Anons

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Haqqımızda Əlaqə

Siyasi dələduzluq, psixoloji natamamlıq, yoxsa xəyanət???...

Tarix:22-09-2022, 13:32

Siyasi dələduzluq, psixoloji natamamlıq, yoxsa xəyanət???...
Bir neçə il əvvəl həmkəndlimin israrlı təkidlərindən sonra QAQB (Qərbi Azərbaycana Qayıdış) adlı təşkilatın tədbirlərindən birinə qatılası oldum. Etiraf edirəm ki, zor gücünə tərk etmək məcburiyyətində qaldığımız ata-baba yurdlarımızın həsrəti zaman ötdükcə içimizi daha çox yandırır, o torpaqları heç olmasa bir dəfə görmək istəyimizi alovlandırır. Baxmayaraq ki, uşaq yaşlarımda tərk etdiyim obaları doyunca gəzməmişəm, havasını doyunca ciyərlərimə çəkməmişəm, suyundan doyunca içməmişəm, hansısa İlahi qüvvə yaşa dolduqca bizi doğma yurdlarımıza doğru çəkməkdədir. Bu səbəbdən Qərbi Azərbaycanın adı çəkilən istənilən tədbirə qatılmaqdan imtina etməyi özümə qəbahət hesab etmişəm. Bu minvalla “QAQB” adlanan qurumun tədbirlərində iştirak etmək qərarına gəldim. “Qanun” nəşriyyatının yerləşdiyi binada baş tutan ilk tədbirdən gəldiyim qənaət heç də ürəkaçan olmadı. Uzun illər ictimai-siyasi proseslərin içərisində olduğum üçün əldə etdiyim təcrübələrə istinad edərək əmin oldum ki, Qərbi azərbaycanlılar adlanan elektoratı yanlış istiqamətə yönləndirərək, öz məkrli siyasətlərində onlardan istifadə etməyə can atan qüvvələr iş başındadır. Rizvan Talıbovun rəhbəri olduğu “QAQB” adlı təşkilatın dövlətin və Prezidentin ətrafında sıx birləşmiş Qərbi azərbaycanlıları parçalamaq və təhlükəli ideyalarla onları uçuruma aparmaq səylərini sezməmək mümkün deyildi. Növbəti tədbirlərin birində yuxarıda sadaladığım təhlükəli tendensiyalarla bağlı iradlarımı bildirərək iştirakçıları ayıltmağa cəhd etsəm də artıq gec olduğunu anladım. Böyük əksəriyyəti təqaüdçülərdən, ahıl yaşına çatmış insanlardan ibarət olan topluma həqiqətləri çatdirmağın nə qədər çətin olduğunu dərk etdim. Elə ikinci tədbirdə Rizvan Talıbov bəndənizi “QAQB-nin mətbuat xidmətinin rəhbəri” təyin etməyə macal tapdı. Ürəyi vətən həsrəti ilə dağlanan yaşlı insanların çöhrələrində olan məsum baxışları seyr edərək susmağa üstünlük verdim. Siyasi cəhətdən məlumatsız insanlara anlada bilmədim ki, dövlət qeydiyyatına alınmayan, heç bir hüquqi sənədlərlə tənzimlənməyən, kimlərin və haraların “xeyir-duası” ilə dünyaya gəldiyi bəlli olmayan, bir sözlə “bic doğulan körpənin” atası Rizvan Talıbov deyil..... Bu ölkəmizə və millətimizin birliyinə lazım olan anda zərbə vurmaq üçün düşünülmüş yüzlərlə layihələrdən biridir..... Çabalarımın mənasız olduğunu anlayaraq oradan uzaqlaşmaq qərarına gəldim. Müxtəlif vasitələrlə aldadılaraq ələ alınmış, vətən adı gələndə yaşla dolu gözlərini uzaq nöqtələrə dikən ağsaqqalları və ağbirçəkləri Rizvan adlı siyasi dələduzun cənginə buraxaraq......İnsanların vətən, yurd sevgisindən sui-istifadə etməyin bundan başqa adını tapa bilmədim. Daha sonralar eşitdim ki, Rizvan Talıbovun davranışlarından boğaza yığılmış insanlar etiraz əlaməti olaraq kütləvi şəkildə “QAQB”-ni tərk edirlər.

İntriqalar üzrə “mütəxəssis” olan Talıbov baş verənlərdən nəticə çıxarmaq əvəzinə daha da irəli gedərək “Göyçə-Zəngəzur” adlı respublika yaradır və özünü “prezident” elan edir.

