Anons

Bu gün, 14:08- Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi

Bu gün, 13:44- Sabahın havası - Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Bu gün, 13:19- Azərbaycanda yeni fond yaradılır

Bu gün, 12:51- Türkmənistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Bu gün, 12:26- Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir

Bu gün, 12:00- Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün, 11:33- Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

Bu gün, 11:07- "Airbus" 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

Bu gün, 10:45- Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Bu gün, 10:19- İyulun 1-dən toylara icazə verilir

Dünən, 17:00- ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq

Dünən, 16:29- “Nar” “Breyn Rinq” yarışının çempionu oldu

Dünən, 16:04- Van Damın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Dünən, 15:32- Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM

Dünən, 15:00- Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Dünən, 14:26- Bakıda 45 mindən çox şagird 1-ci sinfə ərizə verib

Dünən, 13:53- Sabah temperatur 40 dərəcəni keçəcək

Dünən, 13:18- Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Dünən, 12:41- Azərbaycanda gələn aydan QAZ avtomobillərinin yığılmasına başlanacaq

Dünən, 12:05- Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib

Haqqımızda Əlaqə

Kəlbəcərdə Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələri çıxarılıb - MN

Tarix:2-06-2021, 14:49

Kəlbəcərdə Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələri çıxarılıb - MN İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətindən verilən birgə məlumata görə, Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...