Anons

Dünən, 18:20- Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Dünən, 17:12- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Dünən, 17:00- Növbəti tədris ilində I siniflərə 164234 uşağın qəbulu proqnozlaşdırılır

Dünən, 16:48- Bakıda GÜCLÜ YANĞIN

Dünən, 16:39- Zəlzələlər kosmosdan çəkilən şəkillərlə proqnozlaşdırılacaq

Dünən, 16:26- Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Dünən, 16:17- “Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Dünən, 16:05- Yanvar-iyul aylarında Azərbaycana gələn əcnəbilərin 41,4 faizi hava nəqliyyatından istifadə edib

Dünən, 15:52- Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Dünən, 15:43- Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Dünən, 15:36- FHN yeni tikilən 133 binaya müsbət rəy verib

Dünən, 15:24- Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb

Dünən, 15:13- Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Dünən, 14:31- Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Dünən, 14:22- “Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

Dünən, 14:09- Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

Dünən, 13:54- DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Dünən, 13:46- Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Dünən, 12:37- Sabah isti temperatur diskomfortu gözlənilir

Dünən, 12:28- Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

Haqqımızda Əlaqə

Bankomat

Tarix:21-05-2019, 13:16 Baxış Sayı:113

Bankomat Pərvanə Bayramqızı

Təqaüdlər kart sisteminə yeni keçən vaxtlarda babam sevinmişdi. Xoşbəxtlikdən bizim yaşlılar həmişə yeniliyi yaxşı qarşılayıblar. Babam bankomatdan pul çıxarmağı tezcə öyrənib başqalarına, hətta cavanlara da kömək etdi. Bir gün idarəyə hansısa sənəd dalınca gedəndə ordakı işçi babamın salamını könülsüz alıb. Yenilikçi olduğundan babam ona Məhəmməd Füzulidən sitat gətirməyib. ( “Salam verdim rüşvət deyildir deyə almadılar”) Deyib ki “Yekə kişisən, Allahın o dəmir parçasının düyməsini basan kimi “xoş gəlmisiniz” yazılır. Sənsə qaş-qabağını elə tökürsən ki, elə bil qan davamız var”. İşçi məəttəl-məətəl soruşub ki, “ağsaqqal sən texniki yeniliklərdən xəbərdarsan?” Bunu gəlib evdə söyləyəndə atam da babama səhv tutdu. Dedi ki, “A kişi, dəmir parçası Allahın deyil, ondan istifadə etməyi bacaranlarındır” Heç babam da mömin deyil, nəsə bu dəfə dilinə belə gəlmişdi. Nə isə, onların söhbətinə qarışmaq mənə düşməz, özləri bilər.

Bu söhbəti xatırlamağım bu gün bankomatın qarşısında növbəmi camaata verib gözləyərkən müşahidə etdiyim məqamları yazmağa etdiyim “priyomdur”, nə bilim ricətdir, nədir.

Bankomatın qarşısında ən birinci mənim dayanmağıma baxmayaraq ən axıra da mən qalmışdım. Arada 6-7 nəfər pulunu alıb getdi. Kömək edib pulunu çıxardığım qadın kartın kodu yazılmış kağız parçasını mənə uzatdı. Dedim ki, bunu heç kəsə göstərmə. Pulunu da çıxarıb verdim getdi. İkinci ağbirçək bunun tam əksinə olaraq məndən ehtiyat edə-edə kartı verdi, ehtiyatla da kodunu söylədi. Gördüm ağlına qara fikirlər gəlir kənara çəkilb pulunu özü götürməsini istədim. Sonra saymağını xahis etdim. Əllərimi də düşmənə təslim olurmuş kimi yuxarı qaldırıb məndə heç nəyiniz qalmayıb ki? deyə soruşdum. “Yox, yox” söyləyərək başladı pulunu yarıya bölməyə. Yox, mənə vermirdi. Puldan bir az ayırıb corabının, bir az da sinəsinin başına qoydu, əlindəkiləri də “bunu da evdəkilərə verim” deyib pul kisəsinə yerləşdirdi. Bu dəfə mənim ağlıma pis şey gəldi. Birdən gedər evdə şivən salar ki, bəs pulu çıxardan gəlin götürüb qaçdı. Di gəl canını şər-böhtandan qurtar görüm necə qurtarırsan. Sonra yan-yörədə kamera olduğunu düşünüb sevindim. Nə isə, bu qadın getdi. İndi bir kişiyə kömək etməli oldum. Tərslikdən pulu çıxmadı. Bütün əməliyyat ardıcıllıqla yerinə yetirilsə də pul çıxmadı ki çıxmadı. Həyəcan məni bürüdü. Az qaldım öz pulumu kişiyə verib

onu razı yola salım, alınmadı. Bu vaxt bir ağsaqqal gəldi. Kartı hirsli-hirsli məndən alıb

– Ver görüm, a bala, cavan qızsan iki manatı çıxara bilmirsən – deyib kartı göndərdi pulların yanına.

– Nə iki manat ə, Allah prezidentimizin canını sağ eləsin 170 manatdır – deyə kart sahibi əvvəlcə hirslənsə də sonra yumşaldı. Xeyli təqaüd aldığına təzədən sevindi.

Ağsaqqal izah edə-edə düymələri basdı, əməliyyat bitəndə pullar çıxıb qədd-qamətini düzəldib böyrü üstə dayanıb sahibinin əlini gözlədi ki, onları götürsün. Əməliyyatı yerinə yetirən ağsaqqal çönüb kart sahibinə

– Ə, bunu öyrən də – (Ö hərfini xüsusi vurğu ilə dedi.) Özün bilmirsən heç olmasa yanında bir uşaq gətir.

İndi gəl onu başa sal ki, bu “qəzanın toru” idi düşmüşdük mən də çıxara bilmədim. Ağsaqqalın daha çox gözlərinə inandığı bəlli idi.

Bayaqdan gözləyən qadınlardan biri kartını kişiyə verib dedi:

– Ağsaqqal, sənin əlin yüngüldür, al bunu da çıxart.

Dəhşət məni bürüdü. İnsanlar baş verə biləcək texniki və təbii hadisələri kiminsə əlinin, ayağının sayalı olmasına yozurlar. Əgər bankomatdan pul qurtarsa, deməli, kiminsə ayağı ağır imiş. Bu məqamda bir həqiqəti dərk etdim – bizim ölkədə hamının əl-ayağı, nəfsi ağırdır. Ona görə də hər şey belə bərbaddır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...