Anons

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Haqqımızda Əlaqə

Ən çox istifadə edilən narkotik və qazanılan milyardlar - SİYAHI

Tarix:10-05-2022, 15:37

Ən çox istifadə edilən narkotik və qazanılan milyardlar - SİYAHI
BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı mübarizə İdarəsinin 2021-ci il “Narkotiklərə dair Ümumdünya Hesabatı”na əsasən son 10 ildə dünyada narkotik istifadəçilərinin sayı 22% artıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Hesablamalara əsasən 15-64 yaş arası 275 milyon insan son bir il ərzində narkotik vasitədən istifadə edib və bu da həmin yaş arası ümumdünya əhalisinin təqribən 5,5%-ni təşkil edir.

Qeyd olunub ki, marixuana dünyada ən çox istifadə olunan narkotik vasitə olaraq qalmaqdadır. Yuxarıda qeyd olunan 275 milyon istifadəçinin 200 milyonu məhz marixuanadan istifadə edir. Digər hesablamalara görə isə 275 milyon narkotik istifadəçisinin təqribən 36,3 milyonu narkotik asılılıqdan əziyyət çəkir.Narkotik vasitələrin dünya miqyasında illik dövriyyəsi təqribən 450-500 milyard ABŞ dolları civarındadır.

Qeyd olunan göstərici Dünya Bankının son dekada üçün təqdim etdiyi illik ümumdünya ticarət dövriyyəsinin təqribən 2-3%-ni, qlobal Ümumi Daxili Məhsulun isə 0,5-0,6%-ni təşkil edir. EUROPOL-un bildirdiyi məlumata əsasən Avropada narkotik vasitələrin qanunsuz dövriyyəsinin illik həcmi ən az 30 milyard ABŞ dolları səviyyəsindədir.Bu isə öz növbəsində, Dünya Bankının Avropa İttifaqına dair son dekada üçün təqdim etdiyi illik ÜDM-in təqribən 0,2-0,3%-ni təşkil edir. Dünyada müsadirə edilən heroinin 80%-dən çoxu Əfqanıstanda istehsal edilmiş, ötən il Əfqanıstanda tiryək (opium) istehsalının həcmi 8% artaraq 6,8 min tona çatıb. Bu artım dünya bazarlarına 320 ton xalis heroinin çıxması deməkdir.

2021-ci ildə tiryək istehsalından 1,8 milyard dollardan 2,7 milyard dollara qədər gəlir əldə edilib. Əfqanıstandakı qeyri-sabit siyasi vəziyyət tiryək qiymətlərinin təxminən iki dəfə bahalaşmasına səbəb olub ki, bu da istehsalın artması ilə nəticələnə bilər. Dünyada kokain istehsalında tiryəkdən fərqli olaraq ciddi artım tempi müşahidə olunmaqdadır. Kokain istehsalı 2019-cu ildə 1784 ton səviyyəsində müəyyən edilib.

Dünyada kokain istehsalının ən böyük pay sahibləri Latın Amerikası ölkələri, xüsusilə Kolumbiya olmaqda davam edir. Son dövrlərdə Əfqanıstanda həmçinin sintetik narkotik maddələrin istehsalının genişlənməsi müşahidə olunmuşdur. Belə ki, əvvəlki illə müqayisədə 2019-cu ildə Əfqanıstanda müsadirə edilən metamfetaminin miqdarı 7 dəfə, İranda müsadirə edilən əfqan mənşəli metamfetaminin miqdarı 10%-dən 90%-dək artmışdır. Pandemiyanın təsiri ilə daha genişlənən yeni tendensiyalar narkotiklərin internet informasiya ehtiyatları və sosial şəbəkələr vasitəsilə satılması hallarının sürətlə artması, müştəri ilə təmassız çatdırılma üsullarından istifadədədir. Narkotrafikin sosial şəbəkələrə və elektron ticarət platformalarına keçməsi narkotiklərinqanunsuz yayılması imkanlarını əhəmiyyətli dərəcədə artırır. İnformasiya texnologiyalarının inkişafı nəticəsində narkotik ticarətinin müəyyən hissəsi “Darknet” kimi tanınan internet platformalarının payına düşür. Bu platformalar vasitəsilə son illər ərzində (2017-2020) narkotik vasitələrin qanunsuz dövriyyəsinin dəyəri 315 milyon ABŞ dolları səviyyəsində müəyyən edilmişdir.

Hesabata əsasən dünyada müsadirə edilən heroinin 57% Əfqanıstandan narkotiklərin daşınması üçün istifadə edilən Balkan marşurutu üzrə (Əfqanıstan-Pakistan-İranTürkiyə (və ya Qafqaz)- Balkan ölkələri) yerləşən ölkələrin və bu marşurutla narkotiklərin çatdırıldığı Avropa ölkələrinin payına düşür. Məsələn, 2019-cu ildə İranda 35 ton, Türkiyədə 20 ton, Azərbaycanda 2 ton, Balkan ölkələrində 1 ton, digər Qərbi və Şərqi Avropa ölkələrində 9 ton heroin müsadirə edilmişdir. Hesabata əsasən Əfqanıstandan daşınan narkotiklərin 90%-i İrana Pakistanla sərhəd vasitəsilə və yalnız 10%-i birbaşa Əfqanıstanla sərhəd vasitəsilə daxil olur. İrandan narkotiklərin 75%-i daha sonra Türkiyə və ya Qafqaz vasitəsilə daşınır, 2%-i daxildə istifadə edilir və 5%-i Fars körfəzi ölkələrinə ötürülür.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...