Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Axırıncı aşırım

Tarix:9-04-2019, 12:58 Baxış Sayı:65

Axırıncı aşırım
1930-cu ildə baş verən hadisələri – kollektiv təsərrüfatın yaranmasını təbliğ etmək məqsədilə çəkilən, ssenari müəllifi Fərman Kərimzadə, rejissoru Tofiq Məmmədov olan “Axırıncı aşırım” filmi cəmi bir dəfə baxdığım, sarsıntı keçirərək, ikinci dəfə baxmağa ürək eləmədiyim kinolarımız sırasındadır. (Bu sırada birinci yeri “Yeddi oğul istərəm” filmi tutur.) Kinonun əvvəlindəki kadrlar Azərbaycan xalqının taleyində qanlı izlərini qoyan tarixə “Xoş gəldin” deyilərək qarşılanan hissədir. Pişvazına bəh-bəhlə çıxılan qanlı tarixi, “kolxozlaşma”nı məmnuniyyətlə qəbul edənlərin çoxu haqqında bədgümanlıq olsa da yazacam ki, bu kollektiv təsərrüfat ona görə sevincək qarşılandı ki, burda başqasının qazancına sahiblənmək vardı. Bizdə belə xüsusiyyətə malik olan minlərlə adam var. Başqasının məvacibini soruşmağa, gözünü onun-bunun cibinə dikməyə, zəhmətsiz varlanmağa meyilliyik. Kollektiv təsərrüfatı az qala müqəddəsləşdirib “balın şirin olmasının səbəbini birgə əməyin nəticəsində görənlər fərdi şəkildə çətinliklə qazanılan mal-mülkü sahibinin əlindən zorla alıb, özünü də ya sürgün elətdirməyin, ya da öldürməyin adının nə olduğunu söyləmirlər.

Nə isə, siyasi tərəflərini araşdırıb qiymət vermək, əsəri tənqid və ya təhlil etmək kimi məqsəddən uzaq olaraq digər yazılarımda olduğu kimi burda da millətimizin milli bədbəxtliyinə subyektiv yanaşmamı nümayiş etdirəcəm.

Raykomun timsalında böyük bir quruluşun “təmsilçisini”, savadsız kütlənin şəxsində isə ozamankı bir qisim azərbaycanlıları görürük. Onlar yeni quruluşun əsil ideyasını doğru-dürüst anlamır, çaş-baş qalıb bilmir kimə inanıb, nəyin arxasınca getsinlər. Həmin anlar bugünkü bəlalarımıza yol açan başlanğıcdır. Ömrünü ağasına işləyərək keçirənlərin çoxu kollektiv əməyə alışa bilmir. Bəziləri də gördüyümüz kimi həmin illərdə ağasına qarşı qəlbinə o ki var kin yığıb. O dövrdə “kolxoz ideyasına” ürəkdən bağlananlar bu gün, müstəqillik illərində qərib kimi yaşayır, keçmişin xiffətini edirlər. İndi də onlar, “Bəlkə də qaytardılar” arzusuyla vurnuxurlar. Bu anlaşılandır. Həyatlarını tarlalarda keçirsələr də onda gənc və sağlam idilər. Keçmişlərini unuda bilmirlər. Çox istəyərdim ki, biz tarix boyu qanımıza susayan düşmənlərin cinayətlərini də beləcə gəncliyimiz kimi unutmayaq.

Buna bənzər bir mövzunu da ədəbiyyatımıza aid yazmışam. Mahiyyət etibarilə eyni faciədir, formaca müxtəliflik var. Hər ikisində bir ananın övladlarını kənar qüvvələr idarə edərək bir-birinə düşmən çıxarır.

Kinonun əvvəlində idarənin qarşısında gördüyümüz “Qolçomaqlara ağır zərbə endirək” yazılmış lövhə adamın ürəyini parçalayır. Onda bir-birinə düşmən kəsilən vətəndaşlar həmin ağır zərbənin bütövlükdə Azərbaycana dəydiyinin fərqində deyildilər. Onlar inanırlar ki, xoşbəxt gələcəyə doğru addımlayırlar. Bu sadəlövh xalq məruz qaldıqları mənəvi terrordan, itirdikləri kimliklərindən xəbərsiz olublar. Sonrakı illərdə aparılan bir çox “islahatlarından” təkcə soyadlarımızın “ov-ova; yev-yeva” olması bəs edir ki, özümüzdən necə asanlıqla qoparıldığımızı bilmiş olaq. Gürcülərlə ermənilər isə bu heysiyyət işğalından kənarda qaldılar. Bəs biz niyə bu faciələri yaşamalı, bu cür əsərlər yazmalı, filmlər çəkilməli idik? Təəssüf ki, bu sualı özümüzə verməmişik. Ya zəlzələdən, ya da vəlvələdən.

Ekranın qarşısında əyləşib təzəcə seyr etdiyimiz anlarda belə bir epizod izləyirik .

