Anons

Bu gün, 13:12- Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Haqqımızda Əlaqə

QIZIMI TƏBRİK ETDİM, LAKİN BİR MƏSƏLƏ QƏLBİMİ YARALADI

Tarix:24-06-2019, 10:25 Baxış Sayı:97

QIZIMI TƏBRİK ETDİM, LAKİN BİR MƏSƏLƏ QƏLBİMİ YARALADI Bu il qızım Xəzər rayonundakı 156 saylı tam orta məktəbin XI sinfini bitirib. Mənim qızım məktəbin iki XI sinfini bitirən şagirdlər arasında ən yüksək balı (600 baldan çox) topladı. Bildiyimiz kimi artıq iki ildir ki, abituriyentlərə ikinci dəfə qəbul imtahanı vermək şansı verilir. Mənim qızım da bu imtahanda iştirak edib, bir qədər də yüksək bal toplamaq arzusunda idi. Bu məqsədlə, DİM-in hesabına 40 manat ödədikdən sonra imtahanın qeydiyyatından keçməkdən ötrü bir çox şagirdlər kimi o da məktəbin informatika müəlliminə kömək üçün müraciət edib. Müəllim də elə qızımın öz yanında onu telefon vasitəsilə qeydiyyatdan keçirib və bu barədə ona məlumat verib. Qızım isə buna arxayın olub qeydiyyatdan keçib-keçmədiyini yoxlamayıb.

Bir həftə bundan əvvəl DİM tərəfindən abituriyentlərin hansı məktəbə imtahana salındığı açıqlananda məlum olur ki, qızım qeydiyyatdan keçirilməyib. Bu məsələni araşdırmaq üçün məktəbin müəllimi ilə əlaqə saxladım. Həmin müəllim məsələni bildikdən sonra mənə dedi ki, sizin qızınız qeydiyyatdan keçirilməyə görə mənə müraciət etməyib. Qızım isə ona telefonda söylədi ki, mən sizin yanınızda bir neçə nəfərlə birlikdə olmuşam və məni qeydiyyatdan keçirib arxayın saldınız.

Düzdür, mən DİM-ə müraciət etdim və məsələni danışdım. Amma mənə dedilər ki, artıq gecdir.

Bu məsələdə günahın müəllimdə və yaxud DİM-də olduğunu bizim aydınlaşdırmağımız çətin məsələdir. Lakin mənə təsir edən, mənim ürəyimi yaralayan müəllimin məsuliyyətdən qaçmaqdan ötrü yalan danışması, bu işi öz boynundan atması, etinasızlığıdır. Şagirdin yüksək bal toplaması təkcə şagirdin deyil, həm də məktəbin uğuru və göstəricisidir. Ona görə də bu işdə məktəb özü də maraqlı olmalı idi. Lakin nədənsə məktəbdə bu işə ciddi yanaşmalı olan adamlar tərəfindən diqqət deyil, əksinə, çox böyük etinasızlıq göstərildi.

Baş vermiş hadisədə mənim də, övladımın da qəlbimiz yaralandı. Onun ikinci imtahanı vermək arzusu ürəyində qaldı. Lakin yenə də mən onu yüksək bal toplaması münasibətilə təbrik etdim. Övladım mənim əzab çəkdiyimi hiss edib mənə dedi ki, onsuz da bu birinci dəfə deyil, mən bir neçə dəfə müəllimlər tərəfindən zərbələr görmüşəm.

Nə qədər ki, insanlar öz şüurlarını dəyişməyəcəklər, qəlblərini xudbinlikdən təmizləməyəcəklər, belə hadisələrlə çox rastlaşacağıq. Mənim özümə vurulan zərbələr, bəzi insanlarda nəyinsə xətrinə kiməsə böhtanın atılması, son illərdə günahsız insanların bəzi kiçik məmurlar tərəfindən müxtəlif bəhanələrlə işdən çıxarılması, lazım gələrsə kiməsə yaltaqlıq etməyi bacarmaq, ikiüzlülük, paxıllıq bunu deməyə əsas verir.

Fərhad Əsgərov (Ramizoğlu),

Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “İti qələm” mükafatları laureatı, 2015-ci ilin birillik Prezident təqaüdçüsüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...