Anons

Dünən, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

Dünən, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Dünən, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

Dünən, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Dünən, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Dünən, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

Dünən, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

Dünən, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

Dünən, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

Dünən, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

Dünən, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

Dünən, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Dünən, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

Dünən, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dünən, 13:39- Sabah külək güclənəcək

Dünən, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Dünən, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Dünən, 13:07- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Dünən, 12:54- Yanvarın 20-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Haqqımızda Əlaqə

Gültəkin Yolçuyeva tədrisdə rast gəlinən maraqlı məqamlara toxundu

Tarix:28-06-2019, 16:03

Gültəkin Yolçuyeva tədrisdə rast gəlinən maraqlı məqamlara toxundu
Qəbələ rayonunun Böyük Pirəlli kənd tam orta məktəbində bir qız oxuyurdu. Bu balaca, zərif cüssəli qız dərslərinə çox məsuliyyətlə hazırlaşar, bütün fənləri sevə-sevə oxuyardı. Yuxarı siniflərdə təhsil alarkən dəfələrlə riyaziyyat fənni üzrə olimpiadalarda iştirak etmişdi. Müəllimlərin sevimlisi olan bu qız böyüdükcə ürəyindəki arzuları da şaxələnir, böyüyürdü. Orta məktəbi bitirmək, Pedaqoji Universitetə daxil olmaq və bir müəllim kimi orta məktəbdə işləmək bu qızın həyat amalına çevrilmişdi. Bu arzuların onun ürəyində kök salmasına isə orta məktəbdə ona dərs deyən riyaziyyat müəllimi Nüşabə Eyvazova olmuşdu. Gültəkin Yolçuyevanın dediyinə görə Nüşabə müəllimi özünə nümunə bilməsinə əsas səbəb müəllimin mədəniyyəti, etik normalara əməl etməsi, davranışı, psixoloji və pedaqoji savadı, eləcə də öz şagirdlərinə qarşı qayğıkeş, mehriban münasibəti olmuşdu.

Tanışlıq üçün: Yolçuyeva Gültəkin Tahir qızı 26 fevral 1991-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub. Böyük Pirəlli kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin texnologiya müəllimi ixtisasına qəbul olunub və ali məktəbi müvəffəqiyyətlə bitirib. Texnologiya müəllimi kimi ilk əmək fəaliyyətinə 2018-ci ilin sentyabr ayında Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 saylı tam orta məktəbdə başlayıb. Gültəkin müəllim ailəlidir, bir oğul anasıdır. Oğlu Ümidcanın hələ 5 yaşı var. Gültəkin müəllim gününün yarısını işdə keçirməsinə baxmayaraq, oğlu Ümidcana kifayət qədər vaxt ayırır. O, oğlunun tərbiyəsinə ciddi yanaşır, onun gələcəkdə vətənpərvər, xeyirxah bir vətəndaş kimi formalaşması üçün indidən çalışır.

Ailəsində məsuliyyətli olduğu kimi, iş yerində də Gültəkin müəllimi məsuliyyətli bir müəllim kimi tanıyırlar. Gültəkin Yolçuyeva hələ gəncdir. Onun pedaqoji stajı da çox azdır. Lakin bunlara baxmayaraq Gültəkin müəllim dərs dediyi fənnin dərinliklərinə nüfuz etməyi bacarmış, öz işinə yaradıcı münasibət bəsləmişdir. O, öz işində daim yeniliklər axtarmağa çalışır, şagirdlərə bu fənnin incəliklərini aşılayır. Gültəkin müəllim Texnologiya fənni barədə sevə-sevə danışır və qeyd edir ki, texnologiya qədim yunan sözü olub “texne” – mədəniyyət, bacarıq və “loqos” – öyrənmək, elm deməkdir. Deməli, texnologiya bacarıq, ustalıq, mədəniyyət haqqında bir elmdir. Eləcə də texnologiya insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Texnologiya fənni gündəlik həyatımızda rast gəldiyimiz bir çox işləri, prosesləri özündə əks etdirən bir fəndir. Belə ki, 5-9 cu siniflərdə şagirdlərə “Məişət mədəniyyəti”, “Oduncağın emalı texnologiyası”, “Metalın emalı texnologiyası”, “Elektrotexniki işlər”, “Elektron texnologiyaları”, “Qrafika”, “Ərzaq məhsullarının emalı texnologiyası”, “Parçanın emalı texnologiyası” bölmələrindəki mövzular keçilir ki, bunların da əksəriyyəti onların gündəlik həyatlarında lazım olan biliklərdir.

Gültəkin müəllim söhbət əsnasında belə bir məsələyə də toxundu ki, Texnologiya fənni şagirdlərə mədəniyyət, ünsiyyət qaydalarını öyrədir. Belə ki, 5-ci sinifdə “Ailədə davranış və ünsiyyət mədəniyyəti”, 6-cı sinifdə “Məktəbdə ünsiyyət və davranış mədəniyyəti”, 7-ci sinifdə “İctimai yerlərdə davranış və ünsiyyət mədəniyyəti”, 8-ci sinifdə “Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti” və 9-cu sinifdə “Mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları” mövzuları keçilir ki, bu biliklər də şagirdlərin mədəni bir vətəndaş kimi formalaşmalarında böyük rol oynayır.

