Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

RÜŞVƏT NECƏ GİZLƏDİLİRDİ

Tarix:25-02-2019, 10:59 Baxış Sayı:53

RÜŞVƏT NECƏ GİZLƏDİLİRDİ (sənədli hekayə)

Sovet dövründə rüşvətə qarşı ciddi mübarizə aparılırdı. Lakin rüşvətə meyllilər ələ keçməsinlər deyə özlərindən müxtəlif səmərələşdirici təkliflər, üsullar icad edir və həmin üsulların, yolların köməyilə məsuliyyətdən yaxa qurtara bilirdilər. Necə deyərlər, arabir ilişənlər də olurdu. Ancaq bu, ümumi balın heç bir faizini də əhatə etmirdi.

Həmin rüşvətə meyllilərin çoxu artıq dünyasını dəyişib. Lakin onlardan hələ də yaşayanlar var və o dövrü nostalji hisslərlə xatırlayırlar, bir yerdə toplaşanda o günlərdən həvəslə danışırlar.

Qocaların toplaşıb nərd vurduqları çayxanaların birində bir neçə nəfər keçmiş “igidliklərindən” danışırdı...


Birincinin söhbəti

Rayonların birinə təzəcə prokuror düzəlmişdim. Elə axtarırdım ki, kimə ilişim. Axı, verdiyimi çıxarmalıydım. Allah qabağıma bir kolxoz sədrini çıxardı. Onu çox çək-çevirə saldım: sosialist əmlakının talan edilməsi belə getdi, şərəf, ləyaqət... Yazıq hər dəfə yanımdan çıxandan sonra çox güman ki, bir şüşə valerian içirmiş.

Mənimlə “razılaşmağı” çoxdan təklif eləmişdi, ancaq “məzəndəni” bir qədər də artırmaq üçün özüm qəsdən belə get-gələ salmışdım. Nəhayət, elə bir məqam yarandı ki, onunla aramızda ümumi razılıq əlaqə olundu və həlledici günü müəyyənləşdirdik: sabahı gün razılaşdığımız vaxtda kabinetimdə görüşməliydik.

Hələ gəncliyimdən çox ehtiyatlı olmuşam. Məni hələm-hələm aldatmaq, tora salmaq olmazdı. Bu vəzifəyə təyin olunan gün ikinci mərtəbədə yerləşən kabinetimin pəncərəsinin altında kiçik bir bağça düzəltdirib ərtafını hördürmüşdüm. Bircə kiçik giriş-çıxış qapısı vardı, o da birbaşa küçəyə açılırdı.

Səhəri gün vədələşdiyimiz vaxtda kolxoz sədri kabinetimə gəldi. Əlində bir bağlama vardı. O vaxt indiki kimi “diplomat”-zad olmazdı. Hə, kişi bağlamanı mənə verib tez də çıxdı. Şübhələnmişdim. Ancaq mən işimi elə həmişə ehtiyatlı tuturdum. Bağlamanı tez pəncərənin nəfəsliyindən çölə - kiçik bağçaya atdım. Həmin anda orada adam qoymuşdum. O da bağlamanı havada qapıb bağçanın küçəyə açılan qapısından sivişib aradan çıxmışdı.

Heç bir dəqiqə keçməmiş üç nəfər kabinetimə daxil olur. Kolxoz sədri də onlarla birlikdə. Kamali-ədəblə salamlaşıb bildirdilər ki, bəs kabinetdə axtarış aparmalıyıq. Hansı orqandan olduqlarını əlüstü başa düşdüm. Prokurorun kabinetində onlardan başqa heç kim axtarış apara bilməzdi.

Heç bir etiraz-filan etmədən dedim ki, buyursunlar. Və öz tərəfimdən də nə kömək lazım olsa edə biləcəyimi söylədim.

Bir neçə saat çəkən axtarış heç bir nəticə vermədi. Daha yer qalmadı ki, yoxlamasınlar.

Nəhayət, hər üçü gözlərini kolxoz sədrinə dikdilər. Yəni, bəs hanı? Yazıq sədri onda görəydiniz. Sifəti göyərmişdi, gözləri ölü qoyunun gözlərinə oxşayırdı, bədəni isə yumağa dönmüşdü. Mən isə bu bir neçə saat ərzində heç onun tərəfə baxmamışdım da... Onların hər üçü gözlərini kolxoz sədrinə zilləyəndə astaca soruşdum:

- Yoxsa, bu mərəkə bunun fitvası ilə baş verir? Axı, onun üçün mən cinayət işi açmışam. O, kolxoz malını yeyib dağıdıb!