– “Olduq kolxoz. Sabah mən deyəcəm buğda əkək, … Məcid də deyəcək yox, darı səpək” Toplaşanlar gülüşürlər. Burda dialoqlar elə verilib ki, qolçomaqların tərəfdarları gülünc vəziyyətdə qalsınlar. Amma kollektiv təsərrüfatın əleyhinə olanların etirazlarını məsxərə şəklində göstərməkdənsə daha məntiqli fikirlər səsləndirilsəydi obyektivlik olar, millət də bir şey dərk edərdi.

“Yoldaş Leninin rəncbər haqqında dediyi” fikirlərin qarışıq məqamda verilməsinin maraqlı tərəfləri var. Tutaq ki, kimsə mütaliəsevərdir və yaxud da siyasətlə, Leninin siyasi görüşlərilə maraqlanır. O gedib kitablar axtaracaq, rəncbər haqqında fikirlərlə tanış olacaqdı. Bir tərəfdən də Leninin ideyaları azərbaycanın xeyrinə olmayıb. Yaxşı ki, o anda Leninin dili ilə “bir-birindən gözəl fikirlər” söyləyən olmur. İnsanların belə əsərlərin yazıldığı, onların ekranlaşdırıldığı üçün yazıçılara, kino xadimlərinə ədəbi müharibə elan etməkləri mübahisəli məsələdir. Çünki hər şey təkcə bu iki sahənin bilicilərindən asılı deyil. Ömür boyu bir yerdə çörək kəsmiş adamları iki cəbhəyə ayıran böyük siyasi quruluş vardı. Bu quruluşa bir yazıçı, bir rejissor qalib gələ bilməzdi. ( Bu yerdə “həmin vaxt Hüseyn Cavid, Əhməd Cavad və b. da olmaq olardı” deyənlər də haqlıdırlar) Onların əsərlərinin gücü insanların təfəkkür tərzini dəyişdirməyə yönləndirilmişdi. O ziyalılar özləri də adamların xoşbəxt olacağına inanmışdılar. Yaxşı ki, qarmaqarışıq zamanda haqq-salamı unutmayanlar da tapılır. Bunu filmdə belə bir kadrda izləyirik.

Abbasqulu bəy soruşur:

– Tutaq ki, Kərbəlayi bizi eşitdi, bəs onun öz taleyi necə olacaq?

Bu sədaqətin göstəricisidir. Nə qədər gərgin vəziyyət olsa da bir bəyin başqa birinə dönüklük etməməsi o qədər faciələrin içində balaca bir təsəllidir. Amma nökərin ağasına qarşı nifrət bəsləməsi sosial bərabərsizliyin göstəricisi olduğu gerçəyi də var. İman “həyətdə heç nə tapa bilmədik” deyən oğlana qətiyyətlə “ola bilməz” deməsi də adamın ən yaxınının zəif yerinin harası olduğunu və düz ordan nişan almağını sübut edir. Taxıl daşınanda Kərbəlayinin “anbara daşı”, İmanın “Gözün görmür hökumət malıdır, yerinə daşı” deməsi göstərir ki, bizdə “O olmasın, bu olsun” musiqili-komediyasındakı kimi birinin “oxu”, digərinin də “oxuma” deməsi hələ bitməyib, üstəlik faciə şəklini alıb. Nənəmin şura hökumətinin qurulduğu dövrdə Gədəbəydə baş verən hadisələr haqqında söylədikləri İmanın “Kənddə düşmən baş qaldırıb, amma arxayın ol, Kərbəlayi, onları Məşədi Cəmilin gününə salmasaq ağılları başlarına gəlməz” deməyi ilə yadıma düşür. Deməli, Məşədi Cəmil günahkardır. “Ağlını başına gətirmək üçün” onu güllələyirlər. Nənəm xeyli adam göstərib deyirdi ki, atasını varlı olduğu üçün kulak adıyla kənddən apardılar hələ də haqqında məlumat yoxdur.

Raykomun Yaqub kişinin qolçomaqların çaldığı havaya oynadığını deməsi adamı odsuz-ocaqsız yandırır. Özlərinin hardansa gələn “damburdumbur” səsinə oynaqdıqlarından xəbərləri yoxdur. Onlar üçün qolçomaqlar yadlaşmış, yadlar da doğmaya çevrilmişdilər.

“Mən qalxozsuz da keçinərəm” – Görəsən, Kərbəlayinin dediyi kimi kolxozsuz keçinsəydik – sovet hakimiyyəti qurulmasaydı dünya dağılmazdı ki?

“Vaxt vardı sənin qılıncının qəbzəsi də kəsirdi, keçdi o dövran” Bunu da İman Kərbəlayiyə deyir. Bu sözdən bu gün biz də söyləyirik. İmanın sevə-sevə yaşadığı dövran da keçdi. Necə deyirlər o sözü? Hə, indi İmanın gözlərinin içinə baxmaq istəyirəm.

Pərvanə Bayramqızıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...