Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Krıvıy Riq Azərbaycanlıları xalqımızı layiqincə təmsil edir

Tarix:6-12-2017, 20:00 Baxış Sayı:14 432

Krıvıy Riq Azərbaycanlıları xalqımızı layiqincə təmsil edir

Əvvəla siz bizim şəhərimizə xoş gəlmisiniz.

Mən Qərbi Azərbaycanlıyam, Vedi rayonunun Şiddi kəndində doğulub boya-başa çatmışam. Orta məktəbi orada bitirdim və birbaşa Krıvıy Riq (Krivoy Roq) şəhərinə gəlmişəm. Burada təhsil almışam, hərbi xidmətə də, bu şəhərdən getmişəm. Hərbi xidməti qurtaran kimi Krıvıy Riq şəhərinə döndüm və burada ailə qurdum. İki oğlum var, böyük oğlum Əlizadə Kamil Faiq oğlu adlı-sanlı boksçudur. Dəfələrlə Ukrayna adından birinci yerə çıxaraq, Dövlət bayrağını başı üzərinə qaldırıb. Kamil beş dəfə Ukrayna çempionu və Avropa çempionu olub. O, həmişə Ukrayna bayrağı ilə yanaşı Azərbaycan bayrağını da, başı üzərinə qaldırır və bundan qürur duyur. Kamil idmanda qazandığı nailiyyətlərə baxmayaraq, həkimlik peşəsini seçib.

Artıq Ali təhsilini də başa vurub. Kiçik oğlum isə hazırda Kiyevdə Ali təhsil alır. Bildiyiniz kimi mən Krıvıy Riq şəhərində Azərbaycan Konqresində müavinəm. Bununla yanaşı Krıvıy Rıq şəhər deputatıyam. Seçkilər zamanı böyük səs çoxluğu ilə deputat seçilməyim bu şəhərdə Azərbaycan adının xüsusi hörmətə malik olmasının bir nümunəsi idi. Siyasi fəaliyyətlə də məşğulam. Bununla yanaşı ictimai işlərdə, o cümlədən konqresimizin işlərində fəal xidmət göstərirəm. Bir iş adamı kimi şirkət sahibiyəm. İstehsal müəssisəmiz var, mənimlə yanaşı türk iş adamı Vural Aydın da var ki, onunla birgə sahibkarlıqla da məşğuluq. Biz dünyanın hər yerində, o cümlədən də bu şəhərdə də, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki Dövlət prinsiplərini yaşadırıq.

Krıvıy Riq Azərbaycanlıları xalqımızı layiqincə təmsil edir

Nəzərinizə çatdırım ki, rəsmi vəyaxud qeyri-rəsmi statistikaya görə, bu şəhərdə on minə yaxın Azərbaycanlımız var. Azərbaycan dilini unutmamaq üçün Azərbaycan məktəbimiz var. Çalışırıq ki, milli adət-ənənələrimizi qoruyub saxlayaq. Odur ki, biz bir çox milli bayramlarımızı təntənəli surətdə qeyd edirik. Qarşıdan Ümummilli liderimiz Heydər Əliyevin anım günü gəlir, bundan əlavə məhz Ulu öndərin bizə miras qoyub getdiyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və başqa tədbirləri yüksək səviyyədə təşkil edirik. Bundan əlavə yerli bayramlarda da iştirak edirik. Məsələn Şəhər Günü tədbiri olur ki, bu tədbirlərdə hər bir millət öz milli adət-ənənəlirini nümayiş etdirərək, yürüş keçiririk. Çalışırıq ki, belə tədbirlərdə millətimizin, Azərbaycanımızın adını uca edək.

Azərbaycan konqresinin üzvləri arasında bütün təbəqədən olan soydaşlarımız var. Dövlət qulluqçusu da, iş adamı da, həkimi, müəllimi və s. var. Hər ayda bir dəfə yığışaraq bir çox məsələləri müzakirə edirik. Bilirsiniz ki, bu gün Ukrayna dövləti də müharibə şəraitində yaşayır. Çalışırıq ki, yerli millətin dərdlərinə şərik olaq, lazım gələndə yaşadığımız ikinci vətənimiz yolunda canımızdan da keçməyə hazırıq. Harada yaşamağımızdan asılı olmayaraq Ana vətənimiz Azərbaycandır. Biz Azərbaycanın çiçəklənməsi üçün əlimizdən gələni etməyə hazırıq. Bu gün azərbaycanın belə sürətlə inkişafı, cənab prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, uğurlu islahatlar bizi çox sevindirir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda yorulmadan çalışır və bununla fəxr duyuruq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...