Gültəkin Yolçuyeva ilə söhbət zamanı o, Texnologiya fənninin tədrisində rast gəlinən maraqlı məqamlara toxundu. O, qeyd etdi ki, kurikulum üzrə keçirilən mövzularda bütün mövzular müxtəlif fənlərə inyeqrasiya olunur. Elə mövzular var ki, həmin mövzularda bir deyil, bir neçə fənnin inteqrasiyasına rast gəlinir. Texnologiya fənnini tədris edən müəllimlər bu mövzuları keçdiyi zaman Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Həyat bilgisi, Təsviri incəsənət, Biologiya, İnformatika fənlərindən müəyyən dərəcədə anlayışı olmalıdır. Belə ki, 5-ci sinifdə keçirilən “Məmulatın qrafik təsviri” mövzusu Riyaziyyat və Təsviri incəsənət fənlərinə, “Ölçmə və nişanlama alətləri” mövzusu Həyat bilgisi və Azərbaycan dili fənlərinə, “Oduncağın yonulması” mövzusu Həyat bilgisi və Azərbaycan dili fənlərinə inteqrasiya olunur. 6-cı sinif şagirdlərinə keçirilən “Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası” mövzusu Həyat bilgisi və Biologiya fənlərinə, 7-ci sinifdə keçirilən “Ev quşlarının bəslənməsi texnologiyası” mövzusu Həyat bilgisi və Biologiya fənlərinə, 8-ci sinifdə keçirilən

“Avtomatlaşdırılmış paltaryuyan maşının quruluşu və iş prinsipi mövzusu Azərbaycan dili və Həyat bilgisi fənlərinə, 9-cu sinifdə keçirilən “Süni oduncaq materiallarının səthinin bəzədilməsi” mövzusu Azərbaycan dili, Təsviri incəsənət və Kimya fənlərinə, “Əlvan metalların səthinin bəzədilmə texnologiyası mövzusu Azərbaycan dili, Təsviri incəsənət, Fizika və Kimya fənlərinə, “Kompüterlərin tipləri və növləri. Kompüterin iş prinsipi” mövzusu Azərbaycan dili, Həyat bilgisi, İnformatika və Fizika fənlərinə inteqrasiya olunmuşdur. Bu haqda digər mövzuları sadalamaq istəmirəm. Lakin onu qeyd etmək istəyirəm ki, Texnologiya fənni üzrə 5-9-cu siniflərdə keçirilən mövzuların əksəriyyəti Həyat bilgisi və Təsviri incəsənət fənlərinə inteqrasiya olunur.

Gənc müəllim Gültəkin Yolçuyeva maraqlı bir nüansı da qeyd etdi. O, belə bir fikir irəli sürdü ki, hər bir fənnin terminləri olduğu kimi Texnologiya fənninin də öz terminləri var. 5-9 cu sinif şagirdlərinə bu fənn tədris edilən zaman onlara 100-dən artıq terminin izahı verilir. Belə ki, şagirdlər gündəlik leksikonda işlənməyən sözlər barəsində biliklərə yiyələnirlər. Belə terminlərə misal olaraq, pəstah, spesifikasiya, ülgü, reysmus, günyə, verstak, bıçqı, törpü, suvand, sumbata kağızı, şerxebel, fuqan, kazein, məngənə, pərçim, kanape, tartin, furnitur, şlyambur, piqment, aşqar, ştangenpərgar, pasterizə, strelizə, bəxyələmə, kanva, ventilyasiya, transpartyor, şpindel, zivana, interyer, şnur, file, porsiya, raqu, bulyon, bobin, plisse, gərgah, etiket, elit, radionuklid, çekanka, dimetriya, izometriya, zamaska, süngərli mütəkkə, fleys, sifon, kompressor, droselləşdirmə, aplikasiya, silos, şrot, panel, qətran, kaşirlənmə, pifləmə, zağlama, amalqama, diffuziya, piqment, portativ, polietilen, poliqropilen, polistirol, polikarbonat, polivinilxlorid və sairəni göstərmək olar.

Gültəkin Yolçuyeva maraqlı və zəruri olan bir məsələyə də toxundu. O, qeyd etdi ki, Təhsil Nazirliyinin göstərişi ilə tam orta məktəblərdə keçirilən bütün fənlərin terminlərindən ibarət lüğət tərtib olunması məqsədəuyğundur. Əgər belə olarsa, bu kitabın köməkliyi ilə fənn müəllimləri və şagirdlər başqa fənnlərin terminləri ilə tanış ola bilər və bu barədə məlumatlana bilərlər. Bu isə dərs prosesinə öz müsbət təsirini göstərər.

Gültəkin müəllim ömrünü müəllimlik peşəsinə bağlayıb. Hələ bundan sonra neçə illər o, həyatını şagirdlərin bilik qazanmasına sərf edəcək. Ona bu şərəfli yolda uğurlar arzulayırıq.

Fərhad Əsgərov (Ramizoğlu),

Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “İti qələm” mükafatları laureatı, 2015-ci ilin birillik Prezident təqaüdçüsüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...