Əlbəttə ki, orqan işçiləri məsələnin heç də nəticədə olduğu kimi yox, başqa cürə olduğunu hiss etmişdilər. Ancaq hər şey sübutdan asılı idi.

Onlar üzr istəyib getdilər. Bir neçə gündən sonra kolxoz sədri kolxoz malını dağıtdığına və mənə “böhtan” atdığına görə həbs olundu.


İkincinin söhbəti

Mənim isə çox sadə və orijinal üsulum vardı. Mal-material bazasının rəisi işləyirdim. Gündə xeyli “hədiyyə” yığılırdı. Tez-tez bayıra-içəri girib-çıxmaq olmurdu. Fikirləşib bir üsul tapmışdım ki, məni heç vaxt darda qoymurdu. Hamının gözü qarşısında, kabinetə giriş qapısının yanında böyük bir zibil qutusu qoydurmuşdum. Kim nə “gətirsəydi”, o qutunu göstərirdim: yəni əlindəkini həmin qutuya atsın. Evə gedəndə oradakıları götürüb aparırdım. Çox səmərəli üsul idi...


Üçüncünün söhbəti

Çox gərgin dövrlər idi. Elə bir vəzifədə işləyirdim ki, rüşvəti “krupnu” gətirirdilər. Ölkənin baş şəhərinə uçmalı idim. Təyyarə dörd-beş saatdan sonra yola düşəcəkdi. Səhər tezdən alacağım var idi. Xidmətçi qadın erkən gəlib kabinetimi silib süpürmüşdü. Qış fəsli olduğundan dəmir sobanı da yandırmışdı. Palıd odunu çırthaçırtla yanırdı.

Adətimdir. Sobanın qarşısında oturub maşa ilə yanan ocağı qurdalamaqdan elə indi də həzz alıram. Sobanın qarşısında oturmuşdum. Qapı açıldı, gözlədiyim adam içəri daxil oldu. Cibindən bir kağız bükülüsünü çıxarıb mənə uzatdı. Sobanın qarşısındaca bükülünü götürüb açdım. İki paçka idi. O vaxt üçün bu, çox böyük rəqəm idi. Ona işarə etdim ki, getsin. Lakin gözlərində bir narahatlıq gördüm. O, qapıdan çıxan kimi, nə fikirləşdimsə, sobanın qapısını açıb iki paçkanı və onlara bükülmüş kağızı içəri dürtdüm. Yenə də maşa ilə közü qurdalamağa başlamışdım ki, iki nəfər içəri daxil oldu. Mən sobanın qapısını örtüb təəccüblə onlara baxdım. Ürəyimdə isə başa düşdüm ki, bu, qurulmuş işdir və soba nəzərlərini cəlb etsə, mən batdım.

Onlar məni stulların birinə əyləşdirib kabineti ələk-vələk etdilər. Lakin heç nə tapa bilmədilər. Axı, kimin ağlına gələrdi ki, ocaqda yanan şey onların axtardığıdır.

Axtarış heç bir nəticə vermədiyindən çıxıb getdilər. Mən də xidməti maşınıma minib aeroporta tərəf istiqamət götürdüm. Vaxta hələ xeyli qalırdı. Mənzil başına xeyli qalmış fikirləşdim: “Ay dili qafil, sən nə edirsən? Axı, sonradan ağıllarına gələ bilər ki, heç sobaya baxmayıblar. Qayıdıb yoxlasalar, lap külündən bilərlər”. Sürücüyə dedim ki, yadımdan çıxıb, biletim qalıb kabinetdə. Tez sür geriyə.

Hövlnak kabinetə girdim. Xoşbəxtlikdən bizdən sonra kabinetin qapısı açılmamışdı. Tez sobanın qapısını açıb nə görsəm yaxşıdır: paçkanın biri tamam yanıb, o birisinə isə heç nə olmayıb. Təmiz paçkanı cibimə qoydum. Külü isə bir qəzetin arasına büküb özümlə götürdüm ki, yolda ataram.

Qeyd edim ki, yanmayan paçka paytaxdakı bütün xərclərimi gen-bol ödədi...

Fərhad Əsgərov (Ramizoğlu),

Azərbaycan Yazıçılar Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...