Anons

Bu gün, 11:05- "Statistika saxta statistikadır..." - KİMİ VƏ NİYƏ ALDADIRIQ?

Bu gün, 10:43- 22 min vergi borcu olan “Plazalar kralı” İqtisadiyyat Nazirliyini məhkəməyə verdi - BUNA GÖRƏ...

Bu gün, 10:09- Taleh Qaraşov rayonda kortejlə gəzir - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:35- Bədəlovun “torbasını” KİMLƏR... HƏM DƏ NECƏ TİKİR? - İşin içində İŞ VAR...

Bu gün, 09:03- "Bizə dedilər, kombinatı işlədən KƏMALƏDDİN HEYDƏROVDUR" - ETİRAZ VAR...

Dünən, 23:35- Putin Həbib Nurməhəmmədova dəyəri milyonlarla dollarla ölçülən mənzil hədiyyə edib

Dünən, 22:53- İsmayıllıda ağır qəza - Ölən var

Dünən, 22:24- Putin Baydenin təhqirinə belə CAVAB VERDİ

Dünən, 19:03- Vilayət Eyvazov Saatlıda qəbul keçirdi, rəislərə tapşırıqlar verdi

Dünən, 18:43- "Nə deyirsinizsə, deyin, biz bunu etdik" - EŞQ OLSUN!

Dünən, 18:13- İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi - DETALLAR

Dünən, 17:50- “Nazirlik atamın ölümünü gözləyir…” - BU NƏDİ BELƏ?!

Dünən, 17:19- Avtomobil yollarının bir qrup işçisi təltif edildi - SİYAHI

Dünən, 16:58- “Pul versəniz, yer tapılar…” – “Funda Hospital”dan tanınmış teleaparıcıya belə dedilər

Dünən, 16:31- Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA başladı - NƏ BAŞ VERİR?

Dünən, 16:06- Fondun 5,7 milyonluq müqaviləsində 2 müəmmalı məqam - İcazə verin, şübhələnək...

Dünən, 15:30- 6 saylı Departamentdə böhranlı vəziyyət... - BU NƏDİ BELƏ?!

Dünən, 13:14- DOST Agentliyinin “QARTAL SS” MMC ilə bağladığı müqavilənin qiyməti nə qədər şişirdilib

Dünən, 12:46- Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş -Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Dünən, 11:23- AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

Haqqımızda Əlaqə

Hərbçilərin pensiya yaşı artırılır

Tarix:27-11-2023, 16:00

Hərbçilərin pensiya yaşı artırılır
Bu günlərdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisə daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görəqulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...