Dünən, 23:22- Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
Dünən, 17:00- Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Dünən, 16:32- “Samsung” ən güclü “Galaxy” qurğusunun anonsunu verib
Dünən, 16:09- Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Dünən, 15:44- Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:17- Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti
Dünən, 14:51- Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 14:24- Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Dünən, 14:00- Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir
Dünən, 13:08- Sabahın hava proqnozu
Dünən, 12:45- 5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Dünən, 12:19- Mixael Şumaxerin malikanəsi müalicəsi üçün satışa qoyulub
Dünən, 11:56- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Dünən, 11:22- "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Dünən, 11:00- Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Dünən, 10:34- Müqəddəs Ramazan ayı başladı
Dünən, 10:07- “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13-04-2021, 21:25- Vətənpərvərlik
13-04-2021, 17:00- Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
13-04-2021, 16:32- 170-dən çox jurnalist peyvənd olunub
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının fəal oxucusu Nuray Araz BDU-nin Hüquq fakultəsinin tələbəsidir. O,mütaliəni sevir, yazıçı olmaq arzusundadır. Onun “Ana dilim” yazısını oxucularımıza təqdim edirik.
Ana dilim
Bunu yaxşı bilirik ki, ana hər birimiz üçün müqqəddəs bir varlıqdır. Dilimiz də, müqqəddəs saydığımız anaya bərabər tutularaq ana dili mənasında işlədilir. Ana dilimiz təkcə qədim tarixiylə deyil, həmçinin zəngin söz ehtiyyatı və xoş avazıyla da digər dillərdən seçilir. Dilimizin geniş söz imkanları bu dildə saysız-hesabsız ədəbiyyat nümunələri yaratmağımıza kömək edir. Əfsuslar olsun ki, Azərbaycan xalqı tez-tez öz diliylə sınanmışdır. Bir xalqı məhv etmək istəyirsənsə ilk növbə də onun dilini əlindən al deyə bir ifadə var. Buradan da görünür ki, dil dövlət, xalq, millət üçün çox mühüm mövqe kəsb edir. Yadellilər nə qədər cəhd etsə də, ana dilimizi xalqımızdan ala bilməyiblər. Qədim dilimiz bu gün yaşıyır və daim yaşıyacaqdır.
Dövlətçiliyimizin təməli olan ana dilimiz yəni, doğma Azərbaycan dili ölkəmizin ali Qanununda – Konstitusiyada dövlət dili kimi qeyd olunmuşdur. Hər il 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dövlətçilik tariximizdə müstəsna rol oynamış ulu öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, tətbiqində və inkişafı istiqmətində qərarlar qəbul etmişdir. Bu siyasətin davamı olaraq, Prezident İlham Əliyev Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamlar imzaladı. Ana dilinin daha da təkmilləşdirilməsi üçün atılan bu addımlar dilimizi daha da zənginləşdirmişdir. Harada yaşamağımızdan asılı olmayaraq hər birimiz öz dilimizi heç zaman unutmamalıyıq. Dilini udunan xalq, özünü unudan xalqdır. Hər bir vətəndaş kimi biz də öz dilimizi sevməli və ona daim qayğı ilə yanaşmalıyıq.
Nuray Araz,
kitabxananın fəal oxucusu