Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

1480 nəfər erməni əsir və girovluğundan xilas edilib, amma 29 uşaq, 98 qadın... - Rəsmi STATİSTİKA

Tarix:9-01-2020, 14:07

1480 nəfər erməni əsir və girovluğundan xilas edilib, amma 29 uşaq, 98 qadın... - Rəsmi STATİSTİKA Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların yeni statistikasını açıqlayıb.

Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixinə Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 3889 nəfərdir.

İtkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 719 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 267 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 267 nəfər, qocalar 326 nəfərdir.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

1 yanvar 2020-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1480 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1102 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 224-ü uşaqlar, 357-si qadınlar, 225-i qocalar olub.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...