Anons

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Haqqımızda Əlaqə

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu geri götürüb

Tarix:9-03-2023, 10:42

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu geri götürüb
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası və “Xalqın günü” hərəkatı martın 7-də parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının siyasi şurasının “Xalqın Gücü” ilə birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi ətrafında cərəyan edən siyasi proseslərlə əlaqədar tərəflər arasında məsləhətləşmələr aparılıb.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə ölkənin Avropa kursundan uzaqlaşması kimi qəbul edildi. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bildilər. Zorakılığa təmkin və ən yüksək standartlarla reaksiya verən qəhrəman hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik. Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinə diqqətli olmalıyıq. Ona görə də həmvətənlərimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəlmişik”, - deyə bəyanatda bildirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...