Anons

Bu gün, 12:05- Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb

Bu gün, 10:47- Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Dünən, 17:05- İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Dünən, 16:52- DGK-nın sədri karqo terminallarında yüklərin gecikməsi məsələsinə aydınlıq gətirib

Dünən, 16:41- Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Dünən, 16:33- “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Dünən, 16:19- Azərbaycanlı vəkillər şad xəbər

Dünən, 16:08- Təhsil Nazirliyi müəllimin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Dünən, 15:55- Dostu Fuad Poladov barədə: “Ölümün gözünə kişi kimi baxdı”

Dünən, 15:47- Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Dünən, 15:16- Bakıda zəlzələ oldu? RƏSMİ AÇIQLAMA

Dünən, 15:07- Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Dünən, 14:54- Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

Dünən, 14:43- Tereza Mey istefasını elan etdi

Dünən, 14:35- Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Dünən, 14:22- BMU-da 28 May-Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib

Dünən, 14:09- 56 şəhər və rayonda işəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib

Dünən, 14:01- Şənbə gününün havası

Dünən, 13:50- Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Dünən, 13:38- MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

Haqqımızda Əlaqə

ŞANTAJ (Hekayə)

Tarix:29-04-2019, 13:15 Baxış Sayı:116

ŞANTAJ  (Hekayə) Mənsurənin on yeddi yaşı vardı. Belə gənc olmasına baxmayaraq, artıq Simurq ilə ər-arvad kimi yaşamışdı. Bir müddətdən sonra Simurq Azərbaycanı tərk edərək qazanc dalınca ölkələrin birinə getdi. Tək qalan Mənsurə artıq özü istədiyi kimi yaşamağa başladı...

İllər ötdü. Mənsurənin görüşdüyü oğlanların, kişilərin sayı artdı. Özü də spirtli içkilər içməyə, siqaret çəkməyə başladı.

Hər yerdə, hər şəhərdə natəmiz adam tapmaq olar. Mənsurə də özü kimi adamlarla tanış olur, onlarla “dostluq” edirdi. Belələrinin arasında polis işçiləri də vardı. Mənsurə oğlanlarla tanış olur, onların istədiyini yerinə yetirir və sonra da həmin polis işçilərinin vasitəsilə onları şantaj edirdi. Polis işçiləri də şantaj yolu ilə bu oğlanlardan xeyli pul qoparıb Mənsurə ilə bölüşürdülər. Beləliklə, Mənsurə xeyli pul toplamışdı.

Artıq Mənsurənin 25 yaşı vardı. O günədək qız xeyli kişini beləcə şantaj etmişdi.

Növbəti dəfə Mənsurə Elxan adlı oğlanla tanış olur. Qızın boy-buxunu, gözəlliyi oğlanı valeh etmişdi. Elxan ona ilk baxışdan vurulmuşdu. Bundan istifadə edən Mənsurə əsl məqamın yetişdiyini hiss edib Elxanı özünün bağ evinə dəvət edir. Yeyirlər, içirlər, musiqiyə qulaq asırlar və ...

Ertəsi gün polis şöbəsinə çağırılan Elxan təəccüblənir. Axı, ömründə bir adamın toyuğuna daş atmayıb. Onun polis şöbəsində nə işi var? Bu düşüncələrlə şöbəyə gələn Elxan Mənsurəni də orada, müstəntiqin yanında görür. Bildirirlər ki, o, təmiz bir qız uşağını korlayıb...

Elxanın pulu yox idi. Borc da götürmək istəmirdi. Bir də axı, niyə pul verməliydi ki? Elxanın nə Mənsurənin, nə də tamahkar polis işçilərinin işləklərindən xəbəri yox idi. İnanırdı ki, onun günahsızlığı aydınlaşdırılacaq, istintaq hər şeyi öz yerinə qoyacaq. Lakin necə deyərlər, “sən saydığını say...”

Məhkəmə istintaqı xeyli çəkdi. Elxana nə az, nə çox, düz yeddi il həbs cəzası kəsildi...

Mənsurə bu minvalla öz fəaliyyətini davam etdirirdi. İlişənlər biabır olmamaq üçün istənilən məbləği polisə verib canlarını qurtarırdılar.

Mənsurənin “qurbanları”nın sayı çoxalmışdı. Çoxları belə bir fahişənin mövcudluğundan xəbərdar idi. Fərid adlı bir şəxsi isə bu nadir hadisə çox maraqlandırmışdı. O, necə deyərlər: “qıra keçən” həmin oğlanların, demək olar ki, çoxu ilə görüşmüş, hətta Elxanın olduğu həbsxanaya da baş çəkmişdi. Fəridin şəxsi tədqiqatı öz bəhrəsini vermək üzrəydi. Yəni, bu barədə əlində bütün materiallar vardı. Məhkəmədə Elxan üçün oxunmuş hökmün surəti də ondaydı.

İki il keçdikdən sonra Fərid eşitdi ki, Mənsurə indi də Əliyar adlı gənc bir adamı tora salıb, sabah məhkəməsidir. O, bu məhkəmə prosesində şəxsən iştirak etmək qərarına gəldi. Elə həmin axşam Əliyargilə getdi. Əliyar üçün əvvəlcədən həbs qəti imkan tədbiri seçildiyindən evdə deyildi. Sabah isə məhkəmədən sonra onu həbsxanaya göndərəcəkdilər. Oğlanın valideynləri ağlayırdılar. Fərid onlara heç bir təskinlik verə bilmirdi. Axı, heç özü də bilmirdi ki, məhkəmə prosesi necə qurtaracaq. Məgər haqsız yerə həbsxanalarda çürüyənlər azdır?..

Məhkəmənin sonunda hökm oxundu və hakim Əliyar üçün altı il həbs cəzası istədi. Elə bununla da razılaşacaqdılar ki, zaldakı iştirakçılardan biri ayağa qalxıb söz istədi. Əlbəttə, təcrübədə elə şey yoxdur.

Lakin hakim Fəridi tanıdığı üçün ona qulaq asmaq istədi və söz verdi:

- Möhtərəm hakim və xalq iclasçıları, - deyə Fərid sözə başladı. – Sizdən xahiş edirəm ki, iddiaçıdan soruşasınız: bir qızın bəkarəti neçə dəfə pozular? Mənim apardığım şəxsi araşdırmama inansanız, dəfələrlə. Yəni bu gördüyünüz iddiaçı qız gənclərə şər atıb, pul alıb. Onlardan təkcə ikisi pul verə bilməyib: Elxan adlı bir nəfərdir ki, pulu olmadığı üçün həbsxanadadır, digəri isə bu gün həbsxanaya göndərməyə hazırlaşdığınız bu oğlan – Əliyardır. Maraqlısı da odur ki, Elxan hazırda sizin o vaxt çıxardığınız qətnaməyə əsasən həbsdədir. Siz isə bir neçə polis nəfərinin himayə etdiyi bu əxlaqsız, şantajçı qızın iddiası ilə növbəti gənci bədbəxt edirsiniz. Düzdür, mənim məhkəmənin gedişinə təsir göstərə bilmək səlahiyyətim yoxdur. Lakin

alın, bu sənədlər – Fərid bir yığın kağızı hakimə uzatdı. Bu sənədlər onun apardığı tədqiqatın nəticəsi idi – bu da siz. Qoy, vicdanınız sizə yol göstərsin.

O, bu sözləri deyib zaldan çıxdı.

Fərid bir neçə gündən sonra eşitdi ki, hakim Əliyar barəsində qaldırılmış cinayət işinə xitam vermişdir.

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU)

Azərbaycan Yazıçılar Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...