Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Yuxu

Tarix:15-03-2019, 12:47 Baxış Sayı:112

Yuxu Vüsalə Məmmədova

Küçədə rastlaşdıq... Bizə tərəf gəlirdi. Onu heç vaxt görməmişdim, bəs niyə bu qədər tanış gəldi? Niyə ayaq saxladım? Nə idi küçədən keçəndən gələn bu doğmalıq duyğusu?

Məni heç vaxt görməmişdisə o niyə dayanıb baxmağa başladı? Sadəcə bu evdən çıxdığım üçünmü? Cavan oğlandı, gəzişir özü üçün, macəra axtarır - deyib keçmək istədim... məni adımla çağırdı.

Arxadan saçlarımı sığalladı... Üşəndim. Bu, nəsə fərqli bir sığal idi... Saçlarımın yarısı ağarıb, yarısı da boyanın altında hissiyatını itirib... Onlar artıq bir şey hiss edəcək yaşda deyildilər. Amma bu həmişə əskiyini hiss etdikləri birinin sığalı idi... Demək ki, dünyada heç vaxt görmədiyin insanı bir sığalından da tanımaq olarmış... Gecikmiş sığal məni ona tərəf döndərdi... Gözlərini gördüm... O idi. 29 yaşlı gənc... gedişindən 30 il keçən... yoxluğu özündən böyük olan insan...

- Mən Sizi çox axtardım... Bir gün gəldiyimdə ora xarabalığa çevrilmişdi... düz 20 il gəzdim o xarabalıqda Sizdən bir xəbər tutaram deyə. Mənim kimi bilirsən nə qədər adam dolaşır o xarabalıqda? Hamımız Sizdən bir əlamət axtarırıq o sahibsiz daş-divarın arasında.

- ...

Ürəyimdən isə keçir ki, “inanıram... Yoxsa ora boşuna “Ruhlar şəhəri” deməzdilər ki...”

- Ümidim gələn hər yerə getdim, başqa şəhərdə, kənddə yaşayan bütün qohumların evində Sizdən bir iz axtardım... Adınız belə keçmədi...

- ...

Demək istəyirəm ki, “müharibə qohumları çox dəyişdi, dünya sən görən dünya deyil...”

- Bu yaxınlarda o daş-divarın arasında atamı tapdım, o verdi mənə yeni ünvanınızı...

- ...

“Babamı bu yay itirdik” demək istəyirəm...

- Gözündəki xal olmasaydı çətin tanıyardım səni...

- ...

“Mən də xaldan tanıdım, bir də sığaldan...” deyəcəkdim...

- İşə bax... İlk dəfədir ki, özümdən yaşca böyük qadına sən deyirəm... neyləməli? Qızım məndən böyükdür...

- ...

- Yaxşı, burda dayanmayaq, məni evə dəvət eləmirsən?

- ...

- Yox, əmingilə gedək, qardaşım üçün də darıxmışam.

- ...

- Elə nigaran idim ki, atamdan bircə Sizi soruşdum. Dostlarımı da görmək istəyirəm...

- ...

- Niyə danışmırsan, qızım?

- ...

Nə danışacağımı bilmirəm... Nə deyim ona? 30 ildən sonra gördüyüm insana həqiqətləri desəm yenə ölməzmi? O, bu həyatın ancaq reklam çarxına baxmağa fürsət tapıb. Nə xəyanət görüb, nə doğmaları yadlaşıb... Nə çətinə düşüb, nə kimisə itirib... nə də... Bütün bunları bilsə yenə ölər axı... Yenə ölməsindən elə qorxuram ki, qışqırıb oyanıram...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...