Anons

Bu gün, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Bu gün, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Bu gün, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Bu gün, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Bu gün, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Bu gün, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Bu gün, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Bu gün, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Haqqımızda Əlaqə

ƏGƏR MİLYONER OLSAYDIM...

Tarix:16-12-2019, 11:16

ƏGƏR MİLYONER OLSAYDIM... İnsan mənəviyyatı çox müxtəlifdir. Elə insanlar var ki, ancaq özünü və yaxın ətrafını düşünür. Daim hansı yollarla olursa-olsun çoxlu pul qazanmaq, varidatını artırmaq belə insanların həyat məqsədidir. Belə insanları başqalarının nə vəziyyətdə yaşaması, problemləri heç düşündürmür. Bu cür insanların fikrində böyük villalara, bahalı maşınlara sahib olmaq istəyi əsas yer tutur. Qarşıya qoyduqları bu məqsədlərə çatmaq üçün onlar mənəviyyatsızlığın bütün çalarlarını qəbul edir və hər cür fırıldaqlara, yalanlara, alçaqlıqlara yol verərək öz məqsədlərinə nail olurlar. Onlar mənəviyyatlarını itirərək böyük maddiyyat əldə edirlər.

Elə insanlar da var ki, yaşadıqları ömürdə mənəvi dəyərləri daim qoruyub saxlamağa çalışır, öz şəxsiyyətinə hörmət qoyur, maddiyyata görə başqalarının qarşısında alçalmağı, yaltaqlanmağı, əskilməyi özünə rəva bilmirlər. Belə insanlar ətraflarında olan ehtiyaclı insanlar haqqında da düşünür.

Məlumdur ki, ölkədə bir qrup insan milyonlara sahibdir. Korrupsiya, rüşvətxorluq yolu ilə qazandıqları bu pulların hesabına neçə-neçə villalara, obyektlərə, maşınlara sahib olurlar. Hətta bu pulları əyri yollarla xarici ölkələrə keçirərək orada da villalar alır, eləcə də obyektlərə sahib olurlar.

60-a yaxın yaşım var. 40 ilə yaxındır ki, yaradıcılıqla məşğulam. 50 addan çox qəzet, jurnallarda minlərlə informasiya və məqaləm, eləcə də bədii əsərlərim dərc edilib. Kitablar müəllifiyəm. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Son 15-20 ildə məqalələrimdə cəmiyyətdə baş verən ədalətsizlikləri, haqsızlıqları, qanunsuzluqları qələmə almış, öz yerində olmayan məmurları işlərindəki nöqsanlara görə tənqid və ifşa etmişəm. Yazdığım bədii əsərlərdə isə obrazlı şəkildə rüşvətxor, korrupsioner məmurların iç üzünü açmış, onların məşğul olduqları qanunsuz işləri, insan mənəviyyatına yaraşmayan hərəkətləri qələmə almışam. Bu əsərlərin əsas ana xəttini insan şəxsiyyəti, mənəviyyatı, o cümlədən vicdan, insaf, xeyirxahlıq haqqında düşüncələrim təşkil edir.

Oxucularımın mənə ünvanladıqları bir sual mənə çox maraqlı gəldi. Mən həmin suala verdiyim cavabı nəzərinizə çatdırmaq istəyirəm. Mənə ünvanlanan sualda soruşulurdu ki, bəs sizin milyonunuz olsaydı, siz onu hara xərcləyərdiniz? Mən bu sualın cavabını belə verdim: Mən fırıldaq yollarla, başqasının haqqına girməklə, kiməsə iş vurmaqla böyük pullara sahib olmaq istəmirəm. Əgər nə vaxtsa yüksək əmək haqqına malik olsam, öz problemlərimi həll etdikdən sonra neçə-neçə yerdə malikanə, obyektlər almaram. Artıq qalan pulumu təhsil almaq istəyən savadlı uşaqların maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldərəm. Həmçinin şair və yazıçıların öz kitablarını çap etdirmələri üçün öz köməkliyimi göstərərəm.

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...