24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq
24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ
24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik
24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb
24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq
24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq
24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub
24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI
24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır
24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb
24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri
24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər
23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
"Bir çox Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb".
Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər:
"Su çiçəyi və meymunçiçəyi xəstəlikləri iki fərqli xəstəliklərdir, törədiciləri də müxtəlifdir - iki fərqli viruslardır. Su çiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Meymunçiçəyi xəstəliyinin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir".
Afaq Əliyeva deyib ki, su çiçəyi ilə müqayisədə meymunçiçəyi xəstəliyi zamanı səpgilər daha dərin və həcmli olurlar:
"Meymunçiçəyi ilə su çiçəyi xəstəliklərinin simptomları arasında əsas fərq meymunçiçəyi zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya)".