlər. O, həmçinin özəl sektora planlaşdırılan yenidənqurma layihələrində yeni texnologiyalar və yaşıl prinsipləri qəbul etməyə kömək edəcək" - AYİB-in açıqlamasında bildirilib.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyənin cənub və mərkəzi ilə Suriyanın şimal və qərbində baş verən bir sıra şiddətli zəlzələlər nəticədə bölgədə böyük dağıntılar olub və 50 mindən çox insan həlak olub. Dağıntı və insan tələfatı ölkənin tarixində misilsizdir. Dünya Bankının hesablamalarına görə, regiona birbaşa fiziki ziyan təxminən 34 milyard ABŞ dolları təşkil edir, yenidənqurma xərcləri isə bundan iki dəfə çox ola bilər ki, bu da hökumət tərəfindən əhəmiyyətli xərclər tələb edir.

AYİB isə 2009-cu ildən indiyə kimi Türkiyəyə 17 milyard avro sərmayə qoyub, bunun 93 faizi özəl sektorun payına düşüb. Təkcə 2022-ci ildə Bank Türkiyəyə 1,6 milyard avrodan çox yatırım edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...