Bu xəbəri eşidəndən sonra Talıbovu tanıyandan bəri məni narahat edən suallardan birinə cavab tapdım. “Bu adamın psixoloji problemləri var...” Ölkəmizə düşmən kəsilən qüvvələr üçün belə məxluqlar nadir tapıntıdır. İnanmıram ki, Azərbaycanda bu addımı atacaq ağılda olan ikinci bir insan tapılsın... Talıbovu yaxından tanıyan şəxslərin dediyinə görə, bu adam özündən o qədər müştəbeh olub ki, hətta davranışlarında özünü “prezident” kimi aparmağa başlayıb. Bu azmış kimi ətrafında aldadılmış insanlar arasında “vəzifə bölgüsü” aparıb, “nazirlər” təyin edib, “dövlətin bayrağını” icad edib. 44 günlük şanlı qələbəmizdən “ruhlanaraq” “dövlətin sərhədlərini” də cızma-qara etməyə vaxt tapıb. Kim bizə sübut edə bilər ki, bütün baş verənlər Talıbovun başının məhsuludur??? Nəzərə alsaq ki, dövlətimiz və xalqımız yeni tarixi reallıqlarla üz-üzədir, dünyada və regionda ciddi kataklizmlər baş verir, dörd bir tərəfimiz düşmənlərlə əhatə olunub belə geosiyasi vəziyyətdə qəfildən birisi ortaya çıxır və sərsəm ideyalarla dünyanı üzərimizə qaldırır. Təsadüfdürmü???....

Düşmən təxribatlarına cavab olaraq sərhədlərimizdə aparılan son hərbi əməliyyatlardan sonra Rizvan Talıbovun səsi qardaş Türkiyədən gəlir...

Bu günlərdə Türkiyədən gələn xəbər güllə kimi ölkə mətbuatını zəbt etdi. Azərbaycanda heç bir “uğur” əldə edə bilməyən Talıbov hansı yollarlasa Türkiyəyə çıxış əldə edə bilir və Ankarada törən təşkil edərək “Göyçə-Zəngəzur respublikasının yarandığını rəsmən elan edir”... Diqqət çəkən məqam ondan ibarətdir ki, ölkə mətbuatı ağına-bozuna baxmadan bu xəbərləri kütləvi şəkildə tirajlamağa üstünlük verir. Qısa zaman kəsiyində hətta, buna dəstək verən daxili qüvvələr də peyda olmağa başlayır. Özünü mafiya babalarına bənzədən Rizvan Talıbov bir türk vətəndaşını özünün (red:”prezidentin”) “köməkçisi” və Türkiyə “təmsilçisi” elan edir. Bütün bunlar sərhəddə baş verən son uğurlu hərbi əməliyyatlardan sonra dünyanın üstümüzə gəldiyi zamanda baş verir. Həm də daima yanımızda olduğunu bəyan edən Türkiyədə. Bu da təsadüfdürmü???... Yuxarıda qeyd etdiyimiz kimi, Rizvan Talıbov intriqalar üzrə “mütəxəssis” olduğu üçün bir anın içərisində “ulduza” çevrilməyi bacardı və sərhəd əməliyyatlarımıza kölgə salmaqla diplomatik gedişlərimizə zərbə vurdu. Təbii ki, ölkəmizin savadlı və uzaqgörən təbəqəsi vaxtında baş verənlərə münasibət bildirməklə prosesləri önləməyə çalışdılar. Amma gec idi,çox gec....Bu bir daha ölkədə informasiya təhlükəsizliyimizin hansı səviyyədə olduğunu tam çılpaqlığı ilə ortaya qoydu. İndi nəyi gözləyirik, növbəti təxribatları???... Hanı ölkənin ideoloji və informasiya təhlükəsizliyini həyata keçirən dövlət qurumları???... 44 günlük zəfərimizdən sonra cəmiyyəti parçalamağa, xalqla dövlətin monolit birliyini dağıtmağa yönəlmiş hiyləgər və xəyanətkar siyasəti görmürsünüzmü???... Daha nələr baş verməlidir ki, qəflət yuxusundan ayılıb qan töküb, can verən şəhidlərimizin bizə ərməğan etdiyi vətəni xain və satqınların cəngindən azad edək?!... Sərhədlərimizdə aparılan hərbi əməliyyatları zamanı məsum və məğrur baxışlarıyla telefonda canlı yayım açan şəhidimizin son sözləri hələ də qulaqlarımızdan getməyib, heç vaxt da getməyəcək: “HƏR ŞEY VƏTƏN ÜÇÜN!!!”

“Adekvat.az” saytının baş redaktoru
Vasif Bayramoğluскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...