Anons

Bu gün, 13:12- Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Haqqımızda Əlaqə

MAYOR ŞAHBAZOVUN “SƏMİMİLİYİ” (Hekayə)

Tarix:6-05-2019, 11:43 Baxış Sayı:191

MAYOR ŞAHBAZOVUN “SƏMİMİLİYİ”  (Hekayə) Mayor Şahbazov sahə müvəkkili kimi xidmət göstərdiyi ərazidə böyük hörmət qazanmışdı. Qəsəbədə böyükdən kiçiyədək hamının ona hörməti vardı. Bütün yığıncaqlara dəvət olunardı, ona həmişə məclislərin yuxarı başında yer göstərilərdi. O da cəmiyyətdə öz yerini bilərdi. Ağsaqqallara hörmət, kiçiklərə məhəbbət bəsləyər, gənclərin problemləri ilə yaxından maraqlanar, bir çətinlik olarsa köməyini əsirgəməzdi. Hər kəsin işinə yarımağa, hamıya nəsə bir kömək göstərməyə çalışmaq onda bir adət halını almışdı.

Hətta rayonun polis idarəsi rəisinin yanında da Şahbazovun sözü ötürdü. Bunun səbəbləri çox idi. Lakin bir əsas səbəb vardı: Şahbazovun sözü, nəinki təkcə özünün sahə müvəkkili olduğu ərazidə, eləcə də paytaxtın bu rayonunun bütün ərazisində həlledici olurdu. Küsülülərin barışdırılması, müəyyən narazılıq olan tərəflərin arasında dostluq münasibətlərinin bərqərar olunması məsələlərində, ictimai asayiş keşikçiləri ilə yerli sakinlər arasında, hərdən bir də olsa, nəsə bir sıxıntı yaşandıqda “başbilənlər” həmin andaca Şahbazova müraciət edərdilər. Hətta bıçaqlanma, avtoşluq, oğurluq və digər cinayət hadisələri də baş verdikdə o, bu problemin ən asan yolunu tapar, hər işi öz yoluna qoyardı. Onun sahə müvəkkili kimi çalışdığı ərazidə isə müxtəlif qanun pozuntuları olsa da, o, bütün bu işləri öz “yoluna” qoyar, nəticədə heç bir qanun pozuntusu rəsmi qeydə alınmazdı.

Həmin qəsəbədə Muxtar adlı bir nəfər kafe işlədirdi. Necə deyərlər, kiçik sahibkar idi. İki-üç nəfər bu kafedə işlə təmin olunmuşdu və ailəsinə çörəkpulunu məhz buradan aparırdı. Ərazidə yaşayan gənclər, pensiyaçı ahıllar boş vaxtlarını burada keçirirdilər. Onlar kafedə domino, nərd, şahmat oynayır, çay içir, necə deyərlər, günlərini axşam edirdilər. Yemək yeyən, spirtli içki içənlər də olurdu.

Muxtar da ailəsinin dolanışıq xərcini buradan çıxarırdı, dövlətin vergilərini də vaxtlı-vaxtında verirdi. Hamı Muxtarı qanacaqlı, halal birisi kimi tanıyırdı. Oturuşunu-duruşunu, böyük-kiçik yerini bilən Muxtarın qəsəbədə hörməti az deyildi və sahə müvəkkili Şahbazov ilə də arası yaxşı idi.

Bir gün, kafedə xeyli müştərinin olduğu vaxtda içəriyə dörd nəfər mülki paltarlı şəxs daxil oldu. Özlərini təqdim etdilər. Hüquq-mühafizə orqanı əməkdaşları olduqları onsuz da məlum idi. Onlar siqnal aldıqlarını və kafedə yoxlama keçirəcəklərini bildirdilər. Muxtar arxayın idi ki, onun müəssisəsində heç nə tapa bilməzlər. Çünki o, heç bir şübhəli işlə məşğul olan deyil. Lakin hər ehtimala qarşı işçilərinə tapşırdı ki, göz-qulaq olsunlar, birdən onların özləri bir küncə-bucağa narkotikdən-zaddan nəsə bir şey atarlar və gəl sonra bunun altından çıx, görüm necə çıxacaqsan.

Xeyli axtarışdan sonra gələnlərin biri bərkdən səsləndi:

- Tapdım, - sonra da yoldaşlarını çağırıb əlindəki yumru əşyanı onlara göstərdi. – Baxın, deməli siqnal doğru imiş.

Muxtar heç ömründə belə bir şey görməmişdi və indinin özündə də onun nə olduğunu bilmədi.

- Bu nədir? – deyə onlardan soruşdu. – Axı, mən onu birinci dəfədir ki, görürəm.

Muxtar çaşıb qalmışdı. Bu nədir? Onu bura kim gətirib? Axı, hər gün hər tərəf onun nəzarəti altında silinir, süpürülür, təmizlənir. Yəni bu göydən düşdü?!

- Fikrini polis idarəsində bildirərsən, yığış gedək, - sözünü eşidəndə Muxtar başa düşdü ki, artıq iş-işdən keçib, onu şantaj ediblər. Məsələ böyüyüb.

Elə bu vaxt xoşbəxtlikdən mayor Şahbazov kafenin qapısında göründü. Onu görən kimi Muxtar sanki bir qədər yüngülləşdi. Sahə müvəkkili gələnlərlə görüşdü, hadisənin mahiyyətini öyrənəndən sonra onlarla söhbət apardı. Danışılanlardan Muxtar yalnız tez-tez işlədilən “limonka” sözünü yadında saxlaya bildi. Sözün qısası, Şahbazovun təsadüfən gəlib çıxması Muxtarın qanının arasına girdisə də, onu xeyli maddi ziyana da saldı.

“Qonaqlar” aldıqlarını alıb gedəndən sonra Muxtar mayor Şahbazovun qabağına bir çaynik çay qoydu, özü də onunla qarşı-qarşıya oturub soruşdu:

- Ay başına dönüm, bir məni başa sal görüm, o ananasa oxşayan əşya nə idi? O necə bir qorxulu şeymiş ki, mənə bu qədər zərər vurdu?

- Yaxşı qurtardın. Gedib nəzir verərsən, - deyə, gülümsəyən Şahbazov onu sakitləşdirməyə çalışdı. – Bəzən belə işlər də olur.

Sonra Şahbazov ona bugünkü hadisəyə bənzər bir əhvalat danışdı:

“Bir qədər əvvəlin söhbətidir. Tanışlarımdan birinin şəhərdə böyük bir mağazası var. Mağaza başdan-başa aztapılan mallarla doludur. Qeyd edim ki, həmin mağaza da, onun sahibi də elə bu saatın özündə də fəaliyyətini davam etdirir. Tanışım bu əhvalatı mənə özü danışıb. Bir məsələni də deyim ki, sənin bu balaca kafenə baxma, haqqında söhbət açdığım ticarət obyektini hər oğul işlədə bilməz. Çünki elə bir mağazanı işlətmək üçün yuxarıda böyük bir adamın olsun gərək. Elə mənim tanışımın da yuxarıda yaxşı adamları var. Ona görə də tanışıma dəyib dolaşan olmur. Günlərin birində bir neçə nəfər, elə sənin kafenə girən kimi, onun obyektinə daxil olur. Tez qapılar bağlanır. Yoxlanış başlayır. Sənə kimdən deyim, tanışımın oğlundan. Həmin yeniyetmə bu gör-götür dünyasında doğulub, böyüyüb və tərbiyələnib. Sənə baxma. O saatdaca bunun qurama bir iş olduğunu anlayır. Odur ki, nə etməli olduğunu atasından tez anlayır, bir andaca, heç kəsin xəbəri olmadan telefona qaçır və doğma dayısına zəng edir ki, bəs, nə durmusan, tez özünü çatdır, belə bir hadisə baş verib. Oğlanın dayısı, yəni ticarət obyektinin sahibinin qaynı gələnlərin mənsub olduğu baş idarədə yaxşı vəzifədə işləyirmiş. Mağazada məsələ tam kulminasiya nöqtəsinə çatanda həmin şəxs içəriyə daxil olur və hadisələrə özü də müdaxilə edir. Yoxlanış keçirənlər hadisənin belə yol alacağını gözləmədiklərindən özlərini itirsələr də daha geriyə yolun olmadığını hiss edirlər və işin sonunu gözləmək qərarına gəlirlər. Sən demə, yoxlanış aparanlar mağazanı yoxlayarkən odlu silah – tapança tapıblarmış. Mağaza sahibinin qohumu olan vəzifə sahibi işini yaxşı bilən məmur kimi, ilk olaraq tapançanın kimə mənsub olduğunu, indiyədək onunla bir cinayətin törədilib-törədilmədiyini öyrənilməsi məqsədilə tez özünün işlədiyi idarəyə məlumat verir və təbii ki, silahın nömrəsini də bildirməyi unutmur. Bir qədər keçdikdən sonra idarədən ona məlumat verirlər ki, silahla heç bir cinayət törədilməmişdir. Sonra isə tapançanın məxsus olduğu adamın adını da bildirirlər. Tapança mağazada yoxlama aparanların birinin tabel silahı imiş. Sən demə, gələnlər mağazanı yoxlayarkən silahı özləri gizlicə rəflərin birinə atıblar və digəri də guya onu tapıb, qanunsuz silah saxlamaq bəhanəsilə mağaza sahibindən külli miqdarda pul qoparacaqlarmış. Mağaza sahibinin qohumunun qəfil gəlişi onların planını pozubmuş. Sonra nə olduğunu deyə bilmərəm...”.

Sahə müvəkkilinin söylədiklərini təəccüblə dinləyən Muxtar çaşıb qalmışdı. Elə hey fikirləşirdi ki, həmin anda Şahbazov gəlib çıxmasaydı, görəsən onun taleyi necə olacaqdı? Allah onu haradan yetirdi? Görəsən, belə hadisələr tez-tezmi olur?

Mayor Şahbazov çoxdan pensiyaya çıxıb. O da vaxt keçirməyə tez-tez Muxtarın kafesinə gəlir. Oturub çay içə-içə köhnə zamanları, ötən günlərini xatırlayır, düşünür, düşünür...

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU),

Azərbaycan Yazıçılar